Tuva Xalq Respublikası
Tarixi dövlət | |||||
Tuva Xalq Respublikası | |||||
---|---|---|---|---|---|
tıva Тьʙа Arat Respuʙlik | |||||
|
|||||
|
|||||
Paytaxt | Kızıl | ||||
Dilləri | Monqol dili, Tıva dili | ||||
Rəsmi dilləri | Monqol dili, Tuva dili | ||||
Dövlət dini | buddizm, Şamanizm, şərqi ortodoks xristianlıq | ||||
Valyuta | Tıva akşası | ||||
Ərazisi |
|
||||
Əhalisi | 130,000 | ||||
İdarəetmə forması | Respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tuva Xalq Respublikası (Latınça — tıva Тьʙа Arat Respuʙlik, kirilçə — tıva Тыва Арат Республик[1]) — müstəqilliyi yalnız SSRİ (1924) və Monqolustan Xalq Respublikası (1926) tərəfindən tanınmış dövlət. Dövlət Cənubi Sibir ərazisində 1921–1944 illər arasında mövcud olmuşdur. 1921–1926-cı illərdə rəsmi olaraq Tannu-Tuva adlanırdı. Çin tərəfindən tanınmamış və beynəlxalq aləm tərəfindən Çinin ərazisi olaraq qiymətləndirilirdi. 1944-cü ildə isə SSRİ-nin tərkibinə daxil edilərək Tuva muxtar vilayətinə çevrilmişdir (RFSF-in tərkib hissəsi)[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Yaradılması
[redaktə | mənbəni redaktə et]Dövlət Rusiya imperiyasının protektoratlığında olan Uryanxayski diyarı ərazisində formalaşmışdır. 1917-ci ilin mart ayında Fevral inqilabından sonra Uryanxayski diyarı ərazisində sürətli şəkildə sovetləşmə həyata keçirilirdi. 11 iyun 1918-ci ildə diyarın rus əhalisinin V qurultayı, ardından 13 iyulda isə Tuva xalqının qurultayı çağrılır. Diyar sovet deputatlarının qaşısında duran məsələ Uryanxay diyarının müqəddəratının müəyyət edilməsi olur. 18 iyun 1918-ci ildə isə rus və tuva qurultay iştirakçılarının görüşü təşkil edilir. Burada Diyarın öz müqəddaratını həll etməsi, rus və tuva xalqları arasında qarşılıqlı anlaşma, dostluq haqqında müqavilə imzalanır[3]. 7 iyul 1918-ci ildə Uryanxay diyarı Aleksandr Kolçakın qüvvələri tərəfindən tutulur. 14 iyun 1919-cu ildə Bacey Sovet Respublikası qüvvələrinin komandanları Aleksandr Diomidoviç Kravçenko və Pyotr Efimoviç Şetinkin Kan və Krasnoyarsk uezdləri ərazisinə soxularaq Uryanxayski diyarı ərazisinə daxil olur. 18 iyul 1919-cu ildə Uryanxayski diyarının paytaxtı olan Beloçarsk şəhərini işğal edilir. Diyarda sovet hakimiyyəti bərpa edilir[4].
1921-ci ildə yerli inqilabçılar Qırmızı Ordunun köməkliyi ilə Tuvanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul edirlər. 1921-ci ilin iyununda qərbi kojuunda iki xemçik kojuun nümayyəndələri (hansı bu ərazilərdə Tuvalıların böyük əksəriyyəti cəmləşmişdi) müşavirə təşkil edərək bir səslə qərara alırlar:"Biz, iki xemçik kojuunun nümayəndələri olaraq Tuva xalqının gələcək həyatı üçün yeganə, ən düzgün və ən yaxşı yol kimi bizə tam özmüqədddaratını həll etmək hüququnun verilməsində görürük. Sovet Rusiyası nümayəndələrindən bu qurultayda bizi dəstəkləməsini və öz müqəddaratını həll etmək istəyini anlaşıqlı şəkildə qəbul etməsini istəyirik".
13–16 avqust 1921-ci ildə Suq-Bajı Atamaovka kəndində Ümumtuva qurultayı qurultayı təşkil edilir. Burada 300 nəfər yığılır. Üstəlik qurultayda Sovet Rusiuasının uzaq şərq üzrə nümayəndəsidə iştirak edirdi. Birinci gündə Tuvalıların müstəqil dövlətlərinin yaradılması qərara alınır və ölkənin Tannu-Tuva adlandırılması qərara alınır. Qərarda deyilirdi: "Tanu-Tuva Respublikası müstəqil dövlət olaraq daxili məsələlərdə tam azaddır. Beynəlxalq məsələlərdə isə Rusiya Sovet Federativ Respublikası ilə məsləhətləşmə şəraitində həll etməlidir".
14 avqust 1921-ci ildə Tanu-Tuva Respublikasının müstəqilliyi elan edilir. Dövlət orqanları təşkil edilir və 22 hissədən ibarət konstutsiya hazırlanır. Birinci konstutsiyada azad şəkildə ibadət təmin edilir. Ölkənin paytaxtı Xem-Beldir olur. 1923-cü ildə Sovet qoşunları Tuvadan çıxarılır[5]. Bir müddət sonra 1924-cü ildə SSRİ və 1926-cı ildə Monqolustanla Tuvanın müstəqilliyinin tanınması haqqında anlaşma imzalanır.
Müstəqilliyin ilk illəri
[redaktə | mənbəni redaktə et]Ölkənin ilk hökumət başçısı qun noyon Monquş Buyan-Badırqı seçilir. 13 avqust 1921-ci ildə qurultayda bütün kojuunların nümayyəndəsi seçilir və Rusiyaya bağlı olduğunu birdirir. Onun rəhbərliyi altında ilk Tuva konstutsiyası qəbul edilir. Tuvalıların inqilabi gənclər birlikləri yaradılır. 20-ci illər müstəqil dövlət üçün çətin keçir. Belə ki, Monqolustan yeni dövlətə ərazi iddiası irəli sürür. 1926-cı ildə Monqolustan onun müstəqilliyini tanısada sərhəd ərazi mübahisələri davam edirdi[6].
1929-cu ildə Tuva Xalq-İnqilab Partiyasının mərkəzi komitəsinin sədri və ölkənin birinci hökumət başçısı 1932-ci ildə həbs edilərək güllələnir. İrqıt Şaqdırjan və keçmiş baş-nazir Donduk Kuular güllələnir[7].
Sovetləşmə
[redaktə | mənbəni redaktə et]1930-cu ildə Şərq əməkçiləri Komunist universiteti tələbələri Tuvanın fövqəladə komisarları təyin edilirlər. Stalin sədaqəti ilə seçilən komidaslar onun Sovetlərdə həyata keçirdiyi tədbirləri Tuvadada həyat keçirməyə başlayırlar. 1929-cu illərdə sovetlərdə başlanan koletivlik xətti Tuvadanda yan keçmir. Kənd təsərrüfatı kollektivləşdirilir, bu isə köçəri həyat sürən xalq üçün faktiki mümkünsüz bir iş olur. Buddizm və şamanizim qadağan edilir. 1929-cu ildə Tuvada 25 budizm məbədi və 400 lama olduğu halda artıq 1931-ci ildə bir monastır, 15 lam və 725 şaman qalmışdı. Köçəri həyatın sıxışdırılması mümkünsüz olur. 1931-ci il siyahıya alınması onu göstərdi ki, ölkə əhalisinin 82,2 % köçəri həyat sürür. Fövqəladə komisar Salçak Toka 1932-ci ildə Tuva Xalq-İnqilab partiyasının rəhbəri seçilir. Onun bu vəzifədən uzaqlaşması 1973-cü ildə ölümündən sonra baş verir.
Tuva İkinci Dünya müharibəsində
[redaktə | mənbəni redaktə et]22 iyun 1941 ildə X Böyük Qurultayda (Xural) deklarasiya qəbul edilir: Tuva xalqı başda bütün inqilabi partiya və rəhbərləri adından faşist qüvvələrinə qarşı Sovetlərlə birgə mübarizə aparmağa hazır olduğunu bildirərək sona qədər mübarizə aparacaqlarını bəyan edirlər.[8] Bununla da Faşizmə qarşı Sovetlərlə birlikdə müttəfiqlik etmiş ilk ölkə olur. 25 iyun 1941-ci ildə Tuva Xalq Respublikası Almaniyaya qarşı müharibə elan edir. Sovetlərə 30 milyon rubl qiymətində qızıl yarım göstərilir. 1941-ci ilin iyun ayından 1944-cü ilin oktyabrına kimi Tuva Sovetlərə 50 min at, 70 min ton xəz dəri, bir necə min ton ət, 66,7 milyon rulb pul ilə yardım göstərmişdi. 1942-ci ildə Tuvadan könüllülər Sovet ordusuna qəbul olunur. Tuvanın rus dilli əhalisindən ordu təşkil edilir. 1943-cü ilin mayında ilk könüllülər Qırmızı ordu sıralarına qəbul edilir və onlardan 25-ci ayrı tank briqadası ikinci Ukrayna cəbhəsinə göndərilir. 1943-cü ilin sentyabrında isə ikinci qrup 8-ci kavalerlər diviziya ordusu tərkibinə daxil edilir. Bütün müharibə dönəmində 8,000 Tuvalı Qırmızı ordu tərkibində vuruşmuşdur.
SSRİ-nin tərkibinə daxil edilməsi
[redaktə | mənbəni redaktə et]17 avqust 1944 ildə Kiçik Xuralın VII sesiyasında Tuvanın SSRİ-na birləşdirilməsi haqqında qərar qəbul edilir. 11 oktyabr 1944 ildə Tuva Respublikası RSFSR tərkibində muxtar vilayət olaraq daxil edilir. Bu məsələ ilə bağlı heç bir referendum keçirilmir.
1960-cı illərdə vilayətin inkişafı ilə əlaqədar respublika orqanlarının yaradılması təmin edilir. Salçak Toka Tuvanın ilk kommunist partiyası rəhbəri seçilir. 10 oktyabr 1961 ildən 1991 ilə qədər Tuva Muxtar Sovet Respublikası olaraq RSFSR-nın tərkibində qalır. Hazırda Rusiya Federasiyasının tərkibində Tuva Respublikası olaraq qalır.
Tuva Xalq Respublikasının dövlət və hökumət başçıları
[redaktə | mənbəni redaktə et]Dövlət başçıları
[redaktə | mənbəni redaktə et]Tuva Xalq Respublikasının Mərkəzi Sovetin sədrləri:
- Sodnam Baçır (1921–1922)
Tuva Xalq Respublikasının Kiçik Xuralın sədrləri:
- Kuular Donduk (1924–1926)
- Nimaçın (1926–1929)
- Çuldum Lopsokovi (1929–1936)
- Adıq-Tyolyoş Хemçik-оol (1936–1938)
- Oyon Polat (1938–1940)
- Ançimaa-Toka, Xertek Amırbitov (1940–1944)
Hökumət başçıları
[redaktə | mənbəni redaktə et]Tuva Xalq Respublikasının nazirlər sovetinin sədrləri:
- Buyan-Badırqı Monquş (1921–1922)
- Lopas-Osur Maadı (1922)
- İdam Syoryon (1922–1923)
- Soyan Oruyqu (1924–1925)
- Kullar Donduk (1925–1929)
- Adıq-Tyolyoş Хemçik-ool (1929–1936)
- Sat Çurmit-Dajı (1936–1938)
- Ondar Bair (1938–1940)
- Sarık-Donqak Çimba (1940–1944)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Арат — крестьянин-скотовод.
- ↑ s:Указ Президиума ВС СССР от 11.10.1944 о принятии Тувинской Народной Республики в состав Союза Советских Социалистических Республик|Указ Президиума Верховного Совета СССР от 11 октября 1944 г. "О принятии Тувинской Народной Республики в состав Союза Советских Социалистических Республик"
- ↑ "Tuva tarixi". 2013-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "TUVA RESPUBLİKASI". 2011-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "Почему замалчивался вклад Тувы в разгром фашизма". 2011-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-10.
- ↑ "Александр Минаев. Тува далёкая и близкая //". 2013-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ Статья "Гиблое дело — быть премьером Тувы" на сайте "Realno.info" Arxivləşdirilib 2010-03-27 at the Wayback Machine
- ↑ "Moskvada Tuva Xalq Respublikasının faşizm üzərindəki qalibiyyətdə rolu ilə bağlı sərgi keçilirəcək". 2010-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-19.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Tuva Xalq Respublikasının mədəni inkişafı Arxivləşdirilib 2010-02-23 at the Wayback Machine (rus.)