Oldos Haksli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Oldos Haksli
ing. Aldous Huxley
Doğum adı Aldous Leonard Huxley
Doğum tarixi 26 iyul 1894(1894-07-26)[1][2][…]
Vəfat tarixi 22 noyabr 1963(1963-11-22)[1][2][…] (69 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qırtlaq xərçəngi[d]
Təhsili
Fəaliyyəti şair, romançı, filosof, ssenarist, professor, fantastika yazıçısı[d], nasir
Əsərlərinin dili ingilis dili
Tanınmış əsərləri
İmza
huxley.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oldos Leonard Haksli (ing. Aldous Leonard Huxley; 26 iyul 1894[1][2][…]22 noyabr 1963[1][2][…], Los-Anceles, Kaliforniya, ABŞ[4]) — ingilis yazıçısı. Oksfordda təhsil alarkən görmə ilə bağlı problemləri yarandığı üçün təhsilini yarımçıq saxladı. Sonrada bir daha kor olacağı qorxusu ilə qarşısına gələn bütün kitabları oxudu. Müasirlər Oldos Hakslinin iki ayrı ruh daşıdığını deyirdilər. Onun bir ruhu qədim şərq fəlsəfəsilə, bilinməyənlə və mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka ilə və siyasətlə maraqlanırdı. İntellektual-polemik "Sarı Krom" (1921), "Təlxək rəqsi" (1923), "Kontrapunkt" (1928), "Cəsur Yeni Dünya" (1932) romanlarında cəmiyyətin mənəvi eybəcərliyi satira atəşinə tutulur. Lakin Haksli yaradıcılığında humanizmin zəifləməsinə, əxlaqi və dini öyüdçülüyə, mistisizmə gətirib çıxarmışdır: "Meymun və mahiyyət" (1948), "Dahi və ilahə" (1955) və s. romanları var.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Aldous Huxley // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 3 4 Aldous Huxley // Encyclopædia Britannica (ing.).
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118555081 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]