Fridrix fon Hayek

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fridrix fon Hayek
alm. Friedrich August Hayek
Doğum tarixi 8 may 1899(1899-05-08)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 23 mart 1992(1992-03-23)[2][4][…] (92 yaşında)
Vəfat yeri
Elm sahələri iqtisadiyyat[1], fəlsəfə, siyasi fəlsəfə, liberalizm[1], Sosial fəlsəfə[1], koqnitiv elm[1]
Elmi dərəcələri
İş yerləri
Təhsili
Elmi rəhbərləri Lüdviq fon Mizes, Fridrix fon Vizer
Üzvlüyü
Mükafatları Pour le Mérite Prezidentin "Azadlıq" medalı Austrian Decoration for Science and Art Order of Merit of Baden-Württemberg İncəsənət və elm sahəsində Pour le Mérite ordeni İqtisadiyyat üzrə Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fridrix fon Hayek (ing. Friedrich August von Hayek; 8 may 1899[2][3][…], Vyana, Avstriya-Macarıstan[6]23 mart 1992[2][4][…], Frayburq-im-Braysqau[7][8]) — Avstriya iqtisad məktəbinin yetirməsi olan iqtisadçı və siyasətçi. Bazar iqtisadiyyatını XX əsrin ortalarından etibarən yüksələn sosialist hərəkatına qarşı müdafiə etməklə məşhurlaşmışdır. Eyni zamanda hüquqepistemologiyaya da önəmli xidmətləri olmuşdur. 1974-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını zidd düşüncəyə sahib olduğu Qunnar Myurdalla bölüşdü.

Təbiət üzrə elm xadimlərinin çoxluq təşkil etdiyi bir ailədə böyüməsinə baxmayaraq topçu zabiti olaraq iştirak etdiyi Birinci Dünya Müharibəsindən sonra sosial elmlərə istiqamətlənmişdir. Vyana Universitetində 1921-ci ildə hüquq, 1923-cü ildə isə siyasi elm üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. 1924-cü ildə ABŞ-dən geri döndükdən sonra sosializmə meyllənərkən Ludviq fon Misesin kitabından təsirlənmiş və düşüncəsini dəyişdirmişdir. Bundan sonra liberal fəlsəfəni iqtisadiyyat, siyasət və başqa sahələrdə uğurla müdafiə etmişdir.

Hayek bazar iqtisadiyyatının fəlsəfi müdafiəçilərindəndi. Avstriya iqtisadiyyat məktəbinin XX əsrdəki ən önəmli yetirmələrindəndir. Mərkəzləşdirilmiş planlamanın insanların azadlıqlarını və tələblərini məhdudlaşdıracağı düşüncəsini vurğulamış, plüralizm və iqtisadi subyektivizmi müdafiə etmişdir.

Hayekin fikrincə iqtisadi qərar vermə haqqı şəxsiyyətlərdən, onların dəyərlərindən, məqsədlərindən azad deyildir və qərar vermə haqları informasiyaya sahib olan şəxsiyyətlərdə olmalıdır. Rəqabətli bir bazarda qiymətlər, insanların fərqli əmtəə və xidmətlərə qoyduqları nisbi dəyərləri müəyyənləşdirməkdə, şəxsiyyətlər də bunlara baxıb istək və ehtiyaclarını ən yaxşı şəkildə necə qarşılayacaqlarına və hətta o istək və ehtiyacların nələr olduğuna qərar verməkdədirlər.

Hayek iqtisadiyyatdan başqa informasiya, hüquq, siyasət nəzəriyyəsi, elm fəlsəfəsi və idrak psixologiyası kimi sahələrdə də tədqiqatlar aparmışdır.

  • 1944 — Köləlik yolu.
  • 1945 — Bilginin toplumda istifadəsi.
  • 1952 — Hissiyat nizamı.
  • 1960 — Azadlığın konstitusiyası.
  • 1979 — Qanun, qanunvericilik və azadlıq.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]