Səfəvi–Osmanlı müharibəsi (1603–1618)

Vikipediya, azad ensiklopediya
Sword313 (müzakirə | töhfələr) tərəfindən edilmiş 06:08, 8 noyabr 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Səfəvi–Osmanlı müharibəsi (1603-1618)
Səfəvi–Osmanlı münasibətləri‎
Tarix 16031618
Yeri Qafqaz, Şərqi Anadolu, İraq, Cənubi Azərbaycan
Səbəbi İstanbul sülh müqaviləsi
Sərab sülh müqaviləsi
Nəticəsi Səfəvilərin qələbəsi
Münaqişə tərəfləri

Səfəvilər
Kartli çarlığı
Kaxeti çarlığı

Osmanlı İmperiyası
Krım xanlığı
İmərəti çarlığı

Komandan(lar)

I Abbas
Allahverdi xan
Gəncəli xan
Karçixa xan
X Georgi
II Luarsab
VII Baqrat
Georgi Saakadze
II Aleksandr
I Konstantin
I Teymuraz

I Əhməd
I Mustafa
II Osman
Yusif Sənan Paşa
Quyucu Murad Paşa
Nasuh Paşa
Öküz Mehmed Paşa
Kürəkən Xəlil Paşa
III Georgi
I Teymuraz

Səfəvi-Osmanlı müharibəsi (1603-1618)1603-1618-ci illərdə SəfəvilərOsmanlı imperiyaları arasında baş vermiş müharibə.[1]

Tarixi

21 oktyabr 1603-cü ildə Təbrizdə Osmanlı hakimiyyəti əleyhinə xalq üsyanı başladı. Üsyandan istifadə edən Səfəvi hökmdarı I Şah Abbas qoşunları ilə Təbrizə daxil olaraq Osmanlı qüvvələrini şəhərdən çıxardı. Bununla Səfəvi dövləti ilə Osmanlı arasında növbəti müharibə başlandı. Osmanlı İmperiyası bundan öncəki müharibədə (1578-1590) Səfəviləri məğlub edərək Şimali və Qərbi Azərbaycanı, həmçinin Cənubi Azərbaycanın bir hissəsini (Təbriz, Marağa) ələ keçirmişdi. Yeni müharibə Səfəvilər in üstünlüyü ilə keçdi və I Şah Abbas sələfi Məhəmməd Xudabəndin itirdiyi torpaqları geri aldı.

8 iyun 1604-cü ildə I Şah Abbasın qoşunları İrəvan qalasını ələ keçirdi. Osmanlının nəzarətindən çıxan İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verildi. Bundan bir qədər əvvəl Səfəvi qoşunları Təbrizi Osmanlıdan geri almışdı. 1580-ci illərdə tərəflər arasındakı müharibədə Azərbaycan, demək olar ki, bütünlüklə (Talış bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının nəzarətinə keçmiş və bu, 1590-cı ildə İstanbul sülh müqaviləsi ilə təsbitlənmişdi.

İstinadlar

  1. «История Востока» (в 6 т.). Т.III «Восток на рубеже средневековья и нового времени. XVI—XVIII вв.» — Москва: издательская фирма «Восточная литература» РАН, 1999. ISBN 5-02-018102-1