Məzmuna keç

Pyer Büast

Pyer Büast
Doğum tarixi 1765
Doğum yeri Paris
Vəfat tarixi 24 aprel 1824
Vikipediya məqaləsi

Pyer Büast (Pierre-Claude-Victor Boiste, 1765 – 24.04.1824) — fransız alimi, leksikoqrafı və şairi, dilşünas, lüğətlər tərtibçisi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaq adamlar üçün həqiqət dumandakı məşəl kimidir: dumanı dağıtmadan işıq saçır.
  • Axmaq bambılı dağa qalxanda ozü başqalarının gözündə kiçik göründüyü kimi, o da dağ başından başqalarını kiçik görür.
  • Axmaqlarla fikir mübadiləsi aparmaq korlar üçün şam yandırmaq kimi bir şeydir.
  • Akademik nitqlər bərq vuran, amma qızıdırmayan büllur çılçıraqlara oxşayır.
  • Ağılları dəyişdirmək üçün əvvəlcə ürəkləri dəyişdirmək lazımdır.
  • Ağıllı adamlardan başqa, heç vaxt heç kəslə zarafat etməyin.
  • Ağıllı insanlarla heç vaxt başqa cür zarafat etməyin.
  • Ağıllının gülüşü eşidilmir, görünür.
  • Aldanmış pərəstişkar amansız bir tənqidçi olur.
  • Aristokratiya və demokratiya, tərbiyəsi, vəziyyəti və davranışı ilə fərqlənən bacılardır.
  • Artıq nəzakət xoşbəxtliyə mane olur.
  • Arzular iştaha bənzəyir. Çox olanda əziyyət verir, olmayanda ölümə bərabər olur.
  • Başqalarının əməllərini mühakimə edərkən vicdanı aldadılmayan insan yoxdur.
  • Bayramlar çox olduqca, insanlar daha çox pul itirirlər.
  • Bəzən nəzakət deşici alətlər bükülmüş materiyaya bənzəyir.
  • Bəzən ümid etmək istifadə etməkdən daha çox əhəmiyyətli olur.
  • Bilik üfüqə bənzəyir: Biz ona yaxınlaşdıqca, o bizdən uzaqlaşır.
  • Bir qadına ondan başqa heç kimi sevməyəcəyinə and içməzdən əvvəl, bütün qadınları, yaxud yalnız o qadını görmək yaxşı olardı.
  • Biz hamımız deşik qabla xoşbəxtlik mənbəyindən içirik. Qabı dodaqlarımıza yaxınlaşdıranda o demək olar ki, boş olur.
  • Biz hər şeydə və demək olar ki, həmişə təxəyyülümüzün qurbanı oluruq. Çünki, o, həqiqətin ən kiçik şüasını öz rəngarəng örtüyü ilə bağlamağa tələsir.
  • Biz işləri idarə etməyə hazırlaşırıq, amma belə çıxır ki, işlər bizi idarə edir.
  • Biz sanki gözübağlıca oynayaraq həzz dalınca qaçırıq və ona çatanda gözümüzdəki sarğını açırıq və bu həzzin heç də bizim təsəvvür etdiyimiz kimi olmadığının şahidi oluruq.
  • Bizim yolumuz meyllərimizlə və qabiliyyətlərimizlə çəkilib.
  • Boş şeylə təhqir edilənlərlə heç nə ilə təhqir edilməyənlər cəmiyyət üçün az yararlıdır.
  • Boşboğaz insan hamının oxuya biləcəyi açılmış məktubdur.
  • Böyük insanlar da ulduzlar kimidir. Onlar yalnız tutulanda özlərinə diqqət yetirirlər.
  • Böyük insanlar ulduzlara bənzəyir, yalnız öldükdən sonra diqqəti cəlb edir.
  • Böyük sayıqlıq olmasa, yetkinlik asanlıqla pozğunluğa çevrilir.
  • Böyük və çətin işi yerinə yetirmək üçün özünü seçmək – bu, ya şöhrətpərəstliyin ağılsızlığı, ya da öz dahiliyinin dərk edilməsidir.
  • Bütün bütpərəstlər içində özünə sitayiş edən insandan ağılsız insan yoxdur.
  • Bütün səylərini şənlənməyə həsr edən insan uzun müddət darıxmağa məruz qalır.
  • Cah-calal yalnız heç kimin aclıqdan, soyuqdan ölmədiyi ölkədə üzrlü sayıla bilər.
  • Cahil insanların yığıncağı mənə sürünü xatırladır.
  • Cəsarətli insan şikayət etmədən əzab çəkir, zəif insan isə əzab çəkmədən şikayət edir.
  • Cinayətkara qarşı həddindən artıq yumşaqlıq göstərmək, cinayətkar olmağa meyliliyi göstərir.
  • Çox vaxt atəşli başların altında buzlu ürəklərə, nadir hallarda isə atəşli ürəklərin altında soyuq başlara rast gəlinir.
  • Çox vaxt həqiqi məlumatları almaq üçün gizli adı altında yalan məlumatlar yayırlar.
  • Çox vaxt söylənilən fikirdən həzz almağın əvəzini bütün həyatdakı xoşbəxtliklə ödəyirlər.
  • Demək olar ki, bütün böyük insanlar zülmkar olurlar, amma zülmkarlar nadir hallarda böyük insan olurlar.
  • Demək olar ki, bütün pisliklər yaxşılıq pərdəsi altında edilir.
  • Demək olar ki, hamı keçmişdə xoşbəxt olduğuna, gələcəkdə isə xoşbəxt olacağına əmin olur.
  • Demokratik despotizm ən dözülməz olur: o, tiranları yetişdirir.
  • Despot ədalət göstərməkdən daha çox mərhəmət göstərməyə üstünlük verir.
  • Despotizm əsli pozulmuş, cırlaşmış millətlərin qismətidir; onlar ona layiqdirlər və onu hiss etmədən ona məruz qalırlar.
  • Despotizm, yalan inancdır və onun sirri bütün milləti bir adama bağlamaqdan ibarətdir.
  • Dinləmə sənəti demək olar ki, yaxşı danışmaq sənətinə bərabərdir.
  • Düşüncələr də çiçəklər kimidir. Ayrı-ayrı qırıldıqda daha təravətli və parlaq olur.
  • Düşüncələrində cinayət törətməyə hazır olan, bəlkə də onu törədəndən daha cinayətkardır.
  • Düşünmək insanın başlıca qabiliyyətidir; onu ifadə etmək insanın başlıca tələbatı, yaymaq isə ən qiymətli azadlığıdır.
  • Dürüst ad, sahib ola biləcəyiniz ən möhtəşəm məqbərədir.
  • Elə bir fayda yoxdur ki, bədbəxtliklə tarazlaşmasın.
  • Elmlərin hüdudları üfüqə oxşayır. Biz onlara yaxınlaşdıqca, onlar bizdən daha da uzaqlaşır.
  • Etimadsızlıq müdrik adamın mayakıdır, amma o onun özünə dəyib sına bilər.
  • Eyni şeyi idarəetmə və hava haqqında demək olar. İnsanların dəyişikliklər arzu etməməsi çox nadir hallarda olur.
  • Əbədi arzulayan həyatını gözləməklə keçirir, arzusu olmayan isə ölümü gözləyir.
  • Ədəbi şöhrətin dalınca düşmək, bir sürü arının ortasında çılpaq qaçmağa bənzəyir.
  • Əgər biz xoşbəxtliyin qayğısına daha az qalsaydıq, daha xoşbəxt olardıq.
  • Əgər biz vədimizi yerinə yetirməyə qadir deyiliksə, onu verməmək isə iradəmiz gücündədir.
  • Əgər həzzi, kədəri bölüşməyə adam yoxdursa, həzz duzsuz, kədər isə əzablı olur.
  • Əgər həzzlərin məhrum edilməsi onlara yeni bir cazibədarlıq vermirsə, o zaman hər cür həzz duzsuz olacaq.
  • Əgər insan heç vaxt öz hisslərinə malik deyilsə, onda həmişə öz ifadələrinə malik olmalıdır.
  • Əgər insanın bütün arzuları yerinə yetirilsəydi, dünya cəhənnəmə dönərdi.
  • Əgər insanın məqsədi yoxdursa, həyat davamlı ölümdən başqa bir şey deyil.
  • Əgər insanlar və onların adətləri dəyişməzsə, idarəetməni dəyişdirmənin nə faydası.
  • Əgər iradə düşüncəyə yol vermirsə, onun ardınca mütləq peşmançılıq gələcəkdir.
  • Əgər öz fikirlərinizi, sakitliyinizi, hətta ola bilər ki, təhlükəsizliyinizi qurban verməyi arzu etmirsinizsə, hər cür fanatiklərdən çəkinin.
  • Əgər siz yaxşı tərbiyə almısınızsa, pis tərbiyə edilmiş insanlarla dost olmayın: yonulmamış səthlər hamar səthləri cızar.
  • Əgər təbiət qadını moda tərzinə görə yaratsaydı, qadın çox üzülərdi.
  • Əgər zorakılıq varsa, bu, siyasətin sağ, hiylə varsa, sol əlidir.
  • Ən ağır yoxsulluq təxəyyülümüzün təsvir etdiyi yoxsulluqdur.
  • Ən amansız yalqızlıq ürəyin yalqızlığıdır.
  • Ən böyük yanlış təsəvvürlərdən biri hər kəsin bizim kimi hiss etdiyini, gördüyünü və düşündüyünü düşünməkdir.
  • Ən dəhşətli fırtınalar xalq həyəcanlarından doğulur.
  • Ən mükəmməl dil, ən az sözlə ən çox anlayışı ifadə edən dildir.
  • Ən nəcib və şirin qisas bağışlamaqdır.
  • Ən şərəfli qələbə xudbinlik üzərində qazanılmış qələbədir.[1]
  • Ən yaxşı kitab həqiqəti daha çox ehtiva edən kitabdır.
  • Ən yoxsul insan əlində olanı istifadə etməyi bilməyəndir.
  • Əsas və ən böyük avamlıq özümüzü dərk edə bilməməyimizdir.
  • Fanatizm tarixi, hər səhifəsi göz yaşı və qanla yazılmış və odda qurudulmuşdur.
  • Fəlsəfə ürəyin zəifliklərini sağaltsa da, ağıl xəstəliyini heç vaxt sağaltmır.
  • Fəzilətin pərəstişkarları təqlidçilərin pərəstişkarlarından çox olur.
  • Fikir, insanın əsas qabiliyyətidir; onu ifadə etmək, onun əsas tələbatlarından biridir, onu yaymaq, onun ən bahalı azadlığıdır.
  • Gələcək elə bir kətandır ki, onun üzərində təxəyyül öz fantaziyasına uyğun tikilir, lakin onun rəsmi heç vaxt düzgün olmur
  • Gənclər etdikləri barədə danışırlar; nə etdikləri barədə yaşlı insanlar; və nə etmək istədikləri barədə axmaqlar.
  • Gözəl qadınlar iki dəfə ölürlər:Birinci dəfə ana olanda, ikinci dəfə isə öləndə.
  • Hansısa tamah və ya şöhrətpərəstlik naminə deyilmiş həqiqi lütfkarlığı yaltaq lütfkarlıqdan seçmək üçün insanlarla müraciətdə müəyyən təcrübəyə malik olmaq lazımdır.
  • Həddindən artıq bilik qərarsızlığa gətirib çıxarır, kor düz qabağa baxır.
  • Həddindən artıq nəzakətli insanlar tez bir zamanda adamı təngə gətirirlər.
  • Həddindən artıq zəriflik xoşbəxtliyə mane olur.
  • Həkimləri tanımamağı savadlı, inkar etməyi isə savadsız insanlar da bacarar.
  • Həqiqət məşəliı çox vaxt onu daşıyanın əlini yandırır.
  • Həqiqətlər arasındakı bir yalan bu həqiqətləri şübhə altına alır.
  • Həqiqi biliyin mənbəyi faktlardadır.
  • Həmişə ləyaqətli olan, insan adlanan insanlar azdır.
  • Hər bir işğalçı, digərlərini müflis etməkdən zövq almaq üçün öz vətəndaşlarını səfalətə məhkum edən ağılsızdır.
  • Hər şeyə sahib olan heç nədən həzz almaz.
  • Hərbi hakimiyyət despotizmə aparır.
  • Həyat yolunda nə qədər gec getsən yolunu azdığını görəcəksən.
  • Həzz verən şeyləri satın almaq olar, amma onlarla necə həzz alma sirrini yox.
  • Həzzin arxasınca nə qədər çox düşülərsə, onun ardınca gələn sıxıntıdan bir o qədər az qaçmaq olar.
  • Həzzlər, uzun müddət iylədikdə baş gicəllənməyə səbəb olan çiçəklərə bənzəyir.
  • Xalqın beyninə nüfuz edən xurafatdan irəli gələn axmaqlıqlar yüz illər boyu davam edəcək.
  • Xalqın həddindən artıq yoxsul olması demək olar ki, həmişə onun rəhbərlərinin cinayətdir.
  • Xeyirxahlıq adı altında edilən pisliklə mübarizə aparmaq və onu aradan qaldırmaq çox çətindir.
  • Xəyal ən xoş, ən doğru, ən maraqlı cəmiyyətdir. O, zaman axınını görünməz edir.
  • Xəyanətkar arvad öz uşaqlarını mirasdan məhrum edir.
  • Xəzinə dövlətin ürəyidir.
  • Xoşbəxt bir adam, açılması yalnız qəbir daşına yazıla bilən bir tapmacadır.
  • Xoşbəxtlik öz sevimliləri ilə uşaq kuklaları ilə hərəkət etdiyi kimi hərəkət edir. Kukla uşağı bezdirəndə o, kuklanı qırır, cırır.
  • Xoşbəxtlik yuvarlandığı zaman qovduğumuz və dayandığı zaman ayağımızla itələdiyimiz bir topdur.
  • Xoşbəxtliyə nail olmağı çöldə axtarmaqdansa, evdə oturub gözləmək daha yaxşıdır.
  • Xoşbəxtliyin şahidləri yoxdursa, heç kim tamamilə xoşbəxt deyildir.
  • Xurafatla yoluxmuş insanlar hər cür fırıldaqçıların ovuna çevrilirlər
  • İctimai rəylə mübarizə aparmaq yel dəyirmanı ilə döyüşə girmək kimi bir şeydir.
  • İgidlik müqavimət üçün, cəsarət şərə hücum etmək üçün lazım olan gücdür.
  • İxtira nadir hallarda ixtiraçını mükafatlandırır.
  • İki cür əxlaq var: biri pisliyi qadağan edən passiv əxlaq, digəri isə yaxşı işlər görməyi əmr edən aktiv əxlaq.
  • İki qonşu xalqdan sağlam düşüncəsi daha çox olan xalq yalnız bir ağıla malik olan xalqdan üstün olacaq.
  • İlk baxışdan qəddar görünən adam heç də qəddar olmur.
  • İnciklikləri quma, yaxşılıqları isə mərmərə yazın.
  • İnqilab bəzən lakey sifətində belə görmək istəmədiyimiz adamlara hökmranlıq verir.
  • İnqilabi fırtınalar zamanı gəminin sükanını avar çəkməyə belə yararsız olan insanlar idarə edirlər.
  • İnqilablar, minlərlə fırıldaqçının özləri üçün böyük fayda götürməyi bacardıqları bir xəstəlikdir.
  • İnqilablar şahmat oyununa oxşayır. Piyadalar kralı məhv və xilas edər və ya onun yerini tuta bilərlər.
  • İnsan ancaq düşündüyü üçün insandır.
  • İnsan ancaq mühakimə sayəsində şəxsiyyət olur.
  • İnsan, həyatının birinci hissəsini ölülərlə söhbət etməyə — kitab oxumağa, ikinci hissəsini canlılarla danışmağa, üçüncü hissəsini isə özü ilə söhbət etməyə həsr etməlidir.
  • İnsanın, eləcə də bütün xalqın tarixi, xoşbəxtliyin səmərəsiz axtarışlarından ibarətdir.
  • İnsanın tarixi demək olar ki, həmişə bir çox insanın haqsızlıqlarının tarixindən ibarət olur.
  • İnsanlar sikkələrə bənzəyir: onların üzərində hansı rəqəmlərin həkk olunmasından asılı olmayaraq, onları dəyərinə görə qəbul etmək lazımdır.
  • İnsanlar sözlərə oxşayırlar; yerlərinə qoymasan, mənalarını itirirlər.
  • İnsanların son iradəsi demək olar ki, həmişə onların son zəifliyi olur.
  • İstehza, qorxaq və gizli qəzəbdən başqa bir şey deyildir.
  • Keçmiş zamana olan sevgi əksər hallarda indiki zamana nifrətdən başqa bir şey deyildir.
  • Kitab çapı iki yeni ehtiras yaratdı: hər şey yazmaq və hər şeyi çap etmək.
  • Kitablarla təkbətək qalmaq axmaqların cəmiyyətində olmaqdan daha yaxşıdır.
  • Köhnə dostlarımız bizi çox yaxşı tanıyanda yeni dostlar axtarırıq.
  • Qadın bağlılığının ən böyük sübutu moda qurbanlığıdır.
  • Qadın olmasa həyatın səhəri və axşamı aciz, günortası sevincsiz olardı.
  • Qadının acıdilliyi süddəki sirkə kimi ürəkbulandırıcıdır.
  • Qadınlar çox məntiqə sahib olmaq üçün çox təsəvvürə və həssaslığa malikdirlər.
  • Qadınlar heç vaxt özlərini gücsüzlüklə silahlandırdıqları qədər güclü olmurlar.
  • Qadınsız həyatın səhəri və axşamı köməksiz, günortası isə sevincsiz olardı.
  • Qanunların çoxluğu əxlaqın xeyrinə, proseslərin çoxluğu isə qanunların lehinə deyildir.
  • Qanunvericiliyin ən böyük işi şəxsi maraqlardan ictimai rifah yaratmaqdır.
  • Qəhrəman ruhların bədəni olmur.
  • Qəhrəmanlar öz düşmənlərinə qalib gəlir, böyük insan isə həm düşmənlərinə, həm də özünə qalib gəlir.
  • Qəhrəmanlar, sənət əsərləri kimi, əsrlər keçdikcə daha böyük görünürlər.
  • Qısqanc adam, təxəyyülünün qaranlıqlarında yaradılmış əjdahalardan qorxan uşaqdır.
  • Qocalmış gəşəng qadının ən ağrılı təəssüfü-özü haqqında təəssüfdür.
  • Qrammatik çox pis müəllif, yaxşı müəllif isə pis qrammatik ola bilər.
  • Qulları azad insanlar etmək üçün onlar arasında yalnız bir qəhrəman lazımdır.
  • Qürurlu ağıl hər zaman kiçikdir, qürurlu ruh isə hər zaman ucadır.
  • Qürurun nəcib bir comərdliyi ola bilər, şöhrətpərəstliyin isət paxıllıqdan başqa heç nəyi olmur.
  • Qüsura qalib gəlmək bacarığındakı ləyaqət qüsura malik olmamaqdan daha çoxdur.
  • Maariflənmə və vətənpərvərlik millətləri, avamlıq və eqoizm isə qara camaatı yaradır.
  • Mahir istehza mənliyi qızışdıraraq gülməli tərəfləri və çatışmazlıqları düzəldə bilər.
  • Metafizik hesab edir ki, oxucuları miqrendən əziyyət çəkirsə, deməli onları yaxşı öyrədib.
  • Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur.
  • Məqsədsiz bir insanın həyatı ölümün davamıdır.
  • Mənfəət hərisliyi ürəyi və zehni qurudur.
  • Mövzu haqqında nə qədər çox mübahisə edilərsə, bir o qədər anlaşılmazlıq olur. Güclü dalğalandırılan həqiqət işığı sönür.
  • Müdrik adam kiçik işlərdə də böyükdür, avara adam isə böyük işlərdə də kiçikdir.
  • Müdriklik bəyənilməsini arzu edir, şöhrətpərəstlik isə tərif tələb edir..
  • Müharibə, ən güclü dövlətlərin bədənini yeyən siyasi xərçəngdir.
  • Müharibə, minlərlə insanı öldürənlərə insanlar təəccüb edənə və kömək edənə qədər davam edəcəkdir.
  • Müharibə onu qazananları müflis edən bir prosesdir.
  • Müxtəsər olun. Özünə qulaq asmağın ən düzgün yolu az sözlə çox məna ifadə etməkdir.
  • Müqaviləni pozan hər kəs qarşı tərəfi hər hansı bir öhdəlikdən azad edir.
  • Müntəzəm olaraq yaranan və yenilənən acgöz arzularımız gələcəyin və ümidin bizim üçün ən böyük rifah olacağını təmin edir.
  • Nadan adama məsləhət vermək kor üçün şam yandırmaq kimi bir şeydir.
  • Nəsil, şöhrətin fanatik pərəstişkarlarının indiki nəsli qurban verdikləri xəyali bütdür.
  • Nəzakətə malik olmadan cəmiyyətdə dözümlü olmaq üçün yüksək ləyaqətə və ağıla malik olmaq lazımdır.
  • Nifrət edilən sənət yoxdur, yalnız onlarla şərəfsizcəsinə məşğul olan insanlar var.
  • Okeanın hərəkətsizliyi kimi, ümumdünya sülh də mümkün deyil.
  • Öd (acıdillik) pis ürəyin mürəkkəbidir.
  • Öz gözəlliyini üstünlük hesab edən qadının başqa üstünlüyü olmur.
  • Öz öhdəliklərinin qulu olmaq və ya özünə olan hər bir inamdan imtina etmək lazımdır.
  • Öz səhvini etiraf etmək, özündən daha ağıllı olmaq deməkdir.
  • Özünə güvənən insanlar daha çox bacarıqsız insanlar olur.
  • Özünə güvənmə təcrübəsizliyin rəfiqəsidir.
  • Öz-özünü tərifləmək, başqalarına kobudcasına mən səndən yaxşıyam deməkdir.
  • Parlaq düşüncələr mətbuatın işığında solğun olur.
  • Parlaq təsəvvürə malik insanlar çox asanlıqla yalan danışırlar. Onlarun uydurmaları həqiqətlə elə qarışır ki, bunu özləri də ayırd edə bilmirlər.
  • Pis general arxasınca qurbanlar sürüsü aparır.
  • Pis insanlar bir-birinin tərəfini yaxşı insanlardan daha çox saxlayırlar.
  • Pis zövq ruhun zədəli olmasına dəlalət edir.
  • Pislik etmək üçün bütün çətinlikləri dəf edirik; lakin ən kiçik bir maneə bizi yaxşı işlərdən çəkindirir.
  • Pulun hər şey edə bilməsini hesab edən insanlar özləri pul üçün hər şeyi edə bilərlər.
  • Respublika əsgərlərə vətəndaş olmağa imkan verir, despotizm onları cəllad edir.
  • Rəiyyətin bacarıqsız olması zülmkarın ürəyincədir.
  • Rəsmi və təmtəraqlı nitq, parıldasa da, adamı isitməyən büllur çilçırağa bənzəyir.
  • Ruhi həzzlər ömrü uzadır, hissiyyatlı həzlər isə qısaldır.
  • Sadə qrammatik, alətləri cilalayan və onlardan heç vaxt istifadə etməyən bir işçidir.
  • Sadəlik insan ləyaqətinin şüurudur.
  • Satira düzəltməkdən çox qıcıqlandırır.
  • Sevgidə and içmək onun qeyri-sabitliyini sübut edir. Sadiq dostluqda and içmirlər.
  • Səbəbi özümüzün olduğu bədbəxtliyin bütün acısı ondan ibarətdir ki, ona layiq olduğumuzu etiraf edirik.
  • Səmimilik, ağlına gələni yox, yalnız düşündüyünü deməkdən ibarətdir.
  • Sərvəti artırmaq üçün ən sürətli vasitə ehtiyacların azaldılmasıdır.
  • Siyasət böyük prinsiplər elan edir, amma yalnız güclünün hüququnu tanıyır.
  • Siyasət yalanı həqiqətə, həqiqəti isə yalana çevirir.
  • Siyasətdə boşboğazlıq dövləti məhv edə bilər.
  • Söhbəti yaxşı bir kitaba layiq insanları, mütaliəsi filosoflarla söhbətə layiq olan kitabları axtarın.
  • Susmaq heç də ağılın olmasını sübut etmir, amma axmaqlığın olmamasını həmişə sübut edir.
  • Susmağın ağlından xəbər verməsə də, axmaq olmadığından xəbər verir.
  • Şərəf məsələlərində ona malik olmayan və əldə etməyə çalışan insandan vasvası insan yoxdur.
  • Şöhrət, bizi qaldıran və ya aşağı salan, sakit halda isə elastikliyini itirən bir yay kimidir.
  • Şöhrət də tale kimidir. Sən ondan daha çox şəfqət dilədikcə, o səni daha da gözdən salır.
  • Şöhrətpərəst nə qədər yüksək mövqe tutsa da, daha da yüksəklərə qalxmaq istəyir.
  • Şöhrətpərəstlik başqalarının üstünlüklərini azaltmağa və özlərinin üstünlüklərini isə şişirtməyə meyillidir.
  • Şöhrətpərəstlik bütün dövrlərdə insanları aldatmaq üçün ictimai rifah və ya din donu geyinib.
  • Şöhrətpərəstlik qəzəb qədər cinayətlər etməyə məcbur edir.
  • Şöhrətpərəstlik mürgüləyir, amma heç vaxt yatmır.
  • Şöhrətpərəstlik sevgiyə layiq olmayan insanları lütfkar edir.
  • Şöhrətpərəstlik sükutu böhtandan üstün tutur, amma unutma bu sükutu boğur.
  • Şöhrətpərəstliyə və həzz almağa həris olanları idarə etmək çörək istəyənləri idarə etməkdən çətindir.
  • Şöhrətpərəstliyin məruz qala biləcəyi ən həssas cəza nifrətli diqqətsizlikdir.
  • Tale güclüləri, zəifləri eyni cür vurur, amma palıd ağacı səs-küylə və cırıltıyla yıxılır, ot isə səssiz.
  • Tam cahillik pis alimlikdən daha yaxşıdır.
  • Tamahkar insanın ürəyi yağış gözləyən okeana bənzəyir.
  • Tamahkarlıq hər bir rolu, hətta təmənnasız rolunu oynayır.
  • Tanınmış insanlarla heykəllər arasındakı fərq: heykəllərə yaxınlaşdıqca böyüyür, tanınmış insanlar isə kiçilir.
  • Tarix sonsuz təlatümlərdən başqa bir şey təqdim etmir: növbə ilə qalib gələn, bəzən məğlub olan, indi zülm edən, bəzən əzilən, indi qarət edən, indi qarət edilən xalqlar.
  • Tarixi layiqli bir şəkildə yazmaq üçün inancı, vətəni, partiyanı unutmaq lazımdır.
  • Tarixi romanlar yalanların zorladığı həqiqətdən yaranıb.[2]
  • Tarixin öz fırıldaqçılığı var: o qəhrəmanlarının aşağılığını, hiddət yaradan xüsusiyyətlərini gizlətmək üçün bu qəhrəmanlarını uzaqda saxlayır.
  • Terror, cəmiyyətin bərabərləşdirilməsi üçün bacarıqsızların səviyyəsindən yuxarı qalxan başlarını kəsməkdən başqa bir şey fikirləşməyib.
  • Tez qazanılan şöhrət tez də yox olur.
  • Təmənna böyük cəfəngiyatları dəstəkləməyə məcbur edir.
  • Təmiz vicdanın səsi yüzlərcə şöhrət sədasından xoşdur.
  • Tənbəllər çox vaxt ən geniş planları olan insanlardır.
  • Tərbiyə atalar sözləri ilə başlayıb, öz düşüncələri ilə bitməlidir.
  • Tibbin təsirliliyi inamsızlıqla zəifləyir, ümidlə möhkəmlənir.
  • Uğursuz inqilablar həmişə nifrət oyadan və qisasçı hökumətlərə səbəb olur.
  • Uğursuzluğa heç vaxt məruz qalmayan generalın kifayət qədər təcrübəsi yoxdur.
  • Uşaqdan büt düzəltməyin: çünki, o böyüyəndə qurban tələb edəcək.
  • Ümid etmək çox vaxt pisdir. O olmasa, sakitçilik tabe olma zərurətindən yaranardı.
  • Ümidini itirənin başqa itirəcək bir şeyi yoxdur.
  • Vaxt, çox vaxt onu öldürməyə çalışanları öldürür.
  • Var-dövlət qazanmaq üçün edilən səylər ondan istifadə etməyə mane olur.
  • Varlıların qarnı doysa da, gözləri doymur.
  • Varlının naharı yoxsulun aclığı üzərində təhqirdir.
  • Verdiyimiz andı pozmaq, bizə verilən anddan azad olmaq deməkdir.
  • Vəziyyət bizi ehtiyaclarımızdan yüksəkdə, şıltaqlıqlarımızdan isə aşağıda tutur.
  • Vicdan təmiz olmayanda səmimi sevinc də yoxdur.
  • Vicdanınla asanlıqla barışan insan, ona elə o dəqiqə xəyanət etməyə hazır olur.
  • Yalan vədlər açıq imtinadan daha çox qıcıqlandırır.
  • Yalnız Allah mükəmməl bir lüğət hazırlaya bilər.
  • Yalnız bir tükənməz xəzinə var – bu xəzinə kitabxanadır.
  • Yanlış fikir sarsılmazdır. Çoxları onda öz xeyirini tapır.
  • Yanlış fikirlərin olduğu kimi, həqiqətin də öz fanatikləri var.
  • Yoxsulluq mənəvi gücü əzir, qəlbi sərtləşdirir, zehni kütləşdirir.
  • Yorucu, topa fikirlərdən fərqli olaraq, ayrı-ayrı fikirlər işıq şüalarına bənzəyir.
  • Yuyulması mümkün olmayan bir cinayət varsa, o da vətənə xəyanətdir.
  • Yüksək faizlə borc vermək oğurluqdan yaxşı olmadığı kimi, borc almaq da dilənməkdən yaxşı deyil.
  • Zaman — ən mahir həkimdir: o xəstəliyi sağaldır və ya onu bizimlə aparır.
  • Zaman sahil kimi tərpənməzdir; bizə elə gəlir ki, o, yel kimi uçur, əslində isə o dayanıb, biz özümüz hərəkətdəyik.
  • Zarafat ikitərəfli silahdır.
  • Zənginlər çox tox olur, ancaq doymuş olmur.
  • Zənginlik çayları israfçılıq qumlarında yox olur.
  • Zövq məsələlərində sübutlar ola bilməz.

Mənbə

[redaktə]

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.212
  2. [1]Цитаты и афоризмы.
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy