II Vilhelm Torpağı
Naviqasiyaya keç
Axtarışa keç
Enderbi Torpağı | |
---|---|
ing. "Kaiser Wilhelm II Land" | |
66°48′ c. e. 89°11′ ş. u.HGYO | |
Ölkə | Antarktida |
II Vilhelm Torpağı (alm. Kaiser Wilhelm II Land) — Antarktidanın təbii ərazi bölgüsünə daxil olan hissə. 87°43' və 91°54' şərq uzunluqları arasında yerləşir. Sahillərini Deyvis dənizi yuyur.
Buzlaq qatının qalınlığı cənub hissədə 2000 metri keçir. Buz qatından yalnız sahildə yerləşən sönmüş vulkan olan Qaussberq azad olur. Vulkanın hündürlüyü 369 metr təşkil edir.
II Vilhelm Torpağı 1902-ci ilin fevralında alman ekspedisiyasının rəhbəri Erix fon Driqal tərəfindən kəşf edilmişdir. Ərazi Almaniya imperatoru II Vilhelmin[1] şərəfinə adlandırılmışdır.
II Vilhelm Torpağına rəsmi olaraq Avstraliya iddia edir. Ancaq Antarktida haqqında konvensiyaya görə ərazi iddiaları dondurulmuşdur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Geographic Names Information System. United States Geological Survey". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-04.