Pasxa üsyanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pasxa üsyanı
Éirí Amach na Cásca
Easter Rising
Tarix 29 aprel 1916
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pasxa üsyanı — İrlandiyalı respublikaçıların İngiltərəyə qarşı 24 aprel 1916-cı ildə başlatdıqları üsyan.

Çarls Stuart Parnelin Böyük Britaniya İcmalar palatasındakı nümayəndəliyinə son verilməsi gənc milliyətçilərin narazıçılığına səbəb oldu. Kelt Atletik Birliyinin, Kelt Liqasının, Kelt Kültürəl Oyanış təşkilat və dərnəklərinin təşkil etdiyi Sin Feyn qəzeti İrlandiyanın müstəqilliyinin vacibliyi ilə bağlı yazılar yazmağa başladı.

24 aprel 1916-cı il bazarertəsi günü Patrik Pears, Tom Klark, Ceyms Konoli, Oyin Məkneil və Tomas MəkDonaqın başçılıq etdiyi üsyan 200 nəfərlik İrlandiya Vətəndaş Ordusu və 1560 nəfər konüllü İrlandiyalı ilə birlikdə başlayır.

Başda Dublin Mərkəzi Poçt Binası olmaqla, bir neçə mühüm strateji nöqtələri ələ keçirən üsyançılar krallığın göndərdiyi ingilis birliklərinə qarşı müvəffəq ola bilmir və üsyan yatırılır. Üsyanın 15 önəmli lideri edam edilir.

Qlasnevin məzarlığındakı rəqəmlərə görə, üsyan zamanı 260 İrlandiyalı vətəndaş, 126 ingilis əsgəri, 86 İrlandiyalı üsyançı və 17 polis həyatını itirir.