Qubad İbadoğlu
Qubad İbadoğlu | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 sentyabr 1971 (53 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim, universitet müəllimi[d], insan hüquqları fəalı |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qubad İbad oğlu Bayramov (12 sentyabr 1971, Aşağı Güzlək, Füzuli rayonu[1]) — azərbaycanlı siyasətçi, iqtisad elmləri namizədi,[2][3][4] Azərbaycan Demokratiya və Rifah Hərəkatının qurucusu və ilk sədri.[5]
Həyatı
[redaktə | mənbəni redaktə et]12 sentyabr 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub.
20 ilə yaxın müddətdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi təhlil" kafedrasında çalışmışdır. 53 adda və 175 çap vərəqi həcmində elmi əsərin, 20-dək kitabın, monoqrafiyanın və dərs vəsaitinin müəllifidir.[6]
2004–2005-ci tədris ilində Budapeştdə Mərkəzi Avropa Universitetində, 2008–2009-cu tədris ilində Çapel Hill Şimali Karolina Universitetində, 2015–2016-cı tədris ilində Dyuk Universitetində, 2017–2018-ci tədris ilində Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda, 2018–2021-ci tədris illərində Nyu-Cersidə Ratqers Universitetində yarımştat qaydada pedoqoji fəaliyyətlə məşğul olub. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin qonaq elmi işçisi olmuşdur.[7]
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Məclisinin VI çağırış deputatı Vüqar Bayramovun böyük qardaşıdır.
İctimai fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1995–1999-cu illərdə "Ekonomiks" iqtisadiyyat qəzetinin baş redaktoru olmuş, 1 yanvar 2000-ci ildən isə elmi-iqtisadi "Ekspert" jurnalının baş redaktorudur.[8]
2002-ci ildən 2012-ci ilədək İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri olub.
2007-ci ildən İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricidir.
2008-ci ildə qərargahı Londonda yerləşən "Ödədiyini Açıqla" Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupunun, 2009-cu ildə qərargahı Buxarestdə yerləşən Qara Dəniz QHT Forumunun İdarə Heyətinin, 2013–2019-cu illərdə qərargahı Osloda yerləşən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin üzvü olub.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Müsavat partiyasının divan üzvü olmuşdur.
2000-ci il parlament seçkilərində Qubad İbadoğlu Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 5-ci sırada olmuşdur.[9] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Qubad İbadoğlu deputat seçilə bilməmişdir.[10][11]
2014-cü ilin sentyabrında partiyanın sədrliyinə keçirilən seçkilərdə iştirak edərək 228-ə qarşı 200 səs toplayaraq Arif Hacılıya məğlub olmuşdur. 2015-ci il fevralın 6-da Müsavat partiyasından xaric edilmişdir.[12]
2015-ci il fevralın 21-də Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis qurultayında Hərəkatın sədri seçilmişdir.[13] 17 oktyabr 2021-ci il tarixində onlayn olaraq 88 nümayəndədən 82-sinin iştirakı ilə keçirilən qurultayda hərəkatı partiya olmaq qərarına gəlib.[5] Azərbaycan Demokratiya və Rifah Hərəkatı dəfələrlə partiya kimi qeydiyyatdan keçmək üçün müraciət etsə də, Ədliyyə Nazirliyi tərəfindən rədd edilib.[14]
23 iyul 2023-cü ildə Sumqayıta partiya gəncləri ilə görüşə gedərkən DİN əməkdaşları tərəfindən saxlanılaraq DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.[15] Vəkilinin bildirdiyinə görə Qubad İbadoğluna Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham verilib və o təqsirləndirilən şəxs qismində cəlb edilib. 24 iyul 2023-cü ildə keçirilən məhkəmə prosesində barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.[16] 22 aprel 2024-cü il tarixində ev dustaqlığına buraxılıb.[17]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Curriculum Vitae" (PDF) (ingilis). Economic Research Center. 2016-01-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-01-25.
- ↑ Mədən sənayesində şəffafığın artırılması Koalisiyası. "Qubad İbadoğlu" (PDF) (ingilis). eiti-ngo-azerbaijan.org. 2016-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-01-22.
- ↑ Asif Nərimanlı. "Əyləncəli, ağıllı, eqoist, tədbirli... Qubad İbadoğlu kimdir? - "Fizioqnomiya" testi" (ingilis). publika.az. 2014-09-19. 2016-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
- ↑ Azad Fikir Universiteti. "Qubad İbadoğlu" (az.). www.azadfikir.org. 2016-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
- ↑ 1 2 24saat.org. "ADR Hərəkatı partiya oldu" (az.). Vüqar Qurdqanlı. 16 oktyabr 2021. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2021.
- ↑ "Qubad İbadoğlu" (az.). Adam.az. 2016-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
- ↑ Science, London School of Economics and Political. "Gubad Ibadoghlu". London School of Economics and Political Science (ingilis). İstifadə tarixi: 2023-11-12.
- ↑ Democratic Institutions and Human Rights Social Union. "Gubad Ibadoglu" (ingilis). www.democraticinstitutions.org. 2010-10-09. 2016-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-05.
- ↑ "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
- ↑ "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- ↑ "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
- ↑ Amerikanın Səsi. "Qubad İbadoğlu Müsavat Partiyası üzvlüyündən xaric edilib" (az.). www.amerikaninsesi.org. 2015-02-06. 2016-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-04.
- ↑ Amerikanın Səsi. "Azərbaycan Demokratiya və Rifah Hərəkatı təsis edilib" (az.). www.amerikaninsesi.org. 2015-02-21. 2016-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-04.
- ↑ "Ədliyyə Nazirliyi ADR Partiyasını dövlət qeydiyyatına almaqdan imtina edib". Voice of America (az.). 2022-03-01. 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
- ↑ "Məhkəmə Qubad İbadoğlu barəsində qərar verib". Report İnformasiya Agentliyi (az.). 24 iyul 2023. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2023.
- ↑ "Məhkəmə Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib". Sputnik Azərbaycan (az.). 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2023.
- ↑ "Qubad İbadoğlu ev dustaqlığına buraxıldı". Qafqazinfo (az.). 2024-04-22. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Губад Ибадоглы. "Издержки "переходного периода" в Азербайджане" (rus). old.sakharov-center.ru. 2013-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
- 12 sentyabrda doğulanlar
- 1971-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Füzuli rayonunda doğulanlar
- Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunları
- Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları
- İqtisad elmləri namizədləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan iqtisadçıları
- Azərbaycanlı iqtisadçılar
- Azərbaycan siyasi partiyalarının sədrləri
- Ratqers Universitetinin müəllimləri
- Azərbaycanlı məhbuslar və məhkumlar
- Azərbaycanda Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər
- Müsavat Partiyası Divanının üzvləri