Məzmuna keç

Tomas Edison

Tomas Edison
Doğum tarixi 11 fevral 1847
Doğum yeri Maylan
Vəfat tarixi 18 oktyabr 1931
Vəfat yeri Vest-Orinc
Dəfn yeri Thomas Edison National Historical Park
Vikipediya məqaləsi

Tomas Alva Edison (11 fevral 1847 – 18 oktyabr 1931) — dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəzi məğlubiyyətlərin səbəbi, insanların işi yarıda qoyduqlarında, uğura nə qədər yaxın olduqlarını bilməmələridir.
  • Biz heç bir şeyin milyonda birini belə bilmirik.
  • Bizim ən böyük çatışmazlığımız odur ki, hər şeydən tez əl üzürük. Uğura getməyin yolu isə hər dəfə yenidən cəhd etməkdir.
  • Bütün incillər insan istehsalının nəticəsidir.
  • Cəsarətimi itirmirəm, çünki imtina hər səhv cəhdinin doğru atılmış yeni birr addımdır.
  • Dahiliyin yüzdə biri ilham, yüzdə doxsan doqquzu tərdir.
  • Düha on faiz istedaddan və doxsan faiz tər tökməkdən əmələ gəlir.
  • Düşünmədən danışmağın cəzası sonradan düşünməyə məhkum olmaqdır.
  • Edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik.
  • Əgər edə biləcəyimiz hər şeyi etsəydik, sözün tam mənasıyla özümüzə heyrət edərdik.
  • Ən böyük səhvimiz, çox tez təslim olmağımızdadır. Uğura gedən ən düzgün yol isə hər dəfə yenidən cəhd etməkdən keçir.
  • Heç bir şeyin yüzdə birinin milyonda birini belə bilmirik.
  • Heç yanılmadım, 10000 işə yaramayan yol tapdım.
  • Hər şey üçün zaman vardır.
  • Həyatda mövcud uğursuzluqların səbəbi; bacaracaqları halda, uğura az qalmış bir zamanda istəklərindən imtina edən insanlardır.
  • Həyatın ən böyük səhvləri, müvəffəqiyyətə nə qədər yaxınlaşdıqlarını bilməyən insanların imtina etmələrinə görə olar.[1]
  • Həyatın uğursuzluqlarının çoxu, imtina etdikdə uğura nə qədər yaxın olduqlarını dərk etməyən insanlara aiddir.
  • Konsentrasiya, bezginlik duymadan fiziki və zehni enerjini tək bir nöqtəyə davamlı tətbiq qabiliyyətidir.
  • Məğlubluğun səbəbi, insanların işi yarıda buraxdıqlarında, müvəffəqiyyətə nə qədər yaxın olduqlarını bilməmələridir.
  • Mən heç zaman təəssüf hissi yaşamadım. Mən sadəcə 10. 000 üsul tapdım ki heç biri bir işə yaramırdı.
  • Mən işləməyi özüm üçün həm də əyləncə saymışam.
  • Mən məndən əvvəlkinin buraxdığı yerdən başladım.
  • Mən yaxşı bir süngərəm başqalarının istifadə etmədiyi fikirləri istifadə edirəm.
  • Möhkəm bir işin yerini heç bir şey ala bilməz. Dahilik yüzdə bir ilham və yüzdə doxsan doqquz tərdir.
  • Narahatlıq narazılıqdır və narazılıq tərəqqinin ilk zərurətidir. Mənə tam razı insan göstər, mən də sənə uğursuzluğu göstərim.
  • Ömrün qısalığından gileylənsək də, həmişə illəri tələsdiririk, Uşaq ikən tez böyümək, məktəbdə ikən işləmək, işlərkən tez mənsəbə çatmaq, sonralar isə təqaüdə çıxmaq haqqında fikirləşirik.
  • Sivilizasiyanın ən böyük xidməti insana düşünməyi öyrətməkdir.
  • Sizin keçmişlə işiniz bitmiş ola bilər, amma keçmişin sizlə işi əsla bitməmişdir.
  • Yarısını yedikdən sonra əlimizdə bütün bir alma qalmayacağı kimi, zidd tərəflərdən biri olmadan digəri də ola bilməz.
  • Yaşlılar cavanlara həmişə qənaətcil olmağı tövsiyə edirlər. Bu, yaxşı məsləhət deyil. Pullarınızı özünüzə xərcləyin.
  • Yetmiş yaşına gəlmiş insan bir iş görmədiyi gün ölümə məhkumdur.[2]
  • Yorğunluq narazılıq gətirər. Narazılıq inkişaf üçün lazımlıdır.

İstinadlar

[redaktə]
  1. [1]Tomas Edisonun maraqlı fikirləri..
  2. Ə. Əliyev. Müvəffəqiyyətə gedən yol. Bakı, 2006. səh.21
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy