Süleyman Məmmədov (dövlət xadimi)
Süleyman Məmmədov | |
---|---|
Süleyman Fərhad oğlu Məmmədov | |
1988 – 1990 | |
1988 – 1991 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göyçay, Azərbaycan SSR |
Təhsili | Azərbaycan Sənaye İnstitutu |
Atası | Fərhad Məmmədov |
Həyat yoldaşı | Çimnaz Məmmədova |
Uşaqları | İradə Ə., Mehriban Z. |
|
|
Təltifləri |
|
Məmmədov Süleyman Fərhad oğlu (1932, Göyçay, Azərbaycan SSR) — Azərbaycanın görkəmli dövlət xadimi, SSRİ Ali Sovetinin deputatı, Gəncə Şəhəri Xalq Deputatları Sovetinin sədri, Gəncə Alüminium zavodunun direktoru.
Həyatı
[redaktə | vikimətni redaktə et]Süleyman Məmmədov 1932-ci ildə Göyçay şəhərində anadan olub. Göyçay şəhər 4 №li orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakı şəhərinə gəlir və sənədlərini Azərbaycan Sənaye İnstitutuna verir. 1954-cü ildə həmin İnstitutu bitirərək təyinatla Sumqayıt Alüminium zavoduna işləməyə göndərilir. 1959-cu ildən həmin zavodun baş mexaniki təyin olunur. 1960-cı ildə ona Azərbaycan Ali Sovetinin Fərmanı ilə "Azərbaycan SSR əməkdar səmərələşdiricisi" fəxri adı verilir. Azərbaycan hökumətinin göndərişi ilə 1962-ci ildə Gəncədə tikilən Alüminium zavodu üçün 5,7 milyon rubl dəyərində olan texnoloji avadanlığı qəbul etmək üçün Çexoslovakiyaya ezam olunur. SSRİ Əlvan Metallurgiya Nazirliyinin razılığı ilə 1967-ci ildə Azərbaycanda yaradılan xüsusi Tikinti Quraşdırma idarəsinin müdiri, 1970-ci ildə isə Gəncədəki İttifaq əhəmiyyətli Alüminium zavodunun direktoru vəzifəsinə təyin olunur. 4700 nəfər işçisi olan Kirovabad Alüminium zavoduna 7 il rəhbərlik edir. 1971-1972-ci ildə "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordenləri ilə təltif olunur. 1977-ci ildə ikinci dəfə Mərkəzi Komitəyə Heydər Əliyevin qəbuluna dəvət olunaraq, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sədri seçilir və üç ilə yaxın bu vəzifədə işləyir. 1980-1988-ci illərdə Əlvan Metalların Emalı zavodunda direktor işləyir. 1988-ci ildə 2-ci dəfə Şəhər Xalq Deputatları Sovetinə sədr seçilir və Azərbaycan Ali Sovetinin deputatı olur. Elə həmin ildən 1990-cı ilin mayına kimi şəhər Partiya Komitəsinin I katibi vəzifəsində çalışır. Bundan sonra SSRİ Ali Sovetinin deputatı kimi Sənaye və Energetika Komitəsində fəaliyyət göstərir. İşlədiyi müddət ərzində yaxşı işinə görə çoxlu sayda fəxri fərmanlara, orden və medallara layiq görülüb. 1995-ci ildən dövlət qulluqçusu təqaüdçüsü idi. Süleyman Məmmədov 2017 - ci il noyabrın 30 - da vəfat edib.
Mənbə
[redaktə | vikimətni redaktə et]- 1932-ci ildə doğulanlar
- Azərbaycan SSR əməkdar səmərələşdiriciləri
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin birinci katibləri
- Göyçayda doğulanlar
- SSRİ Ali Sovetinin XII çağırış deputatları
- Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatları