Yamnaya mədəniyyəti
Yamnaya mədəniyyəti (rus. Ямная культура) və ya Yamna mədəniyyəti (rus. Ямна культура) — Eneolit dövründən başlayaraq Erkən Tunc dövrünə qədər e.ə 3300–2600-cü illər arasında Şərqi Avropada (Ural çayı, Dnestr və Cənubi Buq), Britaniya və Qərbi Avropada isə e.ə 1700-cü ilə qədər mövcud olmuş xalqların yaratmış olduğu arxeoloji mədəniyyətdir.[1][2][3] Bu arxeoloji mədəniyyət kurqan otaqlarının çuxur formasında olmasına görə Çuxur Məzar (Pit Grave) və Oxra Məzar (Ochre Grave) olmaqla 2 yerə ayrılır.[4]
Mənşəyi
[redaktə | vikimətni redaktə et]Yamnaya mədəniyyəti e.ə 3300-2600-cü illər arasında Don-Volqa regionunda mövcud olmuş və Don mənşəli Repin ve Volqa mənşəli Xvalnitsk mədəniyyəti ilə oxşarlıq təşkil edir.[5][6][3]
Antropoloq Devid Antoniyə görə proto Yamnaya mədəniyyəti Pont çöllərində E.ə 4000-3200-cü illər arasında sürətlə yayılmışdır.[7] Bu yayılma eyni zamanda Hind-Avropa tayfalarının və dillərinin bu regionda yayılmasına gətirib çıxarmışdır.[8] Pavel Doluxanova görə isə Yamna mədəniyyətinin yüksəlişi Tunc dövrü cəmiyyətlərindəki sosial irəliləyişi nümayiş etdirir.[3][9][10]
Mədəniyyət qərbdə Katakomba mədəniyyəti (e.ə. 2800–2200), şərqdə - Volqa ətrafında isə Politavka mədəniyyəti (e.ə 2700–2100) tərəfindən davam etdirilmiş, bu iki mədəniyyət isə e.ə XVIII-XII əsrlər arasında öz yerlərini Srubna mədəniyyətinə buraxmışdırlar.[11]
Yamnaya mədəniyyəti və Qafqaz
[redaktə | vikimətni redaktə et]Qafqaz xalqlarının köç tarixini üzə çıxarmış Berlin Arxeologiya Universitetinin professoru Sabina Reynold tapıntıları barədə bunları demişdir:
Müasir dövrdən 2-3 min il əvvəl Şimali Qafqaz ərazisində yaşayan bütün xalqların mədəniyyətləri fərqli olsa da, genetik olaraq bir-birilərinə çox oxşar olmuşdurlar. Başa düşülən budur ki, onların mədəni xüsusiyyətləri qan qohumluğundan daha əhəmiyyətli olmuşdur.[12] |
Arxeoloqlar Qafqazda yaşayan xalqların əcdadlarının bu əraziyə təxminən, 5-8 min il əvvəl gəldiklərini zənn edirlər.[13][14] Bu region uzun bir müddət müxtəlif xalqların miqrasiyalarının əsas yollarından biri olmaqla bərabər, Rusiya və digər Avropa ölkələrinin müasir sakinlərinin əcdadları üçün Avropaya açılmış pəncərə olmuşdur.[15][16][17][18]
Buna görə də, danimarkalı arxeoloqlar uzun müddətdir ki, Qafqaz xalqlarının genetik yaddaşında bu miqrasiyaların izlərini tapmağın mümkün olacağını zənn edirdilər.[19][2] Bu fikrə əsasən, bəzi vəziyyətlərdə mədəniyyətlər zamanla böyük dəyişikliklərdən keçsə də, xalqların genlərində bu tarix əks olunmalıdır. Bu çərçivədə danimarkalı alimlər Cənubi Qafqazın digər xalqları ilə ermənilərin əcdadlarının əslində heç dəyişmədiyini sübut etmişdirlər.[20][21]
Reynold və Rusiyanın məşhur paleogenetik mütəxəssislərinin də iştirak etdiyi qrup müasir dövrümüzdən təxminən, 3-6 min il əvvəl bu regionda yaşayan 4 nəsil əkinçi və maldarların genlərini analiz edərək Şimali Qafqaz xalqlarını Avropa və Asiyanın keçmiş insanları ilə əlaqələndirən son dərəcə qəribə və gözlənilməz sirləri ortaya çıxarmışdırlar.[22][23]
Fərqli tarixi zamanlarda dağlarda yaşayan insanların aralarındakı qohumluq əlaqələrinin izi ilə gedən alimlər Qafqazın keçmiş əhalisini miqrasiya etməyə məcbur qoymuş səbəbləri və Rusiyanın qonşuluğundakı respublikaların müasir sakinlərinin DNT-lərində hansı izlərin qaldığını tapmağı ümid edirlər.[14] Bu çərçivədə aparılan qarşılaşdırmalar gözlənilməz nəticələr üzə çıxarmışdır.[24] Məsələn, Daş dövründə Qafqaz xalqları arasında mövcud olan genetik “sərhəd” müasir dövrdə olduğu qədər dərin olmamış və Rusiya ilə Qafqaz ekosistemini ayıran xətt boyunca uzanmışdır.[19][25] Bunun nəticəsində alimlər Qafqazda yaşayan və arxeoloqların bir-birinə yad hesab etdiyi xalqların əslində yaxın qohum olması faktını üzə çıxarmışdırlar. Bu xalqlar coğrafi baxımdan bir-birinə yaxın olsalar da, təmasda olmamışdırlar. Lakin özlərindən çox uzaq yerlərdə yaşayan xalqlar ilə münasibətlər yaratmışdırlar.[26][22][2]
Maykop mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Tunc dövrünün əvvəllərində şimal-qərbi Qafqazda yayıldığı zənn edilən məşhur Maykop mədəniyyəti buraya arxeoloqların bu günə qədər düşündüyü kimi Mesopotomiyadan gəlməmişdir.[27][28] Onlar əslində, Avrasiyanın cənub xalqları ilə münasibətləri olmayan yerli, xüsusi qrupu olmuşdurlar.[29][30][26] Daha qəribə olan fakt isə onların DNT-sində qırmızıdərili və Sibirin müasir xalqlarının əcdadları ilə əlaqələrini göstərən faktların üzə çıxmasıdır.[31][32] Oxşar bir formada Qafqazın şərq sərhədlərində yaşayan Yamnaya mədəniyyəti də Avropanın qədim cənub və cənub-şərq xalqları və onların müasir nümayəndələri ilə qohum olmuşdur.[33][34][35][36][37]
Professor Reynold və həmkarlarının fikirlərinə görə, Yamnaya mədəniyyətinin daşıyıcılarının müasir Avropa xalqlarının ataları və Qafqaz xalqları arasındakı münasibətləri kəşf etməsi tarixi baxımdan ən sirli və diqqətçəkən tapıntılardan biridir.[38][39] Bu münasibətlər Hind Avropa dillərinin meydana gəlməsinə dair “Xəzər” nəzəriyyəsini gücləndirir və bu ilk dilin ana vətəninin Qafqazın ən cənubunda ola biləcəyini nümayiş etdirir.[7][38][40][41][42]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Reich, David, (24 April, 2024). "The Genetic Origin of the Indo-Europeans" Arxiv surəti 22 iyul 2024 tarixindən Wayback Machine saytında, in: The Transfomation of Europe in the Third Millennium BC, International Conference, HUN-REN RCH Institute of Archaeology, Budapest.
- ↑ 1 2 3 Morgunova, Khokhlova, 2013
- ↑ 1 2 3 Allentoft, 2015
- ↑ Shishlina, Natalia I., Kristiansen, Kristian; Kroonen, Guus; Willerslev, Eske (redaktorlar ), "Yamnaya Pastoralists in the Eurasian Desert Steppe Zone: New Perspectives on Mobility", The Indo-European Puzzle Revisited (1), Cambridge University Press, 11 May 2023, 34–41, doi:10.1017/9781009261753.006, ISBN 978-1-00-926175-3, İstifadə tarixi: 23 May 2023
- ↑ "Europe's fourth ancestral 'tribe' uncovered". BBC. 16 November 2015. 26 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2024.
- ↑ Hermes, Taylor R.; Tishkin, Alexey A.; Kosintsev, Pavel A.; Stepanova, Nadezhda F.; Krause-Kyora, Ben; Makarewicz, Cheryl A. "Mitochondrial DNA of domesticated sheep confirms pastoralist component of Afanasievo subsistence economy in the Altai Mountains (3300-2900 cal BC)". Archaeological Research in Asia (ingilis). 24. 1 December 2020: 100232. doi:10.1016/j.ara.2020.100232. ISSN 2352-2267. 1 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2024.
- ↑ 1 2 Anthony, David W., Kristiansen, Kristian; Kroonen, Guus; Willerslev, Eske (redaktorlar ), "The Yamnaya Culture and the Invention of Nomadic Pastoralism in the Eurasian Steppes", The Indo-European Puzzle Revisited (1), Cambridge University Press, 11 May 2023, 13–33, doi:10.1017/9781009261753.005, ISBN 978-1-00-926175-3, İstifadə tarixi: 13 May 2023
- ↑ Gibbons, Ann. "Nomadic herders left a strong genetic mark on Europeans and Asians". Science. AAAS. 10 June 2015. 2 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2024.
- ↑ Haak və b. 2015
- ↑ Mathieson, et al., 2015
- ↑ Wang, Chuan-Chao; Reinhold, Sabine; Kalmykov, Alexey; Wissgott, Antje; Brandt, Guido; Jeong, Choongwon; Cheronet, Olivia; Ferry, Matthew; Harney, Eadaoin; Keating, Denise; Mallick, Swapan. "Ancient human genome-wide data from a 3000-year interval in the Caucasus corresponds with eco-geographic regions". Nature Communications. 10 (1). 4 February 2019: 590. Bibcode:2019NatCo..10..590W. doi:10.1038/s41467-018-08220-8. ISSN 2041-1723. PMC 6360191. PMID 30713341.
- ↑ Nikitin, Alexey G.; Ivanova, Svetlana; Kiosak, Dmytro; Badgerow, Jessica; Pashnick, Jeff. "Subdivisions of haplogroups U and C encompass mitochondrial DNA lineages of Eneolithic–Early Bronze Age Kurgan populations of western North Pontic steppe". Journal of Human Genetics (ingilis). 62 (6). June 2017: 605–613. doi:10.1038/jhg.2017.12. ISSN 1435-232X. PMID 28148921.
- ↑ Dolukhanov, 1996. səh. 94
- ↑ 1 2 Mallory, 1999. səh. 215
- ↑ Nikitin, Alexey G.; Potekhina, Inna; Rohland, Nadin; Mallick, Swapan; Reich, David; Lillie, Malcolm. "Mitochondrial DNA analysis of eneolithic trypillians from Ukraine reveals neolithic farming genetic roots". PLOS ONE (ingilis). 12 (2). 24 February 2017: e0172952. Bibcode:2017PLoSO..1272952N. doi:10.1371/journal.pone.0172952. ISSN 1932-6203. PMC 5325568. PMID 28235025.
- ↑ Anthony, 2007. səh. 300-370
- ↑ Nordgvist, Heyd, 2020
- ↑ Mallory, 1999
- ↑ 1 2 Anthony, 2007. səh. 321
- ↑ Anthony, 2007. səh. 300
- ↑ Mallory, 1999. səh. 210-211
- ↑ 1 2 Anthony, 2007. səh. 275
- ↑ Anthony, 2007. səh. 182
- ↑ Anthony, 2007. səh. 301–302
- ↑ Anthony, 2007. səh. 274–277, 317–320
- ↑ 1 2 Anthony, 2007. səh. 303
- ↑ Parpola, 2015. səh. 47
- ↑ Parpola, 2015. səh. 45
- ↑ J. P. Mallory; Douglas Q. Adams, redaktorlar Encyclopedia of Indo-European culture. London: Fitzroy Dearborn. 1997. 653. ISBN 1-884964-98-2. OCLC 37931209.
- ↑ Parpola, 2015. səh. 49
- ↑ Gerling, Claudia. Prehistoric Mobility and Diet in the West Eurasian Steppes 3500 to 300 BC: An Isotopic Approach (ingilis). De Gruyter. 1 July 2015. doi:10.1515/9783110311211. ISBN 978-3-11-031121-1. 10 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2024.
- ↑ Anthony, 2007. səh. 430
- ↑ Anthony, 2007. səh. 339
- ↑ Anthony, 2007. səh. 319
- ↑ Anthony, David. The Horse, the Wheel, and Language. 328–329. OCLC 1102387902.
- ↑ J., Harrison, Richard. The transformation of Europe in the third millennium BC: the example of "Le Petit-Chasseur I + II" (Sion, Valais, Switzerland). 196. OCLC 718304072.
- ↑ Anthony, 2007. səh. 305
- ↑ 1 2 Trautmann, Martin. "First bioanthropological evidence for Yamnaya horsemanship". Science Advances. 9 (9). 2023: eade2451. Bibcode:2023SciA....9E2451T. doi:10.1126/sciadv.ade2451. hdl:10138/356326. PMC 10954216 (#bad_pmc). PMID 36867690 (#bad_pmid).
- ↑ P., Mallory, J. In search of the Indo-Europeans : language, archaeology, and myth. Thames and Hudson. 2003. 213. ISBN 0-500-27616-1. OCLC 886668216.
- ↑ Telegin, D. Y. Serednʹo-stohivsʹka kulʹtura epokhy midi. Kyiv: Naukova Dumka. 1973. 147.
- ↑ Taylor, William T. "When Horse became Steed". Scientific American. 331 (5). December 2024: 24–30.
- ↑ Mallory, 1997. səh. 212
Əlavə ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Allentoft, Morten E.; və b. "Population genomics of Bronze Age Eurasia". Nature (journal). 522 (7555). 2015: 167–172. Bibcode:2015Natur.522..167A. doi:10.1038/nature14507. PMID 26062507. 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.
- Anthony, David W. The Horse, the Wheel, and Language: How Bronze-Age Riders from the Eurasian Steppes Shaped the Modern World. Princeton University Press. 2007. ISBN 978-0-691-05887-0.
- Anthony, David. Archaeology and Language: Why Archaeologists Care About the Indo-European Problem // Crabtree, P.J.; Bogucki, P. (redaktorlar ). European Archaeology as Anthropology: Essays in Memory of Bernard Wailes. 2017. 2024-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.
- Anthony, David. "Archaeology, Genetics, and Language in the Steppes: A Comment on Bomhard". Journal of Indo-European Studies. 47 (1–2). Spring–Summer 2019a. 3 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2020.
- Anthony, David W. Ancient DNA, Mating Networks, and the Anatolian Split // Serangeli, Matilde; Olander, Thomas (redaktorlar ). Dispersals and Diversification: Linguistic and Archaeological Perspectives on the Early Stages of Indo-European. Brill Publishers. 2019b. 21–54. ISBN 978-9004416192.
- Cassidy LM, Martiniano R, Murphy EM, Teasdale MD, Mallory J, Hartwell B, Bradley DG. "Neolithic and Bronze Age migration to Ireland and establishment of the insular Atlantic genome". PNAS. 113 (2). 2016: 368–373. Bibcode:2016PNAS..113..368C. doi:10.1073/pnas.1518445113. PMC 4720318. PMID 26712024.
- Dolukhanov, Pavel M., The Early Slavs: Eastern Europe from the Initial Settlement to the Kievan Rus, New York: Longman, 1996, ISBN 0-582-23627-4
- Fortson, Benjamin W., Indo-European Language and Culture: An Introduction, Blackwell Publishing, 2004
- Gallego-Llorente M, Connell S, Jones ER, Merrett DC, Jeon Y, Eriksson A, və b. "The genetics of an early Neolithic pastoralist from the Zagros, Iran". Scientific Reports. 6. 2016: 31326. Bibcode:2016NatSR...631326G. doi:10.1038/srep31326. PMC 4977546. PMID 27502179.
- Haak W, Lazaridis I, Patterson N, Rohland N, Mallick S, Llamas B, və b. "Massive migration from the steppe was a source for Indo-European languages in Europe". Nature. 522 (7555). 2015: 207–211. arXiv:1502.02783. Bibcode:2015Natur.522..207H. bioRxiv 10.1101/013433 (#bad_biorxiv). doi:10.1038/nature14317. PMC 5048219. PMID 25731166.
- Jeong, Choongwon; Balanovsky, Oleg; Lukianova, Elena; Kahbatkyzy, Nurzhibek; və b. "The genetic history of admixture across inner Eurasia languages in Europe". Nature Ecology and Evolution. Nature Research. 3 (6). 29 April 2019: 966–976. doi:10.1038/s41559-019-0878-2. hdl:10871/36562. PMC 6542712. PMID 31036896.
- Jones, Eppie R.; Gonzalez-Fortes, Gloria; Connell, Sarah; Siska, Veronika; və b. "Upper Palaeolithic genomes reveal deep roots of modern Eurasians". Nature Communications. 6. 2015: 8912. Bibcode:2015NatCo...6.8912J. doi:10.1038/ncomms9912. PMC 4660371. PMID 26567969.
- Jones ER, Zarina G, Moiseyev V, Lightfoot E, Nigst PR, Manica A, Pinhasi R, Bradley DG. "The Neolithic transition in the Baltic was not driven by admixture with early European farmers". Current Biology. 27 (4). 2017: 576–582. Bibcode:2017CBio...27..576J. doi:10.1016/j.cub.2016.12.060. PMC 5321670. PMID 28162894.
- Kuzmina, Elena E. Mallory, J. P. (redaktor). The Origin of the Indo-Iranians. Brill Publishers. 2007. ISBN 978-9004160545.
- Lazaridis, Iosif; Patterson, Nick; Mittnik, Alissa; Renaud, Gabriel; və b. "Ancient human genomes suggest three ancestral populations for present-day Europeans". Nature (journal). 513 (7518). 2014: 409–413. arXiv:1312.6639. Bibcode:2014Natur.513..409L. doi:10.1038/nature13673. PMC 4170574. PMID 25230663.
- Şablon:Cite bioRxiv Supplementary Information Arxiv surəti 24 may 2020 tarixindən Wayback Machine saytında
- Lazaridis I, Nadel D, Rollefson G, Merrett DC, Rohland N, Mallick S, və b. "Genomic insights into the origin of farming in the ancient Near East". Nature (August 2016 tarixində nəşr olunub). 536 (7617). 25 July 2016: 419–424. Bibcode:2016Natur.536..419L. doi:10.1038/nature19310. PMC 5003663. PMID 27459054.
- Lazaridis, Iosif; Alpaslan-Roodenberg, Songül; Acar, Ayşe; Açıkkol, Ayşen; Agelarakis, Anagnostis; Aghikyan, Levon; Akyüz, Uğur; Andreeva, Desislava; Andrijašević, Gojko; Antonović, Dragana; Armit, Ian; Atmaca, Alper; Avetisyan, Pavel; Aytek, Ahmet İhsan; Bacvarov, Krum. "A genetic probe into the ancient and medieval history of Southern Europe and West Asia". Science. 377 (6609). 26 August 2022: 940–951. Bibcode:2022Sci...377..940L. doi:10.1126/science.abq0755. ISSN 0036-8075. PMC 10019558 (#bad_pmc). PMID 36007020 (#bad_pmid).
- Mallory, J. P., Yamna Culture // Encyclopedia of Indo-European Culture, Fitzroy Dearborn, 1997
- Mallory, J.P., In Search of the Indo-Europeans: Language, Archaeology, and Myth (reprint), London: Thames & Hudson, 1999, ISBN 978-0-500-27616-7
- Martiniano, R, və b. "The population genomics of archaeological transition in west Iberia: Investigation of ancient substructure using imputation and haplotype-based methods". PLOS Genet. 13 (7). 2017: e1006852. doi:10.1371/journal.pgen.1006852. PMC 5531429. PMID 28749934.
- Şablon:Cite bioRxiv
Mathieson, Iain; və b. "Genome-wide patterns of selection in 230 ancient Eurasians". Nature (24 December 2015 tarixində nəşr olunub). 528 (7583). 23 November 2015: 499–503. Bibcode:2015Natur.528..499M. doi:10.1038/nature16152. PMC 4918750. PMID 26595274. - Mathieson, Iain; və b. "The Genomic History of Southeastern Europe". Nature (journal). Nature Research. 555 (7695). 21 February 2018: 197–203. Bibcode:2018Natur.555..197M. doi:10.1038/nature25778. PMC 6091220. PMID 29466330.
- Morgunova, Nina; Khokhlova, Olga. "Chronology and Periodization of the Pit-Grave Culture in the Area Between the Volga and Ural Rivers Based on 14C Dating and Paleopedological Research". Radiocarbon. 55 (2–3). 2013: 1286–1296. doi:10.2458/azu_js_rc.55.16087. ISSN 0033-8222.
- Narasimhan VM, Patterson N, Moorjani P, Rohland N, və b. "The formation of human populations in South and Central Asia". Science. 365 (6457). 2019: eaat7487. doi:10.1126/science.aat7487. PMC 6822619. PMID 31488661.
- Nordgvist, Kerkko; Heyd, Volker. "The Forgotten Child of the Wider Corded Ware Family: Russian Fatyanovo Culture in Context". Proceedings of the Prehistoric Society. 86. 2020: 65–93. doi:10.1017/ppr.2020.9.
- Novembre, John. "Ancient DNA steps into the language debate". Nature. 522 (7555). 11 June 2015: 164–165. doi:10.1038/522164a. PMID 26062506.
- Parpola, Asko, The Roots of Hinduism, Oxford University Press, 2015
- Pashnick, Jeff. Genetic Analysis of Ancient Human Remains from the Early Bronze Age Cultures of the North PonticSteppe Region (Tezis). 737. Grand Valley State University. August 2014. 12 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2020.
- Pathak AK, Kadian A, Kushniarevich A, Montinaro F, Mondal M, Ongaro L, və b. "The Genetic Ancestry of Modern Indus Valley Populations from Northwest India". The American Journal of Human Genetics. 103 (6). 6 December 2018: 918–929. doi:10.1016/j.ajhg.2018.10.022. PMC 6288199. PMID 30526867.
- Unterländer, Martina; Palstra, Friso; Lazaridis, Iosif; Pilipenko, Aleksandr; Hofmanová, Zuzana; Groß, Melanie; və b. "Ancestry and demography and descendants of Iron Age nomads of the Eurasian Steppe". Nature Communications. 8. 2017: 14615. Bibcode:2017NatCo...814615U. doi:10.1038/ncomms14615. ISSN 2041-1723. PMC 5337992. PMID 28256537.
- Wang, Chuan-Chao. "Ancient human genome-wide data from a 3000-year interval in the Caucasus corresponds with eco-geographic regions Eurasia". Nature Communications. Nature Research. 10 (1). 4 February 2019: 590. Bibcode:2019NatCo..10..590W. bioRxiv 10.1101/322347 (#bad_biorxiv). doi:10.1038/s41467-018-08220-8. PMC 6360191. PMID 30713341.
- Wilde S, Timpson A, Kirsanow K, Kaiser E, Kayser M, Unterländer M, və b. "Direct evidence for positive selection of skin, hair, and eye pigmentation in Europeans during the last 5,000 y". Proceedings of the National Academy of Sciences of the United States of America. 111 (13). 2014: 4832–4837. Bibcode:2014PNAS..111.4832W. doi:10.1073/pnas.1316513111. PMC 3977302. PMID 24616518.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- "Genetic study revives debate on origin and expansion of Indo-European Languages". Science Daily. March 2015.
- "First Horse Warriors". PBS.org NOVA series. 15 May 2019.