Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Aslan bəy Qardaşov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aslan bəy Qardaşov
Aslan bəy 1907-ci ildə
Aslan bəy 1907-ci ildə
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin əkinçilik və dövlət əmlakı naziri
bayraq2
14 mart 1919 – 22 dekabr 1919
ƏvvəlkiXosrov bəy Sultanov [1]
Sonrakıvəzifə ləğv olundu
7 dekabr 1918 – 27 aprel 1920
FraksiyaƏhrar fraksiyası
1 noyabr 1919 – 27 aprel 1920
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
Payız 1918 – 27 aprel 1920
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
27 may 1918 – 7 dekabr 1918
FraksiyaMüsavat və demokratik bitərəflər fraksiyası
23 fevral 1918 – 26 may 1918
FraksiyaMüsəlman fraksiyası
QrupMüsavat və demokratik bitərəflər qrupu
20 fevral 1907 – 3 iyun 1907
Seçki dairəsiDağıstan oblastı və Zaqatala dairəsi
Əvvəlkiyoxdur
Sonrakıİbrahim bəy Heydərov
Şəxsi məlumatlar
Doğum tarixi 1866
Doğum yeri
Vəfat tarixi bilinmir
Vəfat yeri
  • bilinmir
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Əli ağa Qardaşov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aslan bəy Əli ağa oğlu Qardaşov (az.-əski. آسلان بی قارداشوو‎; 1866, Çökəkoba, Zaqatala dairəsibilinmir, bilinmir) — Azərbaycan Xalq Cümhuriyyətinin əkinçilik və dövlət əmlakı naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar fraksiyasının sədri, Əhrar Partiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya SeymininZaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Rusiya imperiyası II Dövlət Dumasının üzvü.[2] Sovet hökumətinə qarşı qaldırılmış Zaqatala üsyanının liderlərindən biri.

Aslan bəy Qardaşov Dağıstan oblastı və Zaqatala dairəsindən bitərəf namizəd olaraq Rusiya imperiyası II Dövlət Dumasının üzvü, 27 may 1918-ci ildə isə Müsavat üzvü olaraq Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir. Aslan bəy Qardaşov Milli Şura üzvlüyündən birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Lakin o, burada yeni yaranmış Əhrar Partiyası üzvü olaraq fəaliyyət göstərmişdir.

O, Azərbaycan İstiqlal Bəyannaməsinin lehinə səs vermişdir. Aslan bəy Qardaşov I Yusifbəyli hökumətində Əhrar Partiyası adından əkinçilik və dövlət əmlakı naziri olmuşdur.

O, əvvəlcə Zaqatalanın Dağlılar Respublikasına[3], sonra Osmanlı İmperiyasına[4], daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinə[5] birləşdirilməsini dəstəkləmişdir. Lakin aprel işğalından sonra Gürcüstan Demokratik Respublikası ilə anlaşaraq Zaqatalanın Gürcüstana[3] birləşdirilməsini dəstəkləmişdir.

Aslan bəyin 21 iyul 1920-ci ildə güllələndiyi deyilsə də, Zaqatalada yaşayan qohumlarının məlumatına görə, üsyan yatırıldıqdan sonra o, əvvəl Gürcüstana, oradan da Türkiyəyə mühacirətə gedib.

Aslan bəy Əli ağa oğlu 1866-cı ildə Zaqatala dairəsinin Çökəkoba kəndində anadan olmuşdur. Əvvəlcə Zaqatala qəza məktəbində, daha sonra Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almışdır. İstanbul Universitetində təhsilini davam etdirmişdir. Daha sonra Zaqatalaya qayıdan Aslan bəy 1895-ci ildə Zaqatala dairəsinin Caromuxax bölgəsində katib işləmişdir.[6] 1900-cü ildən isə Zaqatala Dairə Həbsxana Mütəxəssisləri Şurasının direktoru olmuşdur.[7][8][9]

Aslan bəyin 21 iyul 1920-ci ildə güllələndiyi[10] deyilsə də, dəqiq məlumat yoxdur.

Zaqatalada yaşayan qohumlarının məlumatına görə, üsyan yatırıldıqdan sonra o, əvvəl Gürcüstana, oradan da Türkiyəyə mühacirətə gedib. O, 1934-cü ildə Zaqataladakı ailəsinə Türkiyədən məktub və şəkil göndərə bilib. Orada Aslan bəyin yeni ailə qurduğu məlum olub. Şəkildə yeni ailə qurduğu ikinci həyat yoldaşı ilə bərabər azyaşlı oğlunun da görüntüsü vardı.[5]

Məhəmməd Əmin Rəsulzadənin 1933-cü ilin martın 21-də Varşavada Azərbaycan Milli Mərkəzi ilə bağlı hazırladığı anketdə təşkilatın fəaliyyəti haqqında məlumatlar yazılmışdır. Eyni zamanda, anketdə Azərbaycan Milli Mərkəzinin Əlimərdan bəy Topçubaşova və hazırda Türkiyədə yaşayan yaşlı və əlil vəziyyətdə olan Aslan bəy Qardaşova kömək etdiyi qeyd edilmişdir.[11]

Bundan başqa Məhəmməd Əmin Rəsulzadənin 1937-ci ilin iyulun 22-də Varşavada Polşa Məxfi İdarəsi üçün hazırladığı Azərbaycanın mühacirətdəki tanınmış xadimləri siyahısında Aslan bəy Qardaşovun da 14-cü sırada adı yazılmışdır.[12]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Rusiya imperiyası II Dövlət Dumasının üzvləri: oturanlardan soldan 1-ci Aslan bəy Qardaşov

Rusiya imperiyası və keçid dövrü

[redaktə | mənbəni redaktə et]

Aslan bəy Qardaşov Dağıstan oblastı və Zaqatala dairəsindən bitərəf namizəd olaraq Rusiya imperiyası II Dövlət Dumasının üzvü seçilmişdir.[2] Rusiya imperiyası II Dövlət Duması üzvlərinə həsr olunmuş məlumat kitabçasında haqqında belə yazılmışdır:[2]

" Qardaşov, Aslan bəy Əliağa oğlu.

Solçu

Tatar. Kəndli təbəqəsindən seçilib. Orta təhsillidir. Müəllimdir.

"

Aslan bəy Qardaşov əvvəlcə Zaqatala dairəsinin Dağıstana birləşdirilməsi tərəfdarı olmuşdur.[3]

Aslan bəy Qardaşov 23 fevral tarixində təşkil olunan Zaqafqaziya Seyminin tərkibinə daxil edilmişdir.[13][14] O burada Müsavat və demokratik bitərəflər qrupunun və Müsəlman fraksiyasının üzvü olmuşdur.[15][16]

27 may 1918-ci ildə isə Müsavat üzvü olaraq Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir. O, Azərbaycan İstiqlal Bəyannaməsinin lehinə səs vermişdir.[17][18]

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının iclaslarında iştirak edən Aslan bəy Qardaşov Zaqatala dairəsinin Azərbaycanın bir parçası olmayacağını vurğulamışdır.

17 iyun 1918 tarixli Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının iclasında Aslan bəy Qardaşov belə demişdir:[4]

" Zaqatala dairəsi Türkiyəyə qatılmaq istəyir və buna görə mənim burda olmağımı Azərbaycanın ərazisinə qoşulma istəyi olaraq qiymətləndirməməyinizi xahiş edirəm. "

Lakin Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin oradakı əsas idarəetməni Zaqatala İcraiyyə Komitəsinə verməsi və iqtisadi vədlər Aslan bəy Qardaşovun fikrini dəyişdirir. 28 iyun 1918-ci ildə Zaqatala Milli Şurası Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə muxtar ərazi olaraq onun subyekti olmaq istədikləri barədə teleqraf göndərir. 2 gün sonra, 30 iyun 1918-ci ildə II Xoyski hökuməti Zaqatala dairəsinin özünün ərazi subyekti olduğunu elan edir. Zaqatala dairəsinin Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsini Aslan bəy Qardaşov və Bayram Niyazı Kiçikxanov belə izah edirdi:

" Bölgənin müsəlman əhalisinin 95% olması Zaqatala okruqunun Gürcüstana birləşməsinn qarşısındakı əsas maneədir. Dağıstana gəldikdə bura ilə aramızda keçilməyən dağlar var. Zaqatala okruqu, mədəniyyət, iqtisadiyyat, həyat tərzi, din, sənaye və dil baxımından eyni mənşəli Azərbaycanla daha yaxındır. Bizim üçün sənaye malları və materialları yalnız Azərbaycandan əldə edilə bilər. Buna görə də, Azərbaycanla birləşmə Zaqatala okruqu əhalisinin məqsədləri və üstünlüklərinə cavab verirdi. Bütün bunlar da Okruq Milli Şurası tərəfindən nəzərə alındı. Bölgəmizlə mərkəz arasındakı əlaqəni möhkəmləndirmək üçün Zaqatala rayon mərkəzini Yelizavetpol şəhərinə bir avtomobil yolu və ya dəmir yolu ilə birləşdirmək istəyirik.
Zaqatala Milli Şurasının sədri Nurula Qazızadə və katibi Bayram Niyazi Kiçikxanov
"

Aslan bəy həmçinin Əhrar fraksiyasının fəal təmsilçisi kimi parlament iclaslarında fəal iştirak etmiş, əsasən hökumətin iqtisadi sahədəki fəaliyyətinə qarşı tənqidi mövqe tutmuşdur.[19]

Aslan bəy Qardaşov I Yusifbəyli hökumətində 14 mart 1919-cu tarixində Əhrar Partiyası adından əkinçilik və dövlət əmlakı naziri təyin olundu.[13][20]

Parlamentin 17 aprel 1919 tarixli sayca 30-cu iclasında Əhrar fraksiyası sədri Abdulla bəy Əfəndizadə tərəfindən göndərilən fraksiyanın bəyannaməsində hökumətin işinin axsamaması üçün Aslan bəy Qardaşovun iştirakına etiraz olmadığı elan olunmuşdur.[21]

II Yusifbəyli hökumətində Aslan bəy Qardaşov özü iştirak etməsə də, Əhrar Partiyasının üzvü Rəşid xan Qaplanov maliyyə naziri təyin edilmişdir. Lakin 1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov Əhrar fraksiyası adından fraksiyanın koalisiyadan çıxdığını və öz nümayəndələrini hökumətdən geri çağırdığını bəyan etmişdir.[22]

Nazir Aslan bəy Qardaşov

Aslan bəy Qardaşov Milli Şura üzvlüyündən birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Lakin o, burada yeni yaranmış Əhrar Partiyası üzvü olaraq fəaliyyət göstərmişdir.[5][23] O, Nuxa dairəsinin vəkili idi.[24]

Aslan bəy Qardaşov 1918-ci il dekabrın 25-də parlamentin açılışı ilə bağlı qəbul ediləcək əfv qərarı üçün yaradılmış "Əfvi-ümumi" müvəqqəti komissiyasının üzvü olmuşdur.[25] O həmçinin müdafiə[26], məmləkətin məhsulatını hüsn istifadə[27], maliyyə və büdcə[28], qanun layihəsi komissiyalarının[28] üzvü olmuşdur. Daha sonra qanun layihəsi komissiyasından ayrılmış, onun yerinə bu komissiyaya Abdulla bəy Əfəndizadə seçilmişdir.[29]

Parlamentin 24 aprel 1919 tarixli iclasında torpaq komissiyası yenidən təşkil olunmuşdur. Seçkilərdə Cavad bəy Məlik-Yeqanov 36, Heybətqulu Məmmədbəyov 32, Məhəmməd Əmin Rəsulzadə 30, Aslan bəy Qardaşov 28, Əliheydər Qarayev 27, Qərib Kərimoğlu 26, Aleksandr Ter-Azaryan da 26 səslə torpaq komissiyasının üzvü seçilmişdir. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə seçilmiş üzvlər həm də fəhlə komissiyasının üzvləri seçilmişdir.

Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beçinci iclasında nizamnamə,[30] parlamentin 19 fevral 1920 tarixli sayca yüz iyirmi altıncı iclasında isə mərkəzi seçki komissiyasının üzvü seçilmişdir.[31] Aslan bəy Qardaşov Əli Bayramov qətlinin araşdırılması üçün yaradılan Əli Bayramovun qətli istintaqı üzərində nəzarət üçün xüsusi komissiyanın da üzvü olmuşdur.[32]

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti üçün məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya 1919-cu ilin fevral ayının 11-də Ədliyyə Nazirliyi nəzdində yaradılmışdı. Komissiyaya ədliyyə naziri (sədr), əkinçilik nazirinin müavini, hüquq məsləhətçisi, ədliyyə nazirliyi dəftərxanasının sədri, Azərbaycan Məhkəmə Palatasının böyük sədri və prokuroru, palatanın 2 üzvü, palata prokurorunun müavini, Dairə Məhkəməsinin prokuroru, 3 vəkil və komissya sədrinin dəvət etdiyi digər şəxslər daxil idi. Zaqatala mahalı sakinlərinin quraltayı Zaqatala barışıq şöbəsini ləğv etmiş, keçmiş Qafqaz canişini dəftərxanasının hərbi idarəsinə tabe olan xalq məhkəmələri deyilən məhkəmələr də fəaliyyətlərini dayandırmışdı. Qurultayın qərarına əsasən şəriət məhkəmə sistemi tətbiq olunmuşdu. Mahalda ədalət məhkəməsi ilə bağlı yaranmış vəziyyəti aydınlaşdırmaq üçün parlamentin Zaqataladan olan deputatları — Aslan bəy Qardaşov, Bayram Niyazi KiçikxanlıAbdulla bəy Əfəndiyev komissiyasya dəvət edilmişdilər. Ətraflı müzakirədən sonra komissiya bütün məsələləri yerində aydmlaşdırmaqdan ötrü nümayəndələr göndərmək barədə qərar qəbul etmişdi. Daha sonra isə komissiya qəzada məhkəmə fəaliyyətini bərpa etdi.[33]

Aslan bəy Əhrar fraksiyasının rəhbərlərindən biri sayılırdı. Parlamentin 1 noyabr 1919 tarixli sayca doxsan birinci iclasında fraksiya sədri Abdulla bəy Əfəndizadə Əhrardan istefa verərək özünü sol bitərəf elan etdi. Beləliklə fraksiyanın tək sədri rəsmi olaraq Aslan bəy oldu.

1920-ci ilin mart ayının 30-da Nəsib bəy Yusifbəylinin istefasından sonra, yeni hökumətin təşkil olunması tapşırılmış Məmmədhəsən Hacınskinin başçılığı ilə Məhəmməd Əmin Rəsulzadə, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski, Aslan bəy Qardaşov, Səməd ağa Ağamalıoğludan ibarət xüsusi komissiya yaradıldı. Məmmədhəsən Hacınski kommunistlərlə danışıqlar apardı.[34]

Aslan bəy 1920-ci il aprelin 27-də hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında ultimatumu müzakirə etmək üçün palamentdə yaradılmış komissiyaya daxil olmuş və müzakirə zamanı hakimiyyətin bolşeviklərə təhvil vermək təklifini müdafiə etmişdir.[35][22]

7 may 1920-ci ildə Gürcüstan Müəssislər Məclisinin üzvü Uratadze və RSFSR xarici işlər komissar müavini Lev Karahan arasında dostluq haqqında anlaşma imzalandı. Bu razılaşmaya əsasən RSFSR Gürcüstan dövlətinin müstəqilliyini şərtsiz tanıdığını bildirirdi. Bu razılaşmanın dördüncü maddəsinə görə, Sovet Rusiyası Zaqatala dairəsini Gürcüstanın bir hissəsi olaraq tanıdığını bildirir.[36] Orconikidze və digər bolşeviklər Zaqatala dairəsini idarəsini Azərbaycana təhvil vermək üçün müqavilə imzaladıqdan dərhal sonra ərazi məsələsində Azərbaycana dəstək verir. Nəticə olaraq, kommunistlərin təzyiqi altında RSFSRGürcüstan, 7 maydakı sülh müqaviləsinə əlavə bir razılaşmanı 12 may 1920-ci ildə imzalayırlar:

" Zaqatala bölgəsində Gürcüstan ilə Azərbaycan arasındakı sərhəddəki ixtilaflı bölgələr haqqında yekun qərar RSFSR nümayəndəsi tərəfindən başçılıq edilən, Azərbaycan və Gürcüstan hökumətinin bərabər sayda nümayəndəsinin formalaşdırılan qarışıq bir komissiya tərəfindən veriləcəkdir "

1920-ci ilin iyununda Gürcüstan Müəssislər Məclisinin üzvləri Zaqatala dairəsində sovet hakimiyyətinə qarşı təşviqatı gücləndirmişdilər. Onlar əhali arasında Zaqatala dairəsininin Gürcüstana verilmədiyi halda Gürcüstanın zor gücü tətbiq edəcəyi şayiəsini yaymışdırlar.[37] Həmin dövrdə Aslan bəy Tiflisdəki "Azərbaycanın Qurtuluşu" Cəmiyyəti ilə sıx əlaqələr saxlayaraq üsyanın təşkilinə rəhbərlik etmişdir.[38] Zaqatalada üsyan 1920-ci il iyunun 6-da Gürcüstanın Azərbaycana müharibə elan etməsi bəhanəsi ilə başlamışdır. Könüllü partizan dəstələri yaradılmışdı. Sovet qoşunları bəzi ərazilərdə geri çəkilməyə başlayır. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar və onlara qoşulmuş Azərbaycan qoşunlarının qarovul batalyonunun bütün zabitləri iyunun 9-da Zaqatala qalasını, teleqrafı tutdular və inqilab komitəsinin üzvlərini, sovet işçiləri həbs etməyə başladılar.[5] Zaqatala dairəsini faktiki idarə edən Əhrar Partiyası lideri Aslan bəy Qardaşov Sovet hökumətini tanımadığını elan edərək Gürcüstanla danışıqlar aparmağa başlayır. Beləcə, Zaqatala Milli Şurası Gürcüstana birləşmək haqqında saziş imzalayır. Müqaviləni imzalayan şəxslər Molla Məhəmməd Dibirov, Müslüm Rəcəbov və Hafiz Əfəndiyev olmuşdu. Bu razılaşma, müəyyən şərtlər altında və geniş muxtariyyət verilməsi ilə birlikdə Zaqatala dairəsinin Gürcüstan Demokratik Respublikasına daxil edilməsi ilə nəticələnmişdir.[3]

Sovet hökuməti Zaqataladakı üsyanı da digər üsyanlarda olduğu kimi amansızlıqla yatırdı. Sovet qüvvələri əhalinin tərk-silah etməyə başladı. Üsyançılardan 6 mindən çox xarici və rus tüfəngi, karabini, berdankası, 8 pulemyot və böyük miqdarda tapança, müxtəlif pistolet və digər döyüş sursatı alındı.[39]

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aslan bəy Qardaşov uzun müddət bitərəf siyasətçi olaraq fəaliyyət göstərmişdir. 1917-ci ildə o, Müsavat Partiyasına üzv olmuşdur.[5] 1918-ci ilin payızında isə yeni yaradılan Əhrar Partiyasının sədri seçilmişdir.[5]

Aslan bəy Əhrar Partiyasını həm hökumətdə, həm parlamentdə təmsil etmişdir. 1919-cu ilin yarısından eyniadlı fraksiyanın sədri olmuşdur.

Əhrar Partiyası platforması baxımından liberal partiya idi və kəndli hüquqlarını dəstəkləyirdi. Bu baxımdan sədr Aslan bəyin əkinçilik naziri təyin olunması təsadüfi deyildi. Aprel işğalından sonra Əhrar Partiyası fəaliyyətini dayandırmışdır.[40]

  1. Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
  2. Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. səh. 504.
  3. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil nəşriyyatı. 2014.
  4. R.A.Vəkilov. ИСТОРИЯ ВОЗНИКНОВЕНИЯ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ (PDF). Bakı: Elm nəşriyyatı. 1998.
  5. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. Elmira Tağıyeva. 1998. səh. 976.
  6. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.
  7. Əliyev M. Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti — 1918–1920. Bakı. 1990.
  8. Azərbaycan Milli Arxiv İdarəsi. Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il (500 nüs.). Bakı: Adiloğlu. 2006.
  9. Хапизов, Шахбан, С. М. Галбацев. Аварский Цор (Закатальский округ) в XVIII – первой половине XX в. 2016.
  10. Кавказский календарь на 1895 год. Tiflis. Главное управление главноначальствующего гражданскою частью на Кавказе, Кавказский статистический комитет. 1894.
  11. Кавказский календарь на 1900 год. Главное управление главноначальствующего гражданскою частью на Кавказе, Кавказский статистический комитет. 1899.
  12. Кавказский календарь на 1905 год. Tiflis. Главное управление главноначальствующего гражданскою частью на Кавказе, Кавказский статистический комитет. 1904.
  13. Кавказский календарь на 1910 год. Главное управление главноначальствующего гражданскою частью на Кавказе, Кавказский статистический комитет. 1909.
  14. М. М. Боиович. Члены Государственной думы: портреты и биографии. Второй созыв, 1907–1912 г. Moskva. Главное управление главноначальствующего гражданскою частью на Кавказе, Кавказский статистический комитет. 1907.
  15. 7 Из истории Азербайджанской эмиграции. Сборник документов, произведений. Moskva. S. M. İsxakov. 2011.
  16. Zaqafqaziya Seyminin müsəlman fraksiyası // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 456. ISBN 9952-417-44-4.
  17. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 137. ISBN 9952-417-14-2.
  18. Məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 184. ISBN 9952-417-44-4.
  19. VI hökumət // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 41. ISBN 9952-417-14-2.
  20. Əhrar Partiyası // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 356. ISBN 9952-417-14-2.
  1. Vəkilov, 1998. səh. 35
  2. 1 2 3 Боиович, 1907. səh. 454
  3. 1 2 3 4 ""Zaqatala problemi" – Dağıstan, Gürcüstan və Azərbaycan üçbucağında". 2021-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-05.
  4. 1 2 Хапизов, Шахбан, С. М. Галбацев, 2016. səh. 150
  5. 1 2 3 4 5 6 Cümhuriyyət Qurucuları, 2018. səh. 265-370
  6. Кавказский календарь на 1895 год, 1894. səh. 165
  7. Кавказский календарь на 1910 год, 1909. səh. 420
  8. Кавказский календарь на 1900 год, 1899. səh. 224
  9. Кавказский календарь на 1905 год, 1904. səh. 254
  10. "Aslan bəy Qardaşov". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-03.
  11. İsxakov, 2011. səh. 61
  12. İsxakov, 2011. səh. 254
  13. 1 2 "Biographies Bank. Aslan bəy Qardaşov". 2012-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-12.
  14. "AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – ŞƏRQDƏ İLK PARLAMENTLİ RESPUBLİKA" [Azerbaijan Democratic Republic – First Republic in the East]. 2012-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-12.
  15. Mahmudov, 2004. səh. 456
  16. "Azərbaycan Milli Şurası". 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
  17. "Azərbaycan Parlamentinin tərkibi" [The factions in the Azerbaijani Parliament]. 2011-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-12.
  18. "Qrandükün sarayı". jurnal.meclis.gov.az. meclis.gov.az. 1 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
  19. "Azərbaycan Parlamentinin tərkibi (1919–1920)". 2019-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
  20. "II Yusifbəyli hökuməti". 2017-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-03.
  21. Tağıyeva, 1998a. səh. 201
  22. 1 2 Mahmudov, 2004. səh. 137
  23. "Parlament və onun tərkibi". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
  24. Tağıyeva, 1998a. səh. 277
  25. Tağıyeva, 1998a. səh. 21
  26. Tağıyeva, 1998a. səh. 78
  27. Tağıyeva, 1998a. səh. 132
  28. 1 2 Tağıyeva, 1998a. səh. 160
  29. Tağıyeva, 1998a. səh. 210
  30. Tağıyeva, 1998b. səh. 559
  31. Tağıyeva, 1998b. səh. 560
  32. Tağıyeva, 1998b. səh. 712
  33. Mahmudov, 2004. səh. 184
  34. Mahmudov, 2004. səh. 41
  35. Nigar Afandiyeva Maxwell. "Last Parliament Session. Before the Bolsheviks Came-1920". 7 (3). Azerbaijan International. Autumn 1999. 20–21. 2011-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-12.
  36. Gachechiladze, Revaz (2014), The New Georgia: Space, Society, Politics, Rotledge, Londra p32
  37. Rusiya Dövlət Hərbi Arxivi, f. 4, s. 2, i. 5/s., v. 31–32.
  38. "Аслан бек Алиевич Кардашев (Чапаразул Асланбек)". 2013-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
  39. Rusiya Dövlət Hərbi Arxivi, f. 4, s. 2, i. 5/s., v. 6.
  40. Mahmudov, 2004. səh. 356

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]