Lokomotiv Bakı VK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Lokomotiv
Loqonun şəkli
Ölkə
Şəhər Bakı
Ləqəb(lər) Dəmiryolçular
Rəng(lər) açıq göy
Yaranma tarixi 1998
Meydança Azərbaycan Voleybol Mərkəzi
Tutumu 2000
Prezidenti Azərbaycan Rəşad Abbasov
Baş məşqçisi Argentina Klaudio Kuello
Liqa Azərbaycan Superliqası
2013-2014 5
Ev
Səfər
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Lokomotiv (Bakı)Azərbaycanda mübarizə aparan qadınlardan ibarət voleybol klubu. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin voleybol klubuna böyük töhfələr vermişdir. 2002-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparır. Komandanın sponsoru "Acıbadem" şirkətidir.[1]

"Lokomotiv" Voleybol Klubu, 2008-ci ildə təsis edilmişdir[2]. Bu komandanın əsası isə 1998-ci ilə qədər gedib çıxır.

Komanda 2009–2010-cu illər mövsümündə, Azərbaycan Superliqası yarışlarında 2-ci yerə layiq görülmüş və Çağırış Kuboku turnirində çıxış etmək üçün haqq qazanmışdır. 2009–2010 cu illər mövsümündə sözügedən Avropa Çempionatının ilk mərhələsində İsrailin "Raanana" komandasını hər iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdıran "Lokomotiv", növbəti mərhələdə daha təcrübəli rəqib sayılan, Polşanın "Gvardia Vroclav" Voleybol Komandası ilə başabaş və əzimkar mübarizə aparmağına baxmayaraq, bu dəfə sevinən tərəf Polşa təmsilçisi olmuşdur.

Avropada qazanılan kubok

[redaktə | mənbəni redaktə et]

Qarşısına daha böyük məqsədlər qoyan "Lokomotiv", növbəti, 2010–2011-ci illər mövsümündə heyətini Kristin Riçards, Nikol Deyvis, Nansi Metkalf (hər üçü ABŞ) Kremena Kamenova, Mariya Filipova (hər ikisi Bolqarıstan) kimi voleybolçular ilə gücləndirməklə yanaşı, komandaya baş məşqçi qismində, sloveniyalı təcrübəli mütəxəssis Dragutin Baltiçi dəvət etmişdir. Klub rəhbərliyinin apardığı uğurlu transfer siyasəti öz müsbət nəticələrini vermiş, belə ki, 2010–2011-ci illər mövsümündə, Lokomotiv Voleybol Klubu Azərbaycan Çempionatının Super Liqa yarışlarının bürünc mükafatçısı olmaqla yanaşı, həm də, Avropa Çağırış Kubokunda uğurlu çıxışı ilə yadda qalmışdır. Belə ki, sözügedən mövsümdə, Lokomotiv Voleybol Klubu Challange Cup beynəlxalq turnirində Rusiya təmsilçisi Omiçka, Avstriya təmsilçisi Askö Linz Steg, Kipr təmsilçisi Apollon Limassol, və Azərbaycanın güclü voleybol klublarından sayılan İqdisadçı voleybol komandalarını mübarizədən kənarlaşdıraraq, Challange Cup turnirinin final mərhələsinə adlamış, yalnız finalda Azərreylə yenilən "Lokomotiv", sözügedən mötəbər turnirin gümüş medalına layiq görülmüşdür.

2011–2012-ci illər mövsümünü isə "Lokomotiv" Voleybol Klubu sözün əsl mənasında, Avropanın və Dünyanın voleybol aləminə böyük əks-səda salmışdır. Belə ki, komanda, Azərbaycan Çempionatının Super Liqa yarışlarının gümüş medallarına layiq görülməklə yanaşı, həm də, Avropa Çağırış Kuboku (CEV Challange Cup) beynəlxalq turnirində, Xorvatiyanın "ZOK Split", Belçikanın "Gent", Serbiyanın "OK Vizura Beograd", Macarıstanın "Vaşaş Budapeşt", Çexiyanın "VK KP Kralovo Pole Brno" voleybol komandalarını mübarizədənb kənarlaşdıran "Lokomotiv", final mərhələsində Azərbaycan təmsilçisi "Bakı" voleybol klubunu da üstələyərək, sözügedən türnirin qızıl medallarına layiq görülmüş və tarixində ilk dəfə olaraq, Avropa Çağırış Kubokunu başı üzərinə qaldırmışdır. Sonda turnirin Ən Dəyərli Oyunçusu da Dəmiryolçulardan olmuşdu. Komandanın kapitanı Nansi Metkalf göstərdiyi möhtəşəm oyunla layiqli şəklidə bu ada sahib olmuşdu.[3]

İlk dəfə Çempionlar liqasında

[redaktə | mənbəni redaktə et]

2012–2013-cü illər mövsümündə isə, "Lokomotiov" Voleybol Klubu, Avropanın daha mötəbər turniri sayılan və komandaların güc səviyyəsinə görə daha çox fərqlənən CEV Qadınlar Çempionlar Liqası turnirində ilk debütünü etmişdir. Stardaca Lokomotiv uğurlu çıxış edə bilmişdir. Belə ki, Avropanın klublararası çempionatının ən mötəbər yarışması olan CEV Çempionlar Liqasında debüt edən Lokomotiv, qrup mərhələsində Rusiyanın Dinamo Moskva, Polşanın Bank BPS Fakro MuszynaSerbiyanın Srvena Zvezda kimi güclü klubları arxada qoyaraq, qrup mərhələsini 1-ci yerdə tamamlamış və pley-off mərhələsinə yüksəlmişdir. Yalnız bu mərhələdə avrokuboklarda qəniminə çevrilən Azərreylə məğlub olmuşdu.

Lokomotiv 2013–14 mövsümündə böyük enişə keçmişdi. Belə ki, bu mövsümdə CEV Kubokunda son səkkizə qala bilməyən komanda[4] Azərbaycan Superliqasında da ilk dördə girənməmiş və pleyoffa da vəsiqə qazana bilməmişdi.[5]

Uşaq voleybolu

[redaktə | mənbəni redaktə et]

"Lokomotiv " Voleybol Klubu uşaq voleyboluna da böyük diqqət ayırır. Klubun Biləcəri qəsəbəsində yerləşən təlim-məşq bazasında müxtəlif yaş qruplarına bölünmüş, 40-dan çox uşaq və yeniyetmələr voleybolun sirrlərini öyrənir və gələcəkdə yerli idmançıların aşkarlanmasında təcrübəli mütəxəssislər "Lokomotiv" təlim-məşq bazasında gərgin iş aparırlar. Təbii ki, məqsəd təkcə "Lokomotiv" Voleybol Klubuna yerli idmançıları cəlb etmək deyil, həm də Azərbaycan milli komandasına daha çox yerli voleybolçuların cəlb edilməsidir.[6]

2013–14 mövsümü üçün[7]

  • Baş məşqçi : Argentina Klaudio Kuello
  • Köməkçi məşqçi : Azərbaycan Xanlar Ələkbərov
Nömrə Oyunçunun adı Mövqeyi Doğum tarixi Ölkəsi
1 Gizem Giraygil Ötürücü 1986 Türkiyə Türkiyə
2 Ariel Vilson Blokçu 1989 ABŞ ABŞ
3 Mariya Filipova Libero 1982 Bolqarıstan Bolqarıstan
4 Sa-Nee Kim Toppaylayıcı 1981 Cənubi Koreya Cənubi Koreya
5 Viera Klimoviç Blokçu 1988 Belarus Belarus
7 Valdone Petrauskaite Diaqonal 1984 Litva Litva
8 Aleksis Krimes Blokçu 1986 ABŞ ABŞ
9 Lauren Qibbemeyer Blokçu 1988 ABŞ ABŞ
11 Kassidi Liçtman Hücumçu 1989 ABŞ ABŞ
13 Katarina Barun Diaqonal 1989 Xorvatiya Xorvatiya
14 Prisilla Rivera Hücumçu 1984 Dominikan Respublikası Dominikan Respublikası
16 Aleksandra Samoylova Hücumçu 1987 Rusiya Rusiya
17 Anna Qrbaç Toppaylayıcı 1988 Xorvatiya Xorvatiya
18 Suzana Cebiç Libero 1985 Serbiya Serbiya
  • Azərbaycan Azərbaycan Superliqası
    • İkincilik (3): 2002–03, 2009–10, 2011–12
    • Üçüncülük (4): 2003–04, 2004–05, 2007–08, 2008–09

Beynəlxalq arenada

[redaktə | mənbəni redaktə et]

CEV turnirlərindəki oyunları

[redaktə | mənbəni redaktə et]
Mövsüm Turnir Mərhələ Rəqib I oyun II oyun Qızıl set Nəticə
2009/2010 Çağırış kuboku I mər İsrail Raanana VBC (s)3:2 (e)3:0 2–0
II mər Polşa Impel Gwardia (s)1:3 (e)3:2 1–1
2010/2011 Çağırış kuboku II mər Rusiya Omiçka Omsk (s)2:3 (e)3:0 2–0
1/16 final Avstriya Linz-Steg (s)3:0 (e)3:0 2–0
1/8 final Kipr Apollon Limassol (e)3:0 (s)3:0 2–0
1/4 final Almaniya Schweriner SC (e)3:0 (s)3:2 2–0
1/2 final Azərbaycan Igtisadchi Baku (s)3:0 (e)2:3 1–1
Final Azərbaycan Azerrail Baku (e)1:3 (s)1:3 0–2
2011/2012 Çağırış kuboku II mər Macarıstan Vaşaş Budapeşt (s)3:0 (e)3:0 2–0
1/16 final Xorvatiya Split (s)3:0 (e)3:0 2–0
1/8 final Serbiya Vizura Belqrad (e)3:1 (s)3:0 2–0
1/4 final Çexiya Kralove Pole Brno (s)2:3 (e)3:0 1–1
1/2 final Belçika Gent Dames (s)3:0 (e)3:0 2–0
Final Azərbaycan Azəryol Bakı (s)3:2 (e)2:3 (e)1:0 2–1
2012/2013 CEV Çempionlar Liqası Qrup mər Serbiya Srvena Zvezda (s)3:2 (e)3:0 2–0
Qrup mər Rusiya Dinamo Moskva (e)3:0 (s)2:3 1–1
Qrup mər Polşa Fakro Muszyna (s)3:1 (e)3:2 2–0
1/6 final Azərbaycan Azərreyl (s)0:3 (e)0:3 0–2
2013/2014 CEV Kuboku 1/16 final Çexiya Kralovo Pole (e)3:0 (s)3:0 2–0
1/8 final İsrail Hapoel Kfar Saba (e)3:0 (s)3:0 2–0
1/4 final Polşa Muszyna (s)0:3 (e)2:3 0–2
2014/2015 CEV Kuboku 1/16 final Almaniya Rote Raben (s)3:0 (e)3:1 2–0
1/8 final Serbiya Srvena Zvezda (s)3:0 (e)3:1 2–0
1/4 final Rusiya Dinamo Krasnodar (e)3:0 (s)0:3 (s)0:1 1–2
2015/2016 CEV Çempionlar Liqası Qrup mər Rusiya Dinamo Kazan (s)1:3 (e)3:0 1–1
Qrup mər Azərbaycan Azərreyl (e)3:1 (s)3:1 2–0
Qrup mər Almaniya Allianz Stuttgart (e)3:0 (s)1:3 1–1
1/6 final İsveçrə Voléro Zürichl (e)3:2 (s)1:3 1–1

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]