Əliyar bəy Haşımbəyov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əliyar bəy Haşımbəyov
16 mart 1919 – Avqust 1919
ƏvvəlkiBəhram xan Naxçıvanski
SonrakıSəməd bəy Cəmillinski
26 iyun 1918 – 16 mart 1919
Əvvəlkivəzifə təsis olundu
SonrakıMəhəmməd bəy Şahmalıyev
Şəxsi məlumatlar
Doğum tarixi 8 mart 1856(1856-03-08)
Doğum yeri
Vəfat tarixi 29 may 1920(1920-05-29) (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Fəaliyyəti zabit
Hərbi xidmət
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü artilleriya[d]
Rütbəsi general-mayor

Təltifləri 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni

Əliyar bəy Haşımbəyov (8 mart 1856, Bakı29 may 1920, Nargin adası, Abşeron rayonu) — Rusiya imperator ordusunda general-mayor (6.12.1908),[1] Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu illərdə daxili işlər nazirinin müavini, Zaqatalanın 1-ci qubernatoru (1918–1919). Qars vilayəti qubernatorunun köməkçisi.[2]

Ailəsi XIX əsrin əvvəllərində Dərbənddən Bakıya köçmüşdür. 1856-cı il, 8 mart tarixində Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini ədadiyə (realnı) məktəbində alan Əliyar bəy 1871-ci ildə Tiflisdəki hərbi-piyada məktəbinə daxil olmuşdur.

Rus orudusunda xidməti

[redaktə | mənbəni redaktə et]

1918-ci ildən artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlamışdır. Hərbi xidmətinin otuzuncu ilində — 1908-ci il dekabrın 6-da general-mayor kimi yüksək rütbəyə layiq görülmüşdür. Həmin il Qars vilayətinin hərbi rəisi təyin olunmuşdur.

Birinci dünya müharibəsində

[redaktə | mənbəni redaktə et]

Əliyar bəy Birinci dünya müharibəsində üçüncü Qafqaz araba-kravan briqadasının komandiri olmuşdur. 1917-ci ildə istefaya çıxmışdır.

AXC dövründə xidməti

[redaktə | mənbəni redaktə et]

1918-ci ildə Əliyar bəy Azərbaycan Milli ordusunda könüllü xidmətə başlamış, bir müddət Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin müavini vəzifəsində işləmişdir. O, 1919-cu ildə Azərbaycan Xalq Cumhiriyyətinin Hərbi İndendant İdarəsinin rəisi vəzifəsində xidmət göstərmiş, 1919-cu ildə Zaqatala quberniyasının general-qubernatoru olmuşdur.

16 mart 1919-cu il tarixində Azərbaycan hökuməti tərəfindən alınan qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər. Hacı Mehdi Bağırov isə vəzifəsindən azad edilmiş sayıldı.[3]

Azərbaycanın 1920-ci il 28 aprel tarixində işğalından sonra təqib olunmuş, sovet hakimiyyətinin əsas cəza orqanlarından biri-XI ordunun Xüsusi şöbəsinin rəisi, cəllad Semyon Andreyeviç Pankratovun rəhbərlik etdiyi Fövqəladə Komissiya (FK-ÇK) tərəfindən həbs olunmuş, istintaq işgəncələrinə məruz qalaraq Azərbaycan Xalq Cumhuriyyətinin bir qrup xadimi sırasında respublika Ali İnqilabi Tribunalının (sədri Teymur Əliyev idi) hökmü ilə 1920-ci il mayın 29-da gecə saat 2-də Nargin adasında güllələnmişdi.[4][5]

Onun babası general Hacı Yusif xan Tahir bəy oğlu Yusifxanov Kürə nahiyəsinin hakimi, atası Mehdiqulu bəy Qərbi Tabasaran naibi olmuşdur.

Ordudakı qüsursuz xidmətinə görə aşağıda qeyd olunan orden və medallarla təltif edilmişdir:

  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.