Konya
Konya | |
---|---|
Konya | |
37°52′22″ şm. e. 32°29′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | e.ə. 700 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.019 m[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 332 |
Digər | |
konya.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Konya — Türkiyənin Konya ilinin mərkəzi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Anadolu, Asiya ilə Avropa nı bir-birinə bağlayan körpü rolunu oynayır. Konya da bu körpünün mərkəzində qapı rolunu oynayır. Tarixin ən qədim dövrlərindən bu günə qədər Konya şəhəri bir çox mədəniyyətlərin beşiyi olmuşdur. Anadolu Səlcuqlu Dövlətinin paytaxtı, Bəylik və osmanlıların başda gələn mərkəzlərindən olmuşdur.
Konya şəhəri tarixin əvvəlki dövrlərində, müəyyən zamanlarda müxtəlif adlarla adlandırılmışdır. Antik dövrlərdə ən məşhur adı "İconium" dur. Bu "müqəddəs rəsim, heykəl" mənasına gələn "icon" kəlməsindən gəlir. Danaia şəhərini və xalqını böyük fəlakətlərə uğradan qorxunc əjdahanı, Perseus öldürür. Onun qəhrəmanlığını əbədiləşdirmək məqsədi ilə onun şərəfinə daşdan abidələr düzəldilir. Bu dikili daşların üzərində müqəddəs rəsimlər vardır. O, dövrün pullarında Perseus və Gorgo (əjdaha) –ı göstərən fiqurlar vardır.
Şəhər, Roma dövrünün ilk illərində "iconium", imperator Kladius zamanında (b.e. 41–54) də, onun adıyla birlikdə "Claud iconium" olaraq adlandırılmağa başlanılmışdır. Bizansın zamanında "Tokonion" diyə adlandırılmışdır. Daha sonrakı qaynaqlarda isə, bəzi kiçik fərqliliklərlə "ykonium" , "conium" "Conia" "Koniyeh", "Konia" şəklində adlandırılmışdır. Ərəblər "Kuniyə" adlandırmışlar. Şəhər Səlcuq dövründən "Konya" olaraq adlandırılmışdır.
Konya və onun ətrafı, qədim zamanlardan bu günə qədər məlum olan bir yaşayış mərkəzidir. Paleolit, Mezolit, Neolit, Eneolit, Erkən tunc və Dəmir dövrlərinə aid məlumatlar, insanlıq tarixinə çıraq tutmaqdadır. Yöredə tapılan və arxeoloji araşdırmaların aparıldığı böyüklü-kiçikli hüyüklərin(arxeoloji ərazi) hər biri tarixi məlumatları saxlamaqdadır.
Çumranın şimalının 11 km-də məşhur arxeoloji qazıntı sahəsi "Çatalhüyük" ərazisində çox zəngin, qiymətli tarixi məlumatlar vardır. Konya, Anadolunun ən qədim yaşayış mərkəzlərinin əvvəlində dayanır. Hatıp Çuxurkənddə arxeoloji qazıntılar nəticəsində tapılan heykəllər Anadolu xalqının dini və mədəniyyəti haqqında geniş məlumat verir. Beyşəhər yaxınlığında Errbada bişmiş torpaqdan emal edilmiş çanaqlar, təsərrüfat alətləri, etnoqrafik salnamə və yazılı sənədlər və .s Konya ərazisinin tarixinin çox qədim olduğunu sübut edir. Arxeoloji qazıntılar nəticəsində məlum olub ki, burada yaşayan insanlar heyvanları əhilləşdirərək gündəlik işlərində istifadə edblər. Bu bölgələrdə o dövrə görə memarlıqda yüksək naliyyətlər əldə olunmuşdur. Divarlar sal daşlardan tikilmişdir. Yonutma daş texniki ilə düzəldilmiş el və ev əşyaları bijüteriyaları, savaş və tarım alətləri gözəlliyi ilə diqqəti cəlb edir. Bütün bu tapıntılar Konyanın Erba bölgəsinin b.e.ə 5700 ilə qədər gedib çıxan bir tarixə sahib olduğunu göstərir.
Het dövrü
[redaktə | mənbəni redaktə et]E.ə. 18–12-ci əsrlərdə Kiçik Asiyada Hett adlı qədim dövlət mövcud olmuşdur. B.e.ə. 1400–1200 illəri arasında bu torpaqlara sahib olmuş Hetlər böyük mədəniyyətə sahib idilər. Konya və onun ətrafında bu mədəniyyətlərə dair məlumat verən yaşayış mərkəzləri tapılmışdır. 11 km. qərbdə Karahüyük, ətrafı yüksək divarlarla əhatə olunmuş koloniya mərkəzi idi. Xatınsaray, Əlibəy, Çorca, Çarıqlar və Akörən hüyükləri bizlərə mövzu ilə bağlı birçox məlumat və sənəd təqdim etməkdədir.
Bölgədə tapılan dörd abidə, Hettlərin mədəniyyət, sənəd və kültürü haqqında sağlam məlumat verməkdədir. Bunlardan ikisi, Beyşəhər yaxınlığındakı Eflatun Pınar ilə fəsillər abidəsidir. Üçüncüsü, İlıqın Heroqlif kitabəli məbədi, dördüncüsü, də Ereğlidəki İvriz Tarım məbədidir.
Bu e.ə. 20–19-cu əsrlərdə hettlər, hattilər və etnik qrupların təmsil olunduğu şəhər dövlətlərinin (Kanes, Xattusinaş və s.) birləşməsi nəticəsində yaranmışdır. E.ə. təqribən XVIII əsrdə Kussar padşahı Anittas Anadolunun bəzi vilayətlərini birləşdirmiş, e.ə. 17-ci əsrin əvvəllərində isə digər Hett sülaləsinin əsasını qoyan Labarna Hett dövlətinin ərazisini daha da genişləndirmişdir. E.ə. 17-ci əsrin ortalarında I Xattusilis Kiçik Asiyanın cənub-şərq vilayətlərinin işğalını sona çatdıraraq, paytaxtı Hatuşaş şəhərinə köçürmüşdü. I Mursilis dövründə (e.ə. 17-ci əsrin sonunda) Hett dövlətinin hərbi qüdrəti ən yüksək səviyyəyə çatmışdı. Arxeoloji qazıntılar zamanı əldə edilmiş bəzi maddimədəniyyət nümunələri, Boğazgöydə (Xattusa) tapılmış Hett hökmdarlarına məxsus yazılı sənədlər Hett mədəniyyə tinə dair fikir söyləməyə imkan yaradır. Bu mədəniyyətin təşəkkülündə bəzi etnik qrupların təsirinin izləri də hiss olunur. Lakin Hett mədəniyyətində əsasən Hatt ənənələri üstünlük təşkil edir. Şumer-Akkad mədəniyyətinin bəzi cəhətləri də Hett mədəniyyətində öz əksini tapmışdır. Bir vaxtlar Hett aləmində prototürk etnik tayfalarının iştirakı haqqında fikirlər səslənsə də, çox təəssüf ki, Hett etnik və dil dünyası ciddi tədqiq olunmamışdır. Bildiyimiz kimi, Sarqon (2316–2261) və Naram-Suen (2236–2200) Akkad sülaləsinin ən görkəmli nümayəndələri olmuşlar. Onlarla bağlı rəvayətlər Hett ədəbiyyatında da öz əksini tapmışdır. Onu da qeyd edək ki, Şumer-Akkad ədəbiyyatının təsiri Hett ədəbiyyatının digər sahələrində də özünü göstərir. Eyni zamanda onların mixi yazı sistemindən hetlər də istifadə etmiş, hətta "Gilqamış haqqında dastan" Hett dilinə tərcümə olunmuşdur. Hetlər Şumer- Akkad yazılı nümunələrindən asan istifadə etmək üçün üçdilli lüğət Şumer-Akkad-Hett lüğəti də tərtib etmişdilər.
İlkin ədəbiyyat nümunələrindən sayılan III Xattusilinin həyat və fəaliyyəti haqqında mətn dövrümüzə qədər gəlib çatmışdır. Mətnin sonunda III Xattusilinin belə bir müraciəti verilmişdir: "Gələcəkdə kim olursa olsun-oğlum, nəvəm yaxud da nəticəm hakimiyyətə irsən yiyələnərsə, qoy allahlar içərisində Samuxi şəhərinin ilahəsi İştara ehtiram göstərsin". Buradan aydın olur ki, dini dünyagörüşü baxımından akkadlar da hetlər kimi İştar ilahəsinə sitayiş etmişlər. Hett hökmdarlarının kitabələri və salnamələri də ilkin ədəbiyyat nümunələrindən hesab olunur. Buraya "Anitanın kitabəsi", I Xattusilin, I Suppiluliumun "Salnamələri" və s. daxildir. Bütün qədim xalqların ictimai həyatında olduğu kimi, hetlərin də məişətində və ideologiyasında din və dini təsəvvürlər mühüm əhəmiyyət daşımışdır. Təbii ki, hetlərdə də çoxallahlılıq mövcud olmuş və allahların da əksər hissəsi Hatt mənşəli hesab edilmişlər. Arinna şəhərinin Günəş ilahəsi Vurusem, Səma tufan allahı və onun qadını Hett panteonunda baş allahlardan hesab olunur. Eyni zamanda, Hett panteonunda Hatt, Hurri, Akkad, Hind-Avropa (luvi, nesi, pala, Hind İran), prototürk və hələ də mənşəyi məlum olmayan etnos və xalqların dini baxışları da öz ifadəsini tapmışdır. Hett dövlətinin hər bir vilayət və icmasında yerli ibadətgahlar olmuşdur. Allah və ilahələrə isə xüsusi ibadətgahlarda sitayiş edilmişdir. Dini təsəvvürlər kimi ibtidai insan cəmiyyətində ovsun (maqiya) da mövcud idi. Bildiyimiz kimi, ovsun ömürlük insan həyatına daxil olaraq ən qədim təfəkkür tərzini özündə hələ də saxlayır. Hetlərin ictimai-iqtisadi həyatına dərin nüfuz etmiş ovsun Hett ədəbiyyatında da müəyyən iz qoymuşdur. Hetlər həyatın müxtəlif sahələrində-ailə münasibətlərində, dolanışıq arzusunda, düşmənə nifrət, dosta uğur arzulamaqda ovsuna müraciət etmişlər.
Hetlərə qədərki memarlıq saxsı-gil qablar və əşyalar istehsalından ibarət olmuşdur. Yeni Hett padşahlığı dövründə isə artıq əzəmətli daş heykəllər yaradılmışdır. Belə maddi-mədəniyyət nümunələrini hökmdar saraylarında və yaxud qayalıqlarda hazırlayırdılar. Heykəllərin çoxu Hett hökmdarlarını təsvir edirdi. Hetlər maraqlı möhürlər də hazırlayırdılar. Dairəvi və yaxud dördbucaq şəklində olan bu möhürlərin üzərində hökmdar təsvirləri, kənarlarında isə heroqlif işarələri həkk olunurdu. Hett möhürləri həm forma, həm də məzmun baxımından şumer-akkad möhürlərindən fərqlənirdi.
Hetlərin spesifik və bənzərsiz mədəniyyəti digər Şərq xalqlarının da mədəniyyətinə öz təsirini göstərmişdir.
Friq dövrü
[redaktə | mənbəni redaktə et]Friqlər, Polatlıdakı Gordionu bölgəsində yaşamışlar. Burada qaya məzarları, kitabələr son dərəcə diqqəti cəlb edir. Konyanı işğal edən Friqlər burada da orjinal izlər buraxmışlar. Ələddin təpəsində aparılan arxeoloji qazıntılar nəticəsində Friqlərə aid bol miqdarda, çanaq, bijüteriya və gündəlik məişət əşyaları aşkar olunmuşdur. Qarahüyük, Sızma, Gödənə hüyükləri də Friq mədəniyyətini aşkara çıxaran məlumatları əldə etməyə imkan yaradır.
Lidiyalılar, Farslar və Yunanlar da Konya torpaqlarını ələ keçirtməyə səy göstərmişlər. Şəhər bu səbəbdən də əldən ələ keçmişdir. Böyük İskəndərin b.e.ə. 330-cu illərində Anadoluya səfərləri, Yörə xalqının taleyini dəyişdirən hadisələrdəndir. Berqama kralı III Attalosun ölümündən sonra Konya Roma İmperiyasına keçmişdir. O, dövrdə "ikonium" adıyla tanınmışdır. 260-cı illərində cənubda yaşayan Palmiralılar, Qotlara qarşı Romalılarla ittifaqa girdilər. İki müttəfiq ordu 267-ci ildə Konya ərazisində birləşərək, Qotlara doğru hərəkətə keçdilər. Baş verən hadisələr Konya ərazisini iqtisadi cəhətdən tənəzzülə uğratdı. Roma imperiyasının ikiyə bölünməsi nəticəsində (395) Konya, Şərqi Roma imperiyasının ərazisinə qatıldı. 47–53-ci illərdə ilk Xristian misioneləri Saint Paul Antalyadan Yalavaça oradan da Konyaya gəlir. Burada bütpərəstlərin və yəhudilərin şiddətli üsyanı ilə qarşılaşdılar. Onun gəlişi bölgədə xristianlaşmağa gətirib çıxartdı. Konya bundan sonra əhəmiyyətli bir dini mərkəzə çevrildi.
Bizans dövrü
[redaktə | mənbəni redaktə et]Bizans dövründə xalq son dərəcə mürəkkəb bir həyat yaşamışlar. Vergilərin ağırlığı Konyada təsərrüfata ciddi ziyan vurmuşdur. Sasanilərin həyata keçirdiyi yürüşlər Konyada dağıntılara səbəb olmuşdur. Dövlət idarəçiliyində mərkəzləşmənin zəifləməsi nəticəsində baş verən daxili çəkişmələr xalqa böyük itkilər vermişdir. Qalalar, bu qala içindəki əsrarəngiz tikililər dağıdılmış, xalq yoxsullaşmışdır. Bu dövrdə Əməvilər Konya üzərinə hücuma keçdilər. Xəlifə I Müaviyənin orduları, şəhəri ələ keçirtsələr də Bizanslılar təkrar şəhəri ələ almağa cəhd göstərirdilər. Bizansın strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bu şəhəri ələ keçirməyi qarşısına məqsəd qoyan Xəlifə Əbdülməlik Konyanı təkrar ələ keçirir(704). Konstantinopolun fəthi üçün Konyanın böyük əhəmiyyətini bilən Bizanslılar, çox keçmədən Konyanı təkrar ələ keçirtsələr də, Xəlifə I Vəlid şəhəri 708-ci ildə şəhəri təkrar ələ keçirərək müsəlmanların şəhərlərinə daxil edilir. Abbasilər, xüsusilə Xəlifə Harun Rəşidin dövründə "Diyari Rum" tanınan Anadolunun üzərinə ağır basqılar həyata keçirilmişdir. Bununla da Bizans Kraliçası İrən (797–802), Konya torpaqlarının gəlirlərini Abbasilərə vermək məcburiyyətində qalır.
Səlcuqlular dövrü
[redaktə | mənbəni redaktə et]XI əsrdə Diyari Rum üzərinə Səlcuq axınları başlayır. 1064-cü ildə Səlcuq hökmdarı Alp Arslanın dövründə Türkmənlər Antakya tərəfə hərəkətə keçddilər. İç Anadolu üzərinə basqınlar həyata keçirtməyi başlayınca Bizanslılar, Qaysəri yaxınlığında qabaqlarını kəsdilər. Bu anda Alp Arslana qarşı şahzadə Elbasanı vəzifələndirən Afşin Bəy, Bizansları məğlub edərək, fətih hərəkətini başlatmış oldu. 1068-ci ildə Konyanı ələ keçirtsədə bir qədər sonra geri çəkildi. Anadolunun qapıları, 1071-ci ildə Malazgirt zəfəri ilə Türklərin üzərinə açıldı. Səlcuq ordusu Anadolunun içlərinə qədər irəlilədi. Qutalmışoğlu Süleyman Şah, 1074-cü ildə Konyanı fəth etdi və müstəqilliyini elan etdi. Abbasi Xəlifəsinin də özünnə sultan ləqəbi verməsiylə Anadoluda "Anadolu səlcuq dövləti" yaratmış oldu(1076). I Kılıçarsalan, İmperator İ.Aleksios Kommenosun Papa Urbenin yardımı və dəstəyi ilə hazırladığı I Xaç yürüşü ilə cəhd etsə də, geri çəkilmək məcburiyətində qalır. Əvvəl İzmit, sonra Konya Xaçlıların əlinə keçir. Ordusunu yenidən quran Səlcuqlar yenidən Konyanı alırlar. Danışmendillər də Malatya yaxınlığında Xaçlıları məğlub edirlər. İkinci Xaçlı yürüşü Sultan I Kılıçarslan tərəfindən Akşəhər yaxınlığında məğlub edilir. Məlik Şah, 1189-cu ildə Konyanı ələ keçirtdi. Bunu fürsət bilən Xaçlılar Anadolu üzərinə "üçüncü səfərlərini" həyata keçirtdilər. İmperator Friedrix Barborossanın başçılığı ilə ordunun qarşısına Səlcuqlar Akşəhərdə çıxsalarda Konyaya qədər geri çəkilmək məcburiyyətində qalır. Meram bağlarına qədər irəliləyən Xaçlılar, Sultan II Kılıçarslanla edilən razılaşmaya görə Karaman üzərindən cənuba tərəf irəlilədilər.
Bəyliklər dövrü
[redaktə | mənbəni redaktə et]Anadolu Səlcuqlu dövlətinin parçalanmasından sonra meydana gələn "bəyliklər" hər vasitə ilə Konyaya sahib olmağı məqsəd bilmişlər. Qaramanoğulları dövründə Toxtamışın, Ələddin Əli Bəyin cəhdləri bunlardandır.
Osmanlı dövrü
[redaktə | mənbəni redaktə et]Böyük Səlcuq imperatorluğunun dağılmasından (1157) xeyli müddət sonra Kiçik Asiyada yeni bir qüdrətli türk-müsəlman dövləti – Osmanlı dövləti meydana gəldi. Bu dövlətin qurucusu Oğuzların Qayı boyundan olan Osman bəy idi. Osman Qazi Əskişəhər-İraq yolunu ələ keçirdərək Konya sultanlığının varlığına son qoydu və bununla da türklər 1299-cu ildə öz dövlətlərini yaratdılar. Bu dövlət, qurucusu Osman bəyin adı ilə Osmanlı dövləti adlandırıldı.
Cumhuriyyət dövrü
[redaktə | mənbəni redaktə et]Cümhuriyyət dövründə Konyalılar tarixi misiyalarını yenədə təkrarlamışlar. Osmanlı dövlətinin quruluşunda olduğu kimi Cümhuriyyət Hökumətinin təsis edilməsində Konyalıların xidməti böyükdür. Türkiyə dövlətinin xilaskarı və qurucusu Qazi Mustafa Kamal Atatürk Konyaya 13 dəfə gələrək çoxsaylı görüşlər keçirmiş və vacib qərarlar almışdır. İşğalçı qüvvələrə qarşı qurtuluş savaşının ilk etiraz mitinqi Konyada keçirilmişdir. Milli mübarizənin planları Konyada hazırlanmış, razılaşdırılmış və Ağşəhərdə tətbiq edilməyə başlanmışdır. Konyada yayınlanan "Babalıq" və "öyüt" qəzetləri xalqın cəsarətlənib şüurlanmasında müstəsna xidmətləri olmuşdur. Cəbhədəki əsgərlərimizə təyyarədən atılan bu qəzetlərdəki yazılar, onlara da böyük güc və cəsarət qaynağı olmuşdur.
"Kuvayı Milliyə" və "Müdafai Hüquq Təşkilatının" Konyadakı təmsilciləri və xüsusilə Sivaslı Ali Kamal Əfəndinin daimi olaraq çalışma və səyləri, Müustafa Kamal Atatürk tərəfindən yüksək qiymətləndirilmişdir.
Türkiyə Cümhuriyyəti Dövlətinin müasir imkanlarından Konya da faydalanaraq müasir bir şəhər halına qovuşmuşdur. Konya hər il daha da böyüyüb gözəlləşməktədir. Müasir bələdiyə sistemi ilə geniş, rahat, təmiz və yaraşıqlı prospekt və küçələr, müasir binalar Konyanı dünya səviyyəsində bir şəhər halına gətirib çıxarmışdır. Kənd təsərrüfatı, ticarət və sənayedə yüksək dünya texnoloji imkanlarından istifadə edərək öz iqtisadiyyatını gücləndirməkdədir. Konyada iqtisadiyyatla yanaşı təhsildə də yüksək naliyyətlər əldə edilmişdir. Türkiyənin öndə gələn və ən böyük ünversitetlərindən olan Səlcuq Dövlət Üniversiteti, minlərcə təhsil işçisi və tələbələriylə dünyada mövcud olan texnoloji imkanlardan istifadə edərək öz maddi texniki bazasını gücləndirərək dünyanın ən irəlidə gedən ünversitetlərindən birinə çevrilmişdir. Konya hər il minlərlə yüksək istedadlı mütəxəssislər hazırlayır və bu mütəxəssislər Türkiyə Cümhuriyyətinin inkişafına yüksək töhfəsini verməkdədir. Konya iqtisadiyyat, təhsillə yanaşı çox böyük turizm imkanları vardır. Konyanın gözəl və füsünkar təbiəti, dünyanın bir çox mədəniyyətlərini özündə birləşdirən tarixi memarlıq abidələri və muzeyləri turistlərin diqqətini cəlb edərək hər il yüz minlərlə turisti qəbul edir.
Coğrafya
[redaktə | mənbəni redaktə et]39.000 km²'lik yüz ölçümü ile Türkiye'nin en geniş ili olan ve Orta Anadolu yaylası üzerinde Ankara, Aksaray, Niğde, Mersin, Karaman, Antalya, Isparta, Afyon ve Eskişehir illeri ile komşu olan Konya, 36° 22' ve 39° 08' kuzey paralelleri ile 31° 14' ve 34° 05' doğu meridyenleri arasında yer alır. Başta büyük ilçeleri Ereğli, Beyşehir, Akşehir'dir. Toplam 31 ilçesi vardır. Konya büyükşehir nüfusu 2011 sonu itibarıyla 1.085.000 olup Türkiye genelinde 7. sıradadır. İl genelinde ise 2.100.000 olan nüfusuyla Konya ili Türkiye'nin en kalabalık 7. ilidir.
Göllər
[redaktə | mənbəni redaktə et]- Duz gölü
Qapalı hövzəsinin mərkəzində Duz gölü əmələ gəlmişdir. Ankara, Konya, Aksaray illərinin sərhəddində yerləşir, bir hissəsi Konya ilnin sərhədləri içindədir.
Duz gölü Türkiyənin üçüncü böyük gölüdür. Dərinliyi təxminən 12 metdir. Yay mövsümündə buxarlanmanın təsiri ilə göl xeyli kiçilir. Gölün quruyan hissələrində duz təpəcikləri meydana gəlir. Türkiyənin duz ehtiyacının bir hissəsinu bu göldən toplanan duz ödəyir. Sulamada və su məhsullarının tədarükündə istifadə olunmur.
İqlim
[redaktə | mənbəni redaktə et]Konyanın iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 17,6 | 23,8 | 28,9 | 31,5 | 34,4 | 37,2 | 40,6 | 39,6 | 36,1 | 31,6 | 25,2 | 21,8 | 40,6 |
Maksimum orta, °C | 4,8 | 7,1 | 11,9 | 17,5 | 22,3 | 26,7 | 30,2 | 30,1 | 26,1 | 19,9 | 12,9 | 6,6 | 18,0 |
Orta temperatur, °C | 0,0 | 1,4 | 5,7 | 11,0 | 15,7 | 20,1 | 23,6 | 23,1 | 18,6 | 12,4 | 6,1 | 1,7 | 11,6 |
Minimum orta, °C | −3,9 | −3,2 | 0,1 | 4,5 | 8,7 | 12,8 | 16,1 | 15,7 | 11,2 | 6,0 | 0,8 | −2,3 | 5,5 |
Mütləq minimum, °C | −25,8 | −26,5 | −15,8 | −8,6 | −1,2 | 3,2 | 6,0 | 6,6 | 0,4 | −7,6 | −20 | −22,4 | −26,5 |
Yağıntı norması, mm | 35,8 | 27,9 | 28,0 | 32,0 | 43,5 | 24,8 | 6,5 | 5,3 | 11,7 | 30,0 | 31,9 | 41,3 | 318,7 |
Mənbə: Meteoroloji Genel Müdürlüğü[4] |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ https://it-ch.topographic-map.com/map-c8gx3q/Konya/?zoom=17¢er=37.86662%2C32.50262&popup=37.86695%2C32.50233.
- ↑ https://www.aa.com.tr/tr/turkiye/turkiyenin-nufusu-83-milyon-154-bin-997-kisiye-ulasti/1723520.
- ↑ "Rəsmi statistikalar - Konya". 24 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Konya Valiliği
- Konya Ptt Başmüdürlüğü Arxivləşdirilib 2011-09-26 at the Wayback Machine
- Konya Büyükşehir Belediyesi
- Konya Ticaret Odası
- Konya Sanayi Odası
- Konya Organize Sanayi Bölgeleri 1. 2. 3. Arxivləşdirilib 2008-07-04 at the Wayback Machine
- Konya Sağlık Müdürlüğü Arxivləşdirilib 2011-09-23 at the Wayback Machine