Himalay Qasımov
Himalay Qasımov | |
---|---|
Qasımov Himalay Ənvər oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Ədəbiyyat |
Elmi dərəcəsi | Filologiya elmlər doktoru |
Elmi adı | Professor |
İş yeri | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Üzvlüyü | Yeni Azərbaycan Partiyası |
Mükafatları | Tərəqqi |
Himalay Qasımov (tam adı: Qasımov Himalay Ənvər oğlu; 21 fevral 1939, Naxçıvan) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Qasımov Himalay Ənvər oğlu 21 fevral 1939-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Evlidir. İki övladı var.
Təhsili
[redaktə | vikimətni redaktə et]1966-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsini bitirmişdir.
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Elmi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1966-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbində müəllim işləmişdir.1969-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. 1970-1974-cü illərdə ADPU-nun Azərbaycan ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 1974-cü ildə “Azərbaycan ədəbiyyatında süjetli lirika” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
1995-ci ildə “Müasir Azərbaycan romanı: janrın tipologiyası və poetikası” adında doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-ci ildə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, 2003-cü ildən isə müdiri vəzifəsinə seçilmişdir. Elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. O, onlarla elmlər namizədi və elmlər doktoru dissertasiyalarının elmi rəhbəri və məsləhətçisi, 40-dan çox namizədlik və doktorluq işinin rəsmi opponenti olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitututnda və ölkənin müxtəlif universitetlərində İxtisaslaşdırılmış Dissertasiya Şuralarının üzvü olmuşdur.
Hazırda Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvüdür.
Siyasi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Yeni Azərbaycan Partiyasının “Pedaqoqlar” ərazi təşkilatının sədridir.
Kitabları
[redaktə | vikimətni redaktə et]“Ədəbiyyat nəzəriyyəsi”; “Müasir Azərbaycan ədəbiyyatı tarixi” ali məktəbin bakalavr və magistr pilləsi üçün proqramlarının ilk müəllifidir.
- “Ədəbiyyat nəzəriyyəsindən mühazirələr” (1981)
- “Bədiiliyin meyarı” (1990),
- “Müasir Azərbaycan romanı: janrın tipologiyası və poetikası” (1994),
- «Müasir Azərbaycan romanının qaynaqları» (1994),
- «Azərbaycan şeirinin poetikası» (1996),
- «Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq meylləri» (1998),
- «Şəhriyarın lirikası və etiqadı» (1999),
- «Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri» (2004),
- Prof. E. Quliyevlə birlikdə «Şəhriyar poetikası» (2006), «Səməd Vurğunun poetik dünyası» (2006), dos. N.Nəcəfovla birlikdə «ХХ əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri» (2007),
- «H.Cavidin lirikası və dramaturgiyası » (2007),
- «Azərbaycan romanının inkişaf problemləri» (2008),
- «Azərbaycan şeirinin poetikası» (2008),
- “Sənət və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində” (2011), “Ədəbiyyatşünaslıq problemləri ədəbi-nəzəri düşüncə müstəvisində (2014) və s. Dərs vəsaiti və monoqrafiyaların, o cümlədən Azərbaycan ədəbiyyatının yaradıcılıq problemlərini incələyən 100-dən artıq elmi məqalələrin müəllifidir.
Təltifləri
[redaktə | vikimətni redaktə et]Azərbaycan — 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi Medalı” ilə təltif edilmişdir.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Qasımov Himalay Kafedra müdiri professor". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.
- ↑ Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında[ölü keçid]