Zübeyr ibn Əvvam
Naviqasiyaya keç
Axtarışa keç
Zübeyr ibn Əvvam | |
---|---|
ərəb. الزبير بن العوام | |
Doğum tarixi | 594 |
Doğum yeri | |
Vəfat tarixi | 4 dekabr 656 |
Vəfat yeri | |
Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
Həyat yoldaşları | |
Uşaqları | |
Anası | Səfiyyə binti Əbdülmüttalib |
Fəaliyyəti | siyasətçi, şair |
Vikianbarda əlaqəli mediafayllar |
Zübeyr ibn Əvvam (36/656-cı ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin səhabəsi.
İslamı ilk qəbul edənlərdən olmuş və bu səbəbdən də təqiblərə məruz qalmışdır. 615-ci ildə Həbəşistana, sonra isə Mədinəyə hicrət etmiş, müsəlmanların qureyşlilərlə apardığı bütün döyüşlərdə istirak etmişdir. Məhəmməd peyğəmbərin vəfatından sonra Raşidi xəlifələrin dövründə Zübeyr Xilafətin Bizansa qarşı apardığı müharibədə də vuruşmuşdur. Xəlifə Ömər tərəfindən xəlifəliyi irəli sürülən altı namizəddən biri olmuşdur. O, xəlifə Osmanın öldürülməsinə qədər siyasətdən uzaq qalmışdır. O, əvvəllər Əli ibn Əbu Talibin xəlifəliyini tanısada, Cəməl döyüşündə ona qarşı vuruşmuş orada da həlak olmuşdur.
Mənbə
[redaktə | vikimətni redaktə et]- A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 285. ISBN 5-89968-070-9.