Molla Məhəmməd
Molla Məhəmməd | |
---|---|
Məhəmmədqulu | |
Ümumi məlumatlar | |
Doğum adı | Məhəmmədqulu Balaəli oğlu Əhmədov |
Ləqəbi | Molla Məhəmməd |
Doğum tarixi | |
Doğum yeri | Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Maştağa, Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | meyxanaçı |
Fəaliyyət illəri | 1964—2010 |
Molla Məhəmməd (tam adı: Məhəmmədqulu ????; d. 1950, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 23 fevral, 2010, Maştağa, Bakı, Azərbaycan) — azərbaycanlı meyxanaçı.[1][2]
Həyatı
[redaktə | vikimətni redaktə et]Erkən illəri
[redaktə | vikimətni redaktə et]1950-ci ildə Bakının Maştağa kəndində doğulub.[3] Uşaqlığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən Sovetski məhəlləsində keçib.[3] 13-14 yaşında olarkən hazırcavablığına görə ustadı Hacı Kazım tərəfindən "Molla" ləqəbini qazanıb.[3]
15 yaşında aktrisa Nəsibə Zeynalova onu "Bizim Cəbiş müəllim" filminə dəvət edib.[3] Onun səsləndirdiyi "Çağırsa ellər gedərəm davaya" meyxanası filmə əlavə olunsa da, meyxanaçı dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir.[3]
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Həbs olunması
[redaktə | vikimətni redaktə et]1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir.[3] Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vuraraq yaralayır. Çadıra qayıdan meyxanaçı məclis sahiblərinə deyir: "Çadırın arxasında bir nəfəri bıçaqla vurmuşam. Tez xəstəxanaya çatdırın, yazıqdır, ölməsin".[3] Məclis sahibi bir maşınla yaralını xəstəxanaya çatdırır. Başqa bir avtomobillə isə Molla Məhəmmədi aradan çıxarırlar ki, hüquq-mühafizə orqanları onu saxlamasınlar. Təxminən iki il meyxanaçı müxtəlif məclislərdə gizli şəkildə iştirak edir.[3]
1984-cü ildə Ağasəlim Çildağla meyxana dediyi məclisdə milis əməkdaşları onu saxlayıb, həbs etdilər.[3] Məhkəmənin qərarıyla ona yeddi il həbs cəzası verilir.[3] Həbsxanada olduğu dönəmdə heç bir sənət yoldaşı nə onunla, nə də ailəsiylə maraqlanmayıb. Beş illik həbsxana həyatından sonra Molla Məhəmməd azadlığa buraxılır.[3]
Ölümü
[redaktə | vikimətni redaktə et]2010-cu ilin fevralın 23-də uzun sürən xəstəlikdən sonra vəfat edib.[3]
Şəxsi həyatı
[redaktə | vikimətni redaktə et]Təsbeh həvəskarı idi.[3] Müğənni Səxavət Məmmədovlə dost idi.[3]
Musiqi repertuarı
[redaktə | vikimətni redaktə et]- "Bakılı balasıyam"
- "Çağırsa ellər gedərəm davaya"
- "Gözləmişəm, gəlməmisən, mən də nişanlanmışam"
İrsi
[redaktə | vikimətni redaktə et]Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Qəzəlxan Molla Məhəmmədin oğlu: "Bu mahnı məsələsi atamın dərdinin üstünə dərd gətirdi"". www.telebe.az. www.telebe.az. 2017-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2017.
- ↑ "Mehman Əhmədli: "Balqabağam ki, kimsə məni döymək istəsin?" - AUDİO - FOTOLAR". milli.az. milli.az. 2017-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2021.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Adam bıçaqladığına görə iki il sonra toyda həbs edilən söz ustadının". olke.az. olke.az. 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2021.