Merton Miller
Merton Miller | |
---|---|
ing. Merton Howard Miller | |
Doğum tarixi | |
Doğum yeri | Boston, Massaçusets ABŞ |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Çikaqo, İllinoys ABŞ |
Milliyyəti | ABŞ |
Elm sahəsi | iqtisadiyyat |
İş yerləri | Karnegi Mellon Universiteti, Çikaqo Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Frits Maçlub |
Üzvlüyü | |
Mükafatları | 1990 İqtisadiyyat üzrə Nobel mükafatı |
Merton Miller (ing. Merton Howard Miller) (16 may 1923 - 3 iyun 2000) — amerikalı iqtisadçı. 1990-cı ildə Harri Markovits və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Həyatı
[redaktə | mənbəni redaktə et]Merton Miller Boston şəhərində vəkil Col Miller və evdar xanım Silviya Millerin övladı olaraq anadan olub.[2] II Dünya müharibəsi dövründə Xəzinə Nazirliyinin vergi tədqiqatları bölməsində iqtisadçı olaraq işlədi və 1952-ci ildə Con Hopkins Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsinə yüksəldikdən sonra ilk akademik vəzifəsini London İqtisadiyyat məktəbində köməkçi qonaq olaraq yerinə yetirdi.
Karyerası
[redaktə | mənbəni redaktə et]Merton Miller 1958-ci ildə Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) həmkarı Franko Modilyani ilə birgə "Kapital xərcləri, Təşkilati maliyyə və İnvestisiya nəzəriyyəsi" (ing. The Cost of Capital, Corporate Finance and the Theory of Investment) adlı bir məqalə yazmışdı. Bu məqalədə ənənəvi təşkilati maliyyə düşüncəsinə son nəticədə qarşı çıxırlar, ənənəvi yanaşmaya görə bir qurum düzgün borc/kapital nisbətini taparaq kapital xərclərini azalda bilər. Miller-Modilyani teoreminə görə isə düzgün nisbət yoxdur, beləliklə qurum idarəçiləri vergi borcunu azaldaraq, qurumun dəqiq kapitalını maksimallaşdırmağa çalışmalıdırlar. Bunlar olarsa borc nisbəti azalacaqdır.
Miller 8 kitabın müəllifidir. 1975-ci ildə Ekonometrika Cəmiyyətinə üzv olmuş və 1976-cı ildə isə Amerikan Maliyyə Birliyinin sədri olmuşdur. 1961-ci ildən 1993-cü ildəki təqaüdə çıxdığı dövrə qədər Çikaqo Universiteti Müəssisə Fakültəsində (ing. University of Chicago Graduate School of Business) işləmişdi. O, həm də təqaüdə çıxandan sonra da uzun müddət burada dərk keçməyə davam etmişdi.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Merton Miller ilk həyat yoldaşı ölən Elenor Millerlə üç övlad sahibi olmuşdu: Pamela (1952), Merqot (1955) və Lusi (1958). Həyat yoldaşı vəfat etdikdən sonra isə Katerina Millerlə evlənmişdi.[3]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- 1972 - Merton Miller, Fema və F.Eucin. Maliyyə nəzəriyyəsi. Nyu York: Holt, Raynhart & Vinston. ISBN 0-03-086732-0. (İngiliscə).
- 1980 - Merton Mİller, R.H.Koas, Kessel və A.Reben. Tətbiqi qiymət nəzəriyyəsi üzrə esselər. Çikaqo: Çikaqo Universitetinin nəşriyyatı. ISBN 0-226-43200-9. (İngiliscə).
- 1986 - Merton Miller və Çarlz Upton. Makroiqtisadiyyat: Neoklassik giriş. Çikaqo: Çikaqo Universitetinin nəşriyyatı. ISBN 0-226-52623-2. (İngiliscə).
- 1991 - Merton Miller. Merton Millerin davamçıları. Nyu York: Con Uiley & Sons. ISBN 0-471-18340-7. (İngiliscə).
- 1991 - Merton Miller. Maliyyə innovasiyaları və bazar dəyişkənliyi. Kembric, MA: Blekvil nəşriyyat. SBN 1-55786-252-4. (İngiliscə).
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Merton Miller haqqında Nobel mükafatı e-muzeyində məlumat
- Merton Miller haqqında faktlar
- Merton Millerin İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı Arxivləşdirilib 2014-10-08 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
- ↑ Merton H. Miller The Notable Names Database, 2008.
- ↑ Louis Uchitelle (2000). "Merton H. Miller, 77, Dies; Economist Who Won Nobel," New York Times, June 5
- 16 mayda doğulanlar
- 1923-cü ildə doğulanlar
- 77 yaşında vəfat edənlər
- 3 iyunda vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- Harvard Universitetinin məzunları
- Cons Hopkins Universitetinin məzunları
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- İqtisadiyyat üzrə Nobel mükafatı laureatları