Məzmuna keç

NTFS

Vikipediya, azad ensiklopediya

NTFS (New Technology File System) – Yeni texnologiya fayl sistemlərikompüterlərin saxlama mühitlərini istifadə etməyini təmin edir. Windows ilə istifadə olunan iki əsas fayl sistemi mövcuddur: FATNTFS.

Microsoft-un əməliyyat sistemlərindən biri olan Windows NT əməliyyat sistemini NTFS fayl sistemi olmadan təsəvvür etmək olmaz. O, mövcud fayl sistemlərinin ən müvəffəqiyyətlisidir. NTFS, həm şəbəkə məsələlərində, həm də İnternet mühitində digər fayl sistemlərinin verə bilmədiyi üstünlüklərə malikdir. Funksional nöqteyi nəzərdən NTFS, Linux əməliyyat sistemlərinin istifadə etdiyi fayl sistemlərinə (Ext 2/3, ReiserFS) daha uyğundur. NTFS bütün faylları həm istifadəçi, həm də sistem tərəfindən təyin olunan atributlu obyektlər kimi emal etməklə obyekt-yönlü tətbiqi proqramları dəstəkləyir.

1990-cı illərin əvvəllərində Microsoft və IBM sonrakı nəsil qrafik əməliyyat sistemini yaratmaq üçün müştərək layihə formalaşdırdılar. Layihənin nəticəsi OS/2 oldu, lakin sonralar Microsoft və IBM bəzi problemlərdə razılaşmadılar və ayrıldılar. OS/2 IBM layihəsi olaraq qaldı, Microsoft isə Windows NT-də işləməyə başladı. OS/2 fayl sistemi HPFS fayl sisteminin bir neçə vacib yeni xüsusiyyətini özündə saxladı. Ehtimal ki, NTFS üçün bu konsepsiyaların (anlayışlar) çoxunu götürdülər. İD bölmək qeyri-mümkün idi. Bir halda ki, mümkün kodların (kodekslərin) çoxluğu var idi və başqa əsas fayl sistemləri onların öz kodlarına (kodekslərinə) malik idilər.

FAT-da doqquzdan çox variant mövcuddur. (FAT12, FAT16, FAT32 və.s).

Alqoritmlər – Hansı ki, fayl sistemini parçalama (ayırma) tipi əlavə yoxlamaları yerinə yetirməlidir.

  • NTFS 5 versiyaya malikdir.
  • V1.0 — NT3.1 ilə 1993-cü ilin ortalarında buraxıldı.
  • V1.1 — NT3.5 ilə 1994-cü ildə yaradıldı.
  • V1.2— NT3.51 (1995-ci ilin ortalarında) və NT4 (1996-cı ilin ortalarında) üçün yazıldı (NTFS4.0 kimi adlanırdı, çünki OS4.0 versiyası idi).
  • Windows 2000-dən v3.0 (hərdən "NTFS V5.0-i" kimi adlandırılır.) versiyası.
  • Windows XPdan (2001-ci ilin payızında; hərdən "NTFS V5.1-i" kimi adlandırılır).
  • Windows Server 2003-dən (2003-cü ilin yazında; hərdən "NTFS V5.2" kimi adlandırılır).
  • Windows Vista-dan (hərdən "NTFS V6.0" kimi adlandırılır).
  • Windows Server 2008-dən v3.1 istifadə olunmağa başlandı.
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy