Portal:Opera

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  

"Ola bilsin ki, operaya gedən hər əlli nəfərdən yalnız biri artıq onu sevsin, yerdə qalan qırxdoqquz nəfər isə onu sevməyi öyrənmək üçün operaya gedirlər" Mark Tven

Üçüncü zəng çalınır, pərdə qalxır...

Opera portalına
xoş gəlmisiniz!


redaktə  

Operalar

Riqoletta (it. Rigoletto) - İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Françesko Maria Piavenin librettosunun yazdığı 3 pərdəli opera əsəri. İlk dəfə 11 mart 1851-ci ildə Venesiyadakı La Feniçe teatrında səhnəyə qoyulmuşdur. Mantuan hersoqunun sarayında bal. Hersoqun Çeprano qrafinzasına nəvaziş göstərməsi onun ərində qısqanclıq yaradır. Təlxək isə Çeprano qrafını lağa qoyaraq, hersoqa elə bu gecə gözəl qrafinyanı oğurlamağı məsləhət görür. Acıqlı Çeorano qrafı Riqolettodan əvəz çıxarmağı özünə söz verir. balın nəşəsi qraf Monteronenin gəlişi ilə pozulur. Monterone qrafı hersoqdan qızını qaytarmağı tələb edir. Təlxək Monterone qrafına istehza edir. Hersoq isə qrafı həbs etdirir. Monterone qrafı hersoqu və təlxək Riqolettanı nəhlətləyir. Monterone qrafının nəhləti təlxəyə rahatlıq vermir. Gecədən keçmiş evinə qayıdan təlxək muzdlu qatilə rast gəlir. Təlxək bundan qorxaraq, sevimli qızı Cilda üçün bərk narahat olur. Hersoqun əməllərinə bələd olan təlxək, qızına evdən bayıra çıxmamağı tapşırır. Bir dəfə kilsədən çıxan Cilda yaraşıqlı bir oğlana rast gəlir və ona valeh olur. Bu gənc tələbə qiyafəti geymiş hersoqun özüdür. Vurulmuş qız arzular qanadında uçur.


redaktə  

Operettalar

Arşın mal alanÜzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı son operetta. Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır.2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Arşın mal alan operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. Ü.Hacıbəyov “Arşın mal alan” operettasını tamamladıqdan sonra onu ilk dəfə Sankt-Peterburq konsevatoriyasının direktoru, görkəmli rus bəstəkarı A.Qlazunova göstərmişdir. A.Qlazunov əsəri çox bəyənmiş və onu bütün Rusiyada ilk operetta adlandırmışdır. “Arşın mal alana” verilən bu cür yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturasını və librettosunu Bakıya, dostlarına göndərir.


redaktə  

Bəstəkarlar

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov (bəzi mənbələrdə "Üzeyir Hacıbəyli") (18 sentyabr 1885, Ağcabədi23 noyabr 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi. Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən hesab edilir.


redaktə  

Milli operamız

Şah İsmayıl — Bəstəkar Müslüm Maqomayevin eyniadlı Azərbaycan dastanı əsasında yazdığı opera. Bəstəkar əsəri 1916-cı ildə eynadlı Azərbaycan dastanı əsasında yazıb, ilk dəfə tamaşaya 1919-cu ildə qoyub. Əsər 1925-ci ildə və sonrakı illərdə, müəllifin vəfatınadək (1937), ciddi libretto və musiqi dəyişikliklərinə məruz qalıb. Librettonun ilkin müəllifi Mirzə Qədir İsmayılzadədir ("Vüsaqi", Mikayıl Müşfiqin atası) olub, sonradan Məmməd Səid Ordubadi tərəfindən dəyişilib.


redaktə  

Məşhur tenor ifaçılar

Hüseynqulu Məlik oğlu Rzayev (Sarabski) (20 mart 1879, Bakı2 fevral 1945, Bakı) — opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932). Azərbaycan professional musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti olmuşdur. Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.


redaktə  

Məşhur soprano ifaçılar

Məmmədova Şövkət Həsən qızı (18 aprel, 1897, Tbilisi8 iyun 1981, Bakı) — İlk professional Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano). SSRİ xalq artisti (1938). Azərbaycan opera ifaçısı və müəllimi. Azərb. SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. Şövkət Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşi olan istəyi hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirir.


redaktə  

İfaçılar

Zülalov Qәmbәr Әbdül oğlu (1895 – 1976) — müğәnni. Azәrb. әmәkdar art. (1958). Atası Əbdül Zülalov 1898-ci ildə vəfat etdikdən sonra onu və böyük qardaşı olan Əli Zülalovu əmisi Əbdülbağı Zülalov (Bülbülcan) himayəsinə götürmüşdür. Müğәnniliyә 1917 ildә Şuşada başlamışdır. 1926—75 illәrdә Azərbaycan Opera Teatrının solisti olmuş, burada Üzeir Hacıbəyovun "Leyli vә Mәcnun", "Әsli vә Kәrәm", "Koroğlu" operalarında Mәcnunun atası, paşa, Nadir partiyalarını ifa etmişdir. Qəmbər Zülalov operanın inkişafında göstərdiyi xidmətlərinə görə əməkdar artist fəxri adına layiq görülmüşdü.


redaktə  

Opera teatrları

San-Karlo teatrı (it. Teatro di San Carlo) — İtaliyanın Neapol şəhərində yerləşən dünyanın və İtaliyanın ən tanınmış opera binalarından biri. 4 noyabr 1737-ci ildə açılmışdır. San-Karlo teatrı Avropanın hal-hazırda istifadə edilən ən qədim lirik opera binalarındandır və Neapol şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.


redaktə  

Opera indeksləri


0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z



redaktə  

Opera musiqisi


Uvertüralar


Ariyalar


redaktə  

Təqvim

Yanvar


redaktə  

Məşhur ariyaların sözləri



redaktə  

Şəkil qalereyası


Salzburger Festspiele 2012 - La boheme.jpg
Bohema. Zalsburq festivalı, 2013


redaktə  

Bilirsinizmi...

  • Turandot operasının orijinal süjeti Azərbaycanın XII əsrdə yaşamış klassik şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindəki epik hekayədən götürülmüşdür.
  • Qarnye opera binasının lahiyəsi təqdim olunarkən İmperatriça Yevgeniya Şarl Qarnyedən onun hansı memarlıq üslubunda işlənildiyini soruşur: "Bu necə üslubdur? Nə yunan, nə XV Lüdovik, nə də XVI!" Qarnye belə cavab verir: "Bu ki, III Napoleondur və siz onu bəyənmirsiniz?!". İmperator Qarnyeni kənara çəkib qulağına pıçıldayır: "Narahat olmayın, onun onsuz da belə şeylərdən başı çıxmır". Beləliklə Napoleon üslubu yaranmış olur.
  • Bəd 13 ədədi: Opera Qarnye sayca Parisin 13 cüsüdür; 29 may 1896 cı ildə nizamlayıcı 700 kq-lıq çilçıraq "Faust" tamaşası gedərkən düşməsindən 13 nömrəli oturacaqda əyləşmiş tamaşaçı ölür; gənc balerina giriş pilləkanının 13 cü pilləsindən yıxılaraq tələf olur.
  • Qaston Lerunun məhşur "Opera fantomu" romanında opera binasının altında gölün olması göstərilir. Həqiqətdə də binanın zirzəmisində özülün davamlığını artırmaq və baş verə biləcək yanğını söndürmək üçün su anbarı mövcuddur.
  • Aida operasının Avropadakı premyerası 1872-ci ildə La Skalada baş tutmuşdur. Opera qədər bəyənilir ki, bəstəkar Cüzeppe Verdi 32 dəfə səhnəyə çağırılir.


redaktə  

Kateqoriyalar


redaktə  

Əlaqəli portallar


redaktə  

Xarici keçidlərdə operalar



Opera Vikixəbərdə  Opera Vikisitatda  Opera Vikikitabda  Opera Vikimənbədə  Opera Vikilüğətdə  Opera Vikiversitetdə  Opera Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar