Tehran bazarı
Naviqasiyaya keç
Axtarışa keç
Tehran bazarı (fars. بازار تهران — baзār-e tehrān), Böyük bazar (fars. بازار بزرگ — bāzār-е bozorq) — Tehranın ən böyük bazarı, dünyada ən böyük qapalı bazarlardan biri. Eyni adlı rayonda 12-ci şəhər dairəsində, 3 km² ərazidə yerləşir. Onun keçidlərinin ümumi uzunluğu 10 km-dən çoxdur. Mahiyyətinə görə bazar Tehranın tarixi mərkəzidir. Tehranda yeni mağazaların və ticarət mərkəzlərinin yaranmasına baxmayaraq, bazar yenə də özünə şəhər əhalisini və ziyarətçiləri cəlb edir.