On ikinci sülalə (Misir)
XII sülalə - Qədim Misirdə Orta padşahlıq dövründə hakimiyyətdə olmuş sülalə.
Ümumi məlumat
[redaktə | vikimətni redaktə et]XII sülalənin ilk hökmdarı I Amenemhet IV Mentuhotep zamanı çati vəzifəsinə sahib idi[1]. Onun necə hakimiyyətə gəlməsi dəqiq şəkildə məlum deyil. Müasir alimlər bunun çevriliş və ya irsi olaraq baş verməsi fikirlərini irəli sürülür.
XII sülalənin hakimiyyəti zamanı paytaxt Tebesdən İttauiyə köçürülür. Manefon bu sülalənin də X xanədan kimi Tebesdən olduğunu yazsa da, hazırda bu fikir qəbul edilmir[2]. İttaui şəhəri I Amenemhet tərəfindən salınmış və tam adı Amenemhet-it-taui (Amenemhat-itj-tawy ; Amenemhat, iki diyarın işğalçısı) idi. İttauinin vaxtilə Feyyum şəhəri yaxınlığında olduğu hesab olunur.
XII sülalə dövründə Qədim Misir regionun ən güclü dövlətlərdən birinə çevrildi[3]. Bu zaman aralığı Yeni padşahlığa qədər ən stabil period hesab olunur. İrriqasiya sisteminin inkaş etdirilməsi və genişləndirilməsi, yeni su kanallarının yaradılması nəticəsində əkin sahələri böyüdü. Arxeoloji qazıntılar nəticəsində əldə edilən artefaktlar Finikiya, Levant və Kiçik Asiya ilə ticari əlaqələrdən xəbər verir. Kiçik Asiyadan gümüş və oduncaq, Levantdan isə sidr ağacının oducağının alındığı məlumdur. Finikiyanın Bibl şəhəri misirli tacirlərin ən çox səyahət etdiyi yerlərdən biri idi.
İqtisadi gücün artması özü ilə birlikdə güclü ordunun da təşkil olunmasınada gətirib çıxartdı. Nubiyanın Nil sahili yuxarı bölgələri işğal edildi.
Ancaq sülalənin hakimiyyətinin sonuna yaxın baş verən üsyanlar və iqtisadi geriləmə mərkəzi dövlətin zəifləməsinə səbəb oldu. Bu hadisələr XII sülalənin devrilməsinə, Qədim Misirin parçlanmasına gətirib çıxartdı.
Mədəniyyət
[redaktə | vikimətni redaktə et]XII sülalənin hakimiyyəti Qədim Misir ədəbiyyatının çiçəklənmə dövrüdür. Günümüzə qədər çatan "Sinuhe əfsanəsi", "Kəndlinin şikayətləri", "Amenemhetin təlimi" əsərləri ədəbi dilin inkişafından xəbər verir.
Pris, Moskva riyazi və Berlin papiruslarının təxminən XII sülalə dövründə yaradıldığı fikri irəli sürülür.
Fironlar üçün piramidalrın tikintisi davam edir. Dövrmüzə gəlib çatan məqbərələrdən I Amenemhetin, I Senusertin, III Amenemhetin piramidaları seçilir. III Amenemhetin iki piramidası məlumdur. Biri Dahşurdakı "Qara piramida", digəri isə Havara piramidasıdır.
Fironlar
[redaktə | vikimətni redaktə et]Turin siyahısına görə XII sülalə 213 il hakimiyyətdə olmuşdur.
Ad | Taxt adı | Şəkil | Hakimiyyət illəri | Qeyd |
I Amenemhet | Sehetepibre | XII sülalədən ilk firon. IV Mentuhotep zamanı çati olğu düşünülür. | ||
I Senusert | Xeperkare | I Amenemhetin oğlu. Nubiyaya işğalçı yürüş təşkil etmişdir. | ||
II Amenemhet | Nubxaure | I Senusert və Nefrunun oğlu. | ||
II Senusert | Xaxeperre | II Amenemhetin oğlu. | ||
III Senusret | Xakaure | II Senusert və I Xenemetneferhedcetin oğlu. | ||
III Amenemhet | Nimaatre | III Senusertin oğlu. | ||
IV Amenemhet | Maaxerure | III Amenemhetin oğlu. | ||
Sebekneferu | Sobekkare | III Amenehetin qızı. |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Hornung, Erik; Krauss, Rolf; Warburton, David A., redaktorlar Ancient Egyptian Chronology. 2006-12-30. səh. 160–161. ISBN 9789047404002. 2020-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07. (mirror Arxivləşdirilib 2019-03-30 at the Wayback Machine)
- ↑ Египтопедия. XII Династия. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ The Ancient Egypt site. 12th Dynasty (1991-1783). 2021-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.