Vikipediya:On beş il cəmiyyəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə

On beş il cəmiyyəti nədir?

[mənbəni redaktə et]

On beş il cəmiyyəti 15 ildən artıq müddətdə Vikipediyada fəaliyyət göstərən istifadəçilərin üzv olduğu rəsmi olmayan cəmiyyətdir. Bu cəmiyyət istifadəçilərin 15 illik fəaliyyətini qeyd etmək, uzun müddətdir ki, fəaliyyət göstərən istifadəçiləri tanımaq, təcrübələrini və biliklərini bölüşmək üçün qurulmuşdur. Cəmiyyətin məqsədi hansısa üst sinif yaratmaq deyil, sadəcə istifadəçilərin Vikipediyaya olan bağlılıqlarını nümayiş etdirməkdir.

Cəmiyyətə üzv olmaq üçün azı 15 illik fəaliyyət lazımdır.[a] Əgər bu şərtlər ödənmirsə, istifadəçi cəmiyyətin üzvlüyünə qəbul edilmir. Cəmiyyətə üzv olması üçün müvafiq istifadəçiyə dəvətnamə göndərilir. Bu dəvətnamə həm də mükafat hesab olunur. Əgər istifadəçi şərtləri ödəyir, amma cəmiyyətə qatılmaq istəmirsə, bu dəvəti geri çevirə bilər. Əgər istifadəçi şərtləri ödədiyini düşünürsə, özü də üzvlük üçün müraciət edə bilər. Cəmiyyətə üzv olan istifadəçilər {{İstifadəçi On beş il cəmiyyəti}} istifadəçi qutusundan istifadə edə və ya {{On beş il cəmiyyəti ikonası}} ilə istifadəçi səhifəsinin sətirüstüsündə bunu bildirə bilərlər. Hal-hazırda cəmiyyətin 3 üzvü var.

  1. Eminn (müzakirə) 06:19, 27 fevral 2024 (UTC)[cavabla]
  2. Sortilegus (müzakirə) 08:43, 28 fevral 2024 (UTC)[cavabla]
  1. İlk redaktə ilə son redaktə arasında ən az 15 il müddət nəzərdə tutulur.

Həmçinin bax

[mənbəni redaktə et]