Abbas Qarabaği

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abbas Qarabaği
Şəxsi məlumatlar
Doğum tarixi 1 noyabr 1918(1918-11-01)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 2000(2000-10-13) (82 yaşında) və ya 14 oktyabr 2000(2000-10-14) (82 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsi general
Təltifləri Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Fəxri Legion" ordeni komandoru "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abbas Mirzə Kərim xan oğlu Qarabaği (fars. عباس قره‌باغی‎; 1 noyabr 1918, Təbriz13 oktyabr 2000 və ya 14 oktyabr 2000, Paris) — İran Silahlı Qüvvələrinin sonuncu Baş Qərargah Rəisi, general.[1]

Əslən azərbaycanlıqarabağlı olan Abbas Qarabağı İran İslam İnqilabındakı roluna görə məşhurdur.

Abbas Mirzə Kərim xan oğlu 1918-ci ildə Təbriz şəhərinin Qarabağlı məhəlləsində anadan olmuşdur. Əslən Füzuli rayonunundandır. Təbriz şəhərində və Fransada hərbi məktəbdə oxumuşdur. 1953-cü ildə Fransa hüququna dair doktorluq dissertasiyası yazmışdır. Abbas Qarabaği 82 yaşında, 13 oktyabr 2000-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir.

Abbas Qarabağı 1938-ci ildə İran ordusunda xidmətə başlamışdır. Tədricən vəzifəsi və rütbəsi artırılan Abbas Qarabağı 1979-cu ilə qədər Jandarma komandanı olaraq xidmət etmişdir. 1979-cu ilin yanvar ayının 7-də isə Məhəmməd Rza Şah Pəhləvi tərəfindən İran ordusunun Baş Qərargah Rəisi, yəni faktiki ordunun baş komandanı təyin edilmişdi.

İran İslam inqilabında rolu

[redaktə | mənbəni redaktə et]

4 yanvar 1979-cu ildə şah onu İran ordusunun baş qərargahının rəisi təyin etmişdi. Şahın İranda olduğu müddətdə o, Şahı müdafiə etmişdir. Şah İranı tərk etdikdən sonra isə mülki hakimiyyətdə olan və Şapur Bəxtiyarın rəhbərlik etdiyi hökuməti dəstəkləmişdir. Küçələrdə toqquşmaların şiddətlənməsindən sonra 1979-cu ilin fevral ayının 11-də 22 generalla keçirdiyi iclasda ordunun bitərəfliyini elan etmişdir. Ona bu işdə gizli polis olan SAVAK-ın komandanı və azərbaycanlı olan Nasir Müqəddəm də dəstək olmuşdur. Bu, faktiki olaraq İslam İnqilabının dəstkənlənməsi demək idi.[2]

Abbas Qarabağinin məzarı.

Abbas Qarabaği şah devriləndən sonra 14 ay Tehranda gizlənmiş, sonra isə Fransaya mühacirət etmişdir.

Abbas Qarabaği iki kitab nəşr etdirmişdir:[3][4]

Haghayegh Darbareye Bohran-e Iran (İran böhranı haqqında faktlar), 1983,

Che Shod Ke Chonan Shod? (O niyə baş verdi ?), 1999

O, bu əsərlərində onun qərarı ilə ordunun bitərəfliyinin elan edilməsinin İran İslam inqilabının uğurla başa çatmasında əsas amil olduğunu bildirmişdir.

Əsərlərindən Şaha qarşı güclü loyallıq hissinin olduğu açıq-aşkar hiss edilir. O, əsərlərində hər şeyin günahkarı kimi Şahın hakimiyyəti altında sonuncu hökuməti formalaşdıran Şapur Bəxtiyarı göstərir. Abbas Qarabağinin bildirdiyinə görə, Şapur Bəxtiyarın hakimiyyəti zamanı orduda xaos yaranmışdı.

Abbas Qarabaği İranın yüksək mükafatları və Fransanın şərəf legionu ilə təltif edilmişdi.

  • General Abbas Gharabaghi memoirs — The Truth about the Crisis of Iran.
  1. Mark J. Roberts. Khomenei's incorporation of the Iranian military (PDF). Vaşinqton: National Defense University. 1996.
  2. "Bakhtiar quits after losing army backing" (İngiliscə). theguardian. 1979 12 fevral. 2020-03-04 tarixində arxivləşdirilib.
  3. Abbas Qarabaği. Haghayegh Darbareye Bohran-e Iran. 1983.
  4. Abbas Qarabaği. Che Shod Ke Chonan Shod?. 1999.