Səfəvi–Osmanlı müharibəsi (1603–1618)
Səfəvi–Osmanlı müharibəsi (1603-1618) | |||
---|---|---|---|
Səfəvi–Osmanlı münasibətləri | |||
Tarix | 1603 – 1612 | ||
Yeri | Qafqaz, Şərqi Anadolu, İraq, Cənubi Azərbaycan | ||
Səbəbi |
İstanbul sülh müqaviləsi Sərab sülh müqaviləsi |
||
Nəticəsi | Səfəvilərin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Səfəvi-Osmanlı müharibəsi (1603-1618) — 1603-1618-ci illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə.
Tarixi
21 oktyabr 1603-cü ildə Təbrizdə Osmanlı hakimiyyəti əleyhinə xalq üsyanı başladı. Üsyandan istifadə edən Səfəvi hökmdarı I Şah Abbas qoşunları ilə Təbrizə daxil olaraq Osmanlı qüvvələrini şəhərdən çıxardı. Bununla Səfəvi dövləti ilə Osmanlı arasında növbəti müharibə başlandı. Osmanlı İmperiyası bundan öncəki müharibədə (1578-1590) Səfəviləri məğlub edərək Şimali və Qərbi Azərbaycanı, həmçinin Cənubi Azərbaycanın bir hissəsini (Təbriz, Marağa) ələ keçirmişdi. Yeni müharibə Səfəvilər in üstünlüyü ilə keçdi və I Şah Abbas sələfi Məhəmməd Xudabəndin itirdiyi torpaqları geri aldı.
8 iyun 1604-cü ildə I Şah Abbasın qoşunları İrəvan qalasını ələ keçirdi. Osmanlının nəzarətindən çıxan İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verildi. Bundan bir qədər əvvəl Səfəvi qoşunları Təbrizi Osmanlıdan geri almışdı. 1580-ci illərdə tərəflər arasındakı müharibədə Azərbaycan, demək olar ki, bütünlüklə (Talış bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının nəzarətinə keçmiş və bu, 1590-cı ildə İstanbul sülh müqaviləsi ilə təsbitlənmişdi.