Takako Doi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Takako Doi
yap. 土井たか子
6 avqust 1993 – 27 sentyabr 1996
ƏvvəlkiYoşio Sakurauçi
SonrakıSoiçiro İto
Şəxsi məlumatlar
Doğum tarixi 30 noyabr 1928(1928-11-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 20 sentyabr 2014(2014-09-20)[1][2][…] (85 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Partiya
  • Sosial Demokratik Partiya[d]
Təhsili
  • Doşişa Universiteti[d]
Fəaliyyəti siyasətçi, legal counselor[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Takakoi Doi (土井 たか子, Doi Takako?, 30 noyabr 1928[1][2][…], Kobe20 sentyabr 2014[1][2][…], Hyoqo prefekturası[3]) – Yaponiya siyasətçisi və Yaponiya Sosialist Partiyasının əsas liderlərindən biri. O, Yaponiya Nümayəndələr Palatasının ilk qadın spikeri və Yaponiyada əsas siyasi partiyalardan birinə başçılıq edən ilk qadın siyasətçi olmuşdur.[4]

Takako Doi 1928-ci ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Atası həkim, anası məktəb müəllimi idi. İkinci Dünya müharibəsi zamanı yaralı bir şəxsin qolunun kəsilməsində atasına kömək etdikdən sonra pasifist olmağa qərar vermişdir. 1955-ci ildə Doşişa Universitetindən konstitusiya hüququ ixtisası üzrə məzun olmuş,[5] daha sonra universitetin professoru olmuşdur.[6]

Siyasi karyerası

[redaktə | vikimətni redaktə et]

1969-cu ildə Hyoqo prefekturasının 2 saylı seçki dairəsindən Yaponiya parlamentinin Nümayəndələr Palatasına seçilmişdir.[4] Parlament deputatı olduğu müddət ərzində ot kökləri hərəkatında iştirak edərək Yaponiya konstitusiyasını və qadınlarını müdafiə etmişdir.[6]

1986-cı ildə Yaponiya Sosialist Partiyası Doini partiya sədri seçmişdir. Beləliklə, Doi Yaponiyada əsas partiyalardan birinin rəhbəri olan ilk qadın siyasətçi olmuşdur.[6] Hökumətin Körfəz müharibəsi strategiyasına qarşı müxalifliyi uğursuz olduğu üçün 1991-ci ildə partiya sədrliyindən ayrılmışdır.[5] 1993-cü ildə Yaponiya Nümayəndələr Palatasının ilk qadın spikeri seçilmiş və müasir Yaponiyada tarixində ən yüksək siyasi mövqe əldə etmiş qadın olmuşdur.[6] 1996-cı ildə Tomiiçi Moriyamanı əvəz edərək Yaponiya Sosial Demokratik Partiyasının sədri seçilmiş və 2003-cü ilə qədər bu vəzifəni tutmuşdur. Doi partiyanı nüvə enerjisi və milli müdafiə kimi məsələlərə yaxınlaşdırmağa çalışmışdır.[7]

Doinin seçicilər arasındakı populyarlığı "Doi bumu" ifadəsinin yaranmasına səbəb olmuşdur.[7] Yaponiya Liberal Demokratik Partiyasının parlamentdə çoxluğu itirməsi haqqında dediyi "dağ yerindən tərpəndi" və istehlak vergisinin təqdim olunması barədə dediyi "qəbulolunmaz şey qəbulolunmazdır" kimi sözləri deyimə çevrilmişdir. 2003-cü ildə keçirilmiş seçkilərdə partiyasının məğlub olmasından sonra partiya sədrliyindən istefa vermişdir.[4] 2005-ci ildə keçirilmiş seçkilərdə yerini itirdikdən sonra siyasi səhnədən çəkilsə də,[7] konstitusiya islahatına qarşı olmağa, eləcə də, pasifizm və feminizmi dəstəkləməyə davam etmişdir.[5]

Doi 20 sentyabr 2014-cü ildə ağciyər iltihabı səbəbilə xəstəxanada ölmüşdür.[4]

  1. 1 2 3 4 Doi Takako // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Takako Doi // FemBio database (alm.).
  3. 1 2 Freebase Data Dumps. Google.
  4. 1 2 3 4 "'Trailblazer' Takako Doi, first woman to serve as Lower House speaker, dies at 85". The Asahi Shimbun (ingiliscə). 28 sentyabr 2014. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2024.
  5. 1 2 3 "Takako Doi obituary". The Guardian (ingiliscə). 5 oktyabr 2014. 2016-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2024.
  6. 1 2 3 4 Hoover. səh. 79
  7. 1 2 3 Hoover. səh. 80