İnformasiya

Vikipediya, azad ensiklopediya
(Məlumat səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

İnformasiya (ing. information, rus. информация, türk. bilgi) — verilənlərdə insanların gördüyü mahiyyət, qiymət. Adətən, verilənlər faktlardan ibarət olur ki, onlar da müəyyən konteksdə informasiyaya çevrilir və insanlara aydın olur. Kompüterlər verilənlərin mahiyyətini anlamadan onları emal edir. Çox zaman "verilən" və "informasiya" terminləri sinonim kimi işlənsə də, onlar arasında müəyyən fərq var. Verilənlər (data) hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi yoxdur. Məsələn, kompüterdə '19091985' və ya 'VD51FGD' simvollar sətri verilənlərdir. İnformasiya isə mənası olan verilənlərdir. Siz simvollar yığınının nə ifadə etdiyini bilirsinizsə, o, informasiya olur. Məsələn, '19091985' hər hansı malın kodu, yaxud kiminsə doğum tarixi (19 sentyabr 1985) ola bilər. Onun mənasını bildikdə o, sizin üçün informasiyaya çevrilir.

Təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlumatlar yığımı olub, onlara dair bilikləri çoxaltmaq məqsədi daşıyır.

Aşağıdakı növlərə malikdir:[1]

  1. Məntiqi
  2. Ədədi
  3. Mətn
  4. Audio
  5. Qrafiki
  6. Video
  7. Multimedia
  8. Göstərici

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

İnformasiya təbiətde siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. 465 hissiyyat üzvlərinə görə analoq, kompüterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir.

Informasiyanın istifadəyə yararlı olması üçün aşağıdakı şərtlər ödənilməlidir (informasiyanın xüsusiyyətləri):

  • tam (tam şəkildə təsvir olunmalıdır);
  • düzgün (həqiqi situasiyanı əks etdirməlidir);
  • qiymətli (maksimum az məsrəflə əldə edilməlidir)
  • əhəmiyyətli (istifadəçi üçün vacib olmalıdır);
  • aktual (cari vaxtda tələb edilən olmalıdır);
  • anlamlı (istifadəçinin başa düşdüyü tərzdə hazırlanmalıdır).

İnformasiyanın əsas funksiyası

[redaktə | mənbəni redaktə et]

İnformasiya hal-hazırkı və potensial sahibinə hər hansı sahədə (maddi, siyasi, hərbi) mənfəət gətirirsə, bu informasiya qiymətli informasiya sayılır. İnformasiyanın qorunması informasiyanın itirilməsi, dəyişdirilməsi, silinməsi ehtimallarının qarşısını alır.

İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və onu digər əlifbaya da keçirmək olar. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt "verilənlər" sözü ilə ifadə olunur.

İnformasiya (məlumat) (latınca informatio, informare — məlumatlandırmaq, formaya salmaq) – abstrakt anlayış, hara çatdırılmasından asılı olmayaraq çoxşaxəli məlumat.

Təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlumatlar yığımı olub, onlara dair bilikləri çoxaltmaq məqsədi daşıyır.

İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompüterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir.

İnformasiyanın istifadə şərtləri

[redaktə | mənbəni redaktə et]

Informasiyanın istifadəyə yararlı olması üçün aşağıdakı şərtlər ödənilməlidir (informasiyanın xüsusiyyətləri):

  • tam (tam şəkildə təsvir olunmalıdır);
  • düzgün (həqiqi situasiyanı əks etdirməlidir);
  • qiymətli (maksimum az məsrəflə əldə edilməlidir)
  • əhəmiyyətli (istifadəçi üçün vacib olmalıdır);
  • aktual (cari vaxtda tələb edilən olmalıdır);
  • anlamlı (istifadəçinin başa düşdüyü tərzdə hazırlanmalıdır).

İnformasiya hal-hazırkı və potensial sahibinə hər hansı sahədə (maddi, siyasi, hərbi) mənfəət gətirirsə, bu informasiya qiymətli informasiya sayılır. İnformasiyanın qorunması informasiyanın itirilməsi, dəyişdirilməsi, silinməsi ehtimallarının qarşısını alır.

İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və onu digər əlifbaya da keçirmək olar. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt "verilənlər" sözü ilə ifadə olunur.

İnformasiyalaşma

[redaktə | mənbəni redaktə et]

Çoxmənalı termindir, qabaqcıl informasiya texnologiyalarının köməyi ilə cəmiyyətdə informasiyadan istifadənin səmərəliliyinin artırılması prosesi, həmçinin cəmiyyətin informasiya cəmiyyətinə çevrilməsi, inkişafı prosesi və postindustrial inkişafın əsas amilidir. Eləcə də, hüquqi və fiziki şəxslərin informasiya ehtiyatlarından, informasiya texnologiyalarından və informasiya sistemlərindən istifadə etməklə informasiyaya olan tələbatının ödənilməsi üçün şərait yaradılmasının təşkilati sosial-iqtisadi və elmi-texniki prosesidir. Mövcud konstitusiya quruluşuna qarşı yönəlmiş məlumatlar və qanunla nəzərdə tutulmuş digər məhdudiyyətlər istisna olmaqla, hər kəsin istənilən məlumatı axtarmaq, almaq və yaymaq hüququ vardır.

Kompüter informasiyası

[redaktə | mənbəni redaktə et]

Müxtəlif intensivliyə malik olan siqnallar müxtəlif informasiyaları daşıyır. Bu tipli informasiyanı analoq informasiya adlandırırlar. Analoq informasiya kəsilməzdir — biz təbiətdə heç bir vaxt iki eyni rəngli yarpaq və ya iki eyni formalı iki bulud görə bilmərik.

Kompüterdə informasiya başqa xüsusiyyətlərə malik verilənlər şəklində təsvir olunur. Şəkildə hər hansı rəng nə qədər parlaqdırsa, kompüterin yaddaşında bu siqnal bir o qədər artıq olur. Bunları səs və başqa siqnallar haqqında da demək olar. Bu formada təsvir edilən informasiya rəqəmli informasiya adlanır.

Rəqəmli informasiya diskretdir, belə ki, səs, rəng və formaların sonsuz müxtəlifliyinin təsviri üçün ədədlərin müəyyən və sonlu sayından istifadə edilir.

Analoq informasiyanın rəqəmli şəkildə təsviri analoq-rəqəmli çevrilmə adlanır. Bu çevrilmədə istifadə edilən ədədlər nə qədər müxtəlif olarsa, rəqəmli informasiyanın diskretliyi, yəni onun dəqiqliyi də bir o qədər çox olar, başqa sözlə, rəqəmli informasiya analoqa bir o qədər yaxın olar.

Başqa sözlə, analoq informasiya deyildiyi kimi təsvir edilir və insanın duyğu üzvləri ilə qəbul edilir. Rəqəmli informasiya isə kompüterin emal etdiyi informasiyadır və kodlarla ifadə olunur.

İnformasiya prosesləri və təsnifatı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: İnformasiya ləri

İnformasiyanın 1) Tamlıq 2) Aktuallıq 3)Obyektivlik 4) Etibarlılıq 5)Anlaşıqlılıq kimi xassəsi var.

İnformasiya yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt "verilənlər" sözü ilə ifadə olunur. "Verilənlər" (ing. data) texniki vasitələrlə (məsələn, kompüterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir edilən (kodlaşdırılan) məlumatdır. "Verilən" termini latınca "datum" (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə etməyə bilər. Odur ki, verilən dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür.

Verilən ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlərin tip xarakteristikasından əsasən proqramlaşdırmada istifadə edilir.

Tipinə görə verilənləri 4 qrupa ayırırlar:

  • hesabi (və ya rəqəm tipli);
  • mətn (və ya simvol tipli);
  • məntiqi tipli;
  • göstərici tipli.

Biometrik informasiya

[redaktə | mənbəni redaktə et]

İnsanların dəyişməyən xüsusiyyətlərinə əsaslanan informasiyalardır. Bu informasiyalar itirilə, yaxud saxtalaşdırıla bilməz. İnformasiyanın biometrik mühafizə sistemlərinə aşağıdakı tanıma (kimliyin müəyyənləşdirilməsi) sistemləri aiddir:

  • barmaq izlərinə görə tanıma (daktiloskopiya);
  • gözün qüzehli qişasının şəklinə görə tanıma;
  • nitqin özəlliklərinə görə tanıma;
  • üzün təsvirinə görə tanıma;
  • ovucun cizgilərinə görə tanıma.
  1. Eyyubov, Ramazan; Əkbərova, Günel; Sultanova, Vüsalə. İNFORMATİKA MƏSƏLƏLƏRİ Dərs vəsaiti (PDF) (az.). Bakı: “ZƏNGƏZURDA”. 2021. 7. 2024-05-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-01.
  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]