Silvan (Diyarbəkir)
Silvan | |
---|---|
Silvan | |
38°08′32″ şm. e. 41°00′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 21640 |
Nəqliyyat kodu | 21 |
Digər | |
silvan.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Silvan (kürd. Farqîn;[1] osman. ميا فارقين, Meyafarikîn[2]) — Türkiyənin Diyarbəkir vilayətində şəhər və rayon. Rayon əhalisi 87,639 nəfərdir.[3] Silvan qalası, Malabadi körpüsü, Hassuni mağara şəhəri, Səlahəddin Əyyubi məscidi, Zəmbilfroş qalası, Əyyubi Kot minarəsi, Bəhlül bəy məscidi, qədim Xaldey kilsəsi (Bələdiyyə məscidi) və Bosat qalası, həmçinin muzey və tarixi malikanələr bu rayonda yerləşir.[4]
Tarixi
[redaktə | vikimətni redaktə et]Qədim dövr
[redaktə | vikimətni redaktə et]Silvan bir neçə alim tərəfindən Ermənistan krallığının kral Tiqran (e.ə. 95–55-ci illərdə hökmranlıq etmişdir) tərəfindən tikilmiş və onun şərəfinə adlandırılmış paytaxtı olan Tiqranakert şəhərinin iki mümkün yerindən biri (digəri Arzen) kimi müəyyən edilmişdir.
E.ə. 69-cu ildə Roma Respublikasının ordusu Tiqranakert döyüşündə Tiqranın qoşunlarını məğlub etmişdir. Şəhər sonrakı onilliklərdə ticarət və ellinizm mədəniyyətinin inkişaf edən mərkəzi kimi əhəmiyyətini itirmişdir. B.e. 387-ci ildə Aştyank sülhü ilə Tiqranakert Bizans imperiyasının bir hissəsi olmuşdur.[5]
Orta əsrlər
[redaktə | vikimətni redaktə et]Təxminən b.e. 400-cü ilində şəhərin yepiskopu Marufa Sasani dövlətindən çoxlu sayda qalıqları qaytarmışdır. Bunlar Sasanilər dövründə təqib edilən xristian əzabkeşlərinin yadigarları idi. Bu səbəbdən onun adı dəyişdirilərək Martiropol (yun. Μαρτυρούπολις), yəni "şəhidlər şəhəri" adlandırılmışdır. I Yustinian islahatlarından sonra (527–565-ci illərdə hökmranlıq etmişdir) şəhər Dördüncü Ermənistan vilayətinin paytaxtı təyin edilmişdir. Şəhər İberiya müharibəsinin son mərhələsində Sasanilər tərəfindən nəticəsiz şəkildə mühasirəyə alınmışdır.[5]
Şəhər 588-ci ildə Martiropol döyüşündə çox əziyyət çəkmiş, lakin tezliklə yenidən çiçəklənmişdir.[6]
VII əsrdə ərəblər bu regionu ələ keçirdikdən sonra şəhər Məyafariqin adı ilə tanınmışdır.[7] 935-ci ildə Həmdanilərin, daha sonra 978-ci ildə Buveyhilərin, daha sonra kürd Mərvanilərin tabeliyinə keçərək XI əsrin sonuna qədər sülalənin paytaxtı olmuşdur. Şəhər və bütün Diyarbəkir vilayəti 1085-ci ildə Səlcuqlu hakimi I Məlikşah tərəfindən alınmışdır. Sonrakı illərdə şəhər səlcuqi tayfaları ilə yerli hökmdarlar arasındakı rəqabətə görə bir neçə dəfə əl dəyişdirmişdir. 1118-ci ildə Artuqlular şəhəri ələ keçirmişdir. Uzun illər Zəngilərin hücumlarına müqavimət göstərmişdilər. Sülalə şəhərə nəzarəti qorumuşdur, lakin iqamətgahın Mardində yerləşməsinə üstünlük vermişdir.[8]
1260-cı ilin əvvəllərində şəhər mühasirəyə alınaraq ələ keçirilmişdir. Şəhərin əhalisi Hülaku xanın başçılıq etdiyi monqol ordusu tərəfindən qırğına verilmişdir. Artuqlular nəhayət 1408-ci ildə Qaraqoyunluların hücumları altında süquta uğramışdılar.[9]
Müasir dövr
[redaktə | vikimətni redaktə et]2019-cu ilin mart ayında keçirilən yerli seçkilərdə HDP təmsilçisi Naşidə Topraq Silvan bələdiyyə başçısı seçilmişdir. 2020-ci ilin martında vəzifəsindən azad edilmiş, onun yerinə isə Mehmed Uslu müvəkkil təyin olunmuşdur.[10]
Silvan 2015-ci ilin avqustunda genişmiqyaslı "Şəhid Yalçın" əməliyyatı zamanı Türkiyə hökumət qüvvələri ilə Kürdüstan Fəhlə Partiyası (PKK) separatçıları arasında ciddi toqquşmaların yeri olmuşdur.[11]
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Adem Avcıkıran. Kürtçe Anamnez Anamneza bi Kurmancî (PDF) (türk və kürd). 2009. səh. 55. 8 November 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 December 2019.
- ↑ Tahir Sezen, Osmanlı Yer Adları (Alfabetik Sırayla), T.C. Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü, Yayın Nu 21, Ankara, p. 365.
- ↑ "Arşivlenmiş kopya". 31 may 2019 tarixində arxivləşdirilib.
- ↑ "Arşivlenmiş kopya". 4 dekabr 2020 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Adontz, Nicholas. Armenia in the Period of Justinian: The Political Conditions Based on the Naxarar System. Trans. Nina G. Garsoïan. Lisbon: Calouste Gulbenkian Foundation. 1970. səh. 134.
- ↑ Edwards, Robert W., "Martyropolis". The Eerdmans Encyclopedia of Early Christian Art and Archaeology, ed., Paul Corby Finney. Grand Rapids, Michigan: William B. Eerdmans Publishing. 2016. 115. ISBN 978-0-8028-9017-7.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2023-05-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-04.
- ↑ van Bruinessen, Martin. "Kurdistan in the 16th and 17th centuries, as reflected in Evliya Çelebi's Seyahatname". The Journal of Kurdish Studies. 3. 2000: 25.
- ↑ Runciman, 1987. səh. 305
- ↑ sabah, daily. "5 HDP mayors in southeast Turkey detained in terror probe". Daily Sabah (ingilis). 2020-03-23. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-26.
- ↑ "Turkey and the Kurds: The hatred never went away". The Economist. 12 September 2015. 26 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2015.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Runciman, Steven. A History of the Crusades: Volume 3, The Kingdom of Acre and the Later Crusades. Cambridge University Press. 1987. ISBN 9780521347723.
Əlavə ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Amedroz, H. F. "The Marwanid Dynasty at Mayyafariqin in the Tenth and Eleventh centuries AD," JRAS, 1903, pp. 123–154.
- Minorsky, Vladimir. "Caucasica in the History of Mayyafariqin." BSOAS, Vol. 13, No. 1 (1949), pp. 27–35.