Mixail Tal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mixail Tal
latış. Mihails Tāls
rus. Михаил Нехемьевич Таль
Mixail Tal (1968)
Mixail Tal (1968)
Ölkə SSRİ SSRİ Latviya SSR
Doğum tarixi
Doğum yeri Riqa, Latviya
Vəfat tarixi (55 yaşında)
Vəfat yeri Moskva,Rusiya
Təhsili
Titulu Qrosmeyster (1957)
Son reytinqi
  • 2.525 (yanvar 1992)[1]
Dünya çempionluğu 1960-61
Mükafatları "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mixail Tal (latış. Mihails Tāls‎; rus. Михаил Нехемьевич Таль; 9 noyabr 1936[2][3][…], Riqa[2]27 iyun 1992[4] və ya 28 iyun 1992[5], Moskva[6]) — SSRİ və Latviyalı qrosmeyster, şahmat üzrə səkkizinci dünya çempionu.

Şahmat karyerası və dünya çempionluğu

[redaktə | vikimətni redaktə et]

Mixail Tal 1936-cı il noyabrın 9-da Riqada anadan olmuşdur. Uşaq yaşlarından bacarığı, fenomenal yaddaşı ilə hamıdan fərqlənirdi. Artıq 3 yaşında ikən o, oxumağı bacarırdı. Birinci sinfə gəldikdən iki gün sonra onu üçüncü sinfə keçirirlər. 1952-ci ildə Latviya universitetinə daxil olmaq üçün ərizə verəndə, Talı qəbul etmirlər, çünki hələ 16 yaşı tamam olmamışdı.

Uşaq yaşlarında o, musiqiyə, riyaziyyata və futbola daha çox maraq göstərirdi. Bu yaşlarında atası onu şahmatla tanış edir. Bu oyun onda xüsusi maraq oyadır. 17 yaşında şahmat dərnəyinə üzv yazıldı, 18 yaşında isə usta normasını yerinə yetirdi. Gənc ustaya ölkə çempionu və qrosmeyster adını almaq üçün cəmi 3 il vaxt lazım oldu.

1958-ci ildə keçirilən SSRİ çempionatında da birinci olur. 1958-ci ilin avqustunda Yuqoslaviyada keçirilən dünya birinciliyi uğrunda seçmə yarışların mərhələlərindən biri-beynəlxalq turnir keçirilirdi. Tal,SmıslovFişer kimi qrosmeysterləri arxada qoyaraq, qalib adına layiq görülür.

İki il sonra 24 yaşlı Riqalı qrosmeyster şahmat tacı uğrunda mübarizədə Botvinniklə görüşürdü. Rəqiblərinin hamısına qalib gələn dünya çempionu bu dəfə gənc qrosmeysterin hücumlarına davam gətirə bilmədi. Bu görüşdə qalib gələn Mixail Tal səkkizinci dünya çempionu oldu.

Bir il sonra Botvinniklə təkrar matçda görüşərkən o, keçmiş dünya çempionunun az bir vaxt ərzində hazırlaşacağını ağlına belə gətirmirdi. Yarış qabağı böyrəklərində dözülməz ağrılar baş qaldıran Tal bir neçə günlüyə Praqaya yola düşür. Praqadan həkimin müşayiəti ilə qayıdarkən şahmat federasiyası matçın vaxtını dəyişməyi təklif edir. Lakin dünya çempionu buna etiraz etdi. Yeni oyun sistemi hazırlayan Botvinnik 13:8 hesabı ilə qələbə qazanır.

Matçda məğlub olması Talın şahmat yaradıcılığına mənfi təsir göstərmir. Artıq 3 aydan sonra o, “əsrin turniri” adlandırılan beynəlxalq Bled turnirində birinci yeri tutur.[7]

  1. OlimpBase (ing.).
  2. 1 2 Таль Михаил Нехемьевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. Mikhail Nekhemyevich Tal // Encyclopædia Britannica (ing.).
  4. qəbir.
  5. Felice G. D., Felice G. D. Chess International Titleholders, 1950–2016 (ing.). McFarland & Company, 2017. 369 p. ISBN 978-1-4766-7132-1
  6. Fransa milli kitabxanası. 1537.
  7. Azər Zeynallı , Pərviz Əliyev, Şahmat aləminə səyahət. səh. 67

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]