Orxan Camal
Orxan Camal | |
---|---|
rus. Орхан Джемаль | |
Doğum tarixi | 12 noyabr 1966 |
Doğum yeri | |
Vəfat tarixi | 30 iyul 2018 (51 yaşında) |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Rusiya |
Həyat yoldaşı | İrina Qordiyenko |
Uşağı | Mənsur Camal |
Atası | Heydər Camal |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | jurnalist |
Orxan Camal (rus. Орхан Джемаль; 12 noyabr 1966, Moskva – 30 iyul 2018) — Azərbaycan əsilli[1] rusiyalı jurnalist və ictimai xadim.
Həyatı
[redaktə | vikimətni redaktə et]Orxan Camal 12 noyabr 1966-cı ildə Moskva şəhərində anadan olub. O, rəssam Cahid Camalın nəvəsi, şərqşünas-islamşünas yazar Heydər Camalın isə oğludur. Orxan Rusiya paytaxtındakı Serqo Orconikidze adına Moskva geoloji kəşfiyyat institutunun məzunudur. 1988-ci ildən televiziyada çalışıb, "Zdorovye" (rus. Здоровье) kimi məşhur teleproqramın rejissoru olub. Sonrakı dövrdə öz ixtisası üzrə işləmiş Orxan 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb. Onun imzası "Veçernyaya Moskva", "Veçerniy kuryer", "Nezavisimaya qazeta", "Novaya qazeta", "Versiya" kimi nəşrlərdə görünüb.[2] Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi "qaynar nöqtələr"də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan Orxan 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.[3]
Orxan Camal 2000-ci ildə Dini Jurnalistlər İttifaqının təsisçilərindən biri olub. 2005-ci ildə Rusiya Jurnalistlər Birliyi yanında "Tədqiqat komitəsi" jurnalist araşdırmaları Agentliyini təsis edib və onun icraçı direktoru olub. Bundan başqa, o, 2003-cü ildə "Travel" janrında ən yaxşı jurnalist adı qazanıb.
31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib.[4][5]
7 avqust 2018-ci ildə Moskva Cümə Məscidində Orxan Camalla vida mərasimi keçirilib.[6] Cənazə namazını Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin qılıb.[7] Camal Xovansk qəbiristanlığının müsəlman sektorunda dəfn edilib.[6]
Ailəsi
[redaktə | vikimətni redaktə et]Jurnalist İrina Qordiyenko ilə evli olub.[8][9] Mənsur adında oğlu var.[10]
Biblioqrafiya
[redaktə | vikimətni redaktə et]Jurnalist yeni minilliyin ilk gürcü-rus müharibəsini özünün "Beşgünlük müharibənin xronikası" (rus. Хроники пятидневной войны) (2008) kitabında əks etdirib.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalist öldürülüb". Azertag.az. 31 iyul 2018. 2020-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
- ↑ 1 2 "Zahiri və batini ilə atasına oxşar jurnalist - Orxan Camal". Modern.az. 19 noyabr 2012. 17 iyul 2018 tarixində arxivləşdirilib.
- ↑ "Orxan Camal yaralandı". Azxeber.az. 22 avqust 2011. 19 iyul 2018 tarixində arxivləşdirilib.
- ↑ Inc., TV Rain,. "В Центральной Африке погибли журналист Орхан Джемаль, режиссер Александр Расторгуев и оператор Кирилл Радченко". 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-31.
- ↑ "Dünyaca tanınmış azərbaycanlının oğlu Afrikada öldürüldü". Sputnik.az. 31 iyul 2018. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-31.
- ↑ 1 2 "Orxan Camalla vida mərasimi oldu". Qafqazinfo.az. 7 avqust 2018. 8 avqust 2018 tarixində arxivləşdirilib.
- ↑ "Afrikada öldürülən Orxan Camal dəfn olundu". islam.az. 7 avqust 2018. 8 avqust 2018 tarixində arxivləşdirilib.
- ↑ Бывшая жена Орхана Джемаля подтвердила его гибель в ЦАР. Arxivləşdirilib 2018-07-31 at the Wayback Machine // Газета.ру, 31.07.2018
- ↑ "Погибший в ЦАР Орхан Джемаль снимал фильм о ЧВК Вагнера. Процесс опознания продлится до утра". Moskovski komsomolets. 2018-07-31. 2018-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
- ↑ Аркадий Бабченко. ""Орхан". Текст от 2 августа 2018 года". 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-02.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Tərcümeyi-halı və müsahibəsi (rus.)
- "Novaya qazeta"da məqalələri (rus.)
- Orxan Camal "Exo Moskvı" radiosunda (rus.)
- Mərkəzi Afrika Respublikasında rusiya vətəndaşlarının həlak olması haqqında // RF-nın XİN, 31.07.2018 (rus.)