Ləj
Ləj | |
---|---|
38°45′34″ şm. e. 48°47′33″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1821 (2012) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4016 |
Ləj — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.
25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ləj kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Ləj kəndi və həmçinin XX əsrin ortalarından yaşayış məntəqələrinə çevrilmiş digər qonşu ərazilər (Haftoni, Talışlı (Karpoviç), Hacıkənd), İstisu (Qamo)) Karpoviç adlı, millətcə polyak və yaxud yəhudi olan şəxsə məxsus imiş. Rusiya imperiyasında baş verən 1905–1907-ci il inqilabından sonra ölkədə olan gərginliyi nəzərə alaraq, Karpoviç 1910-cu ildə ona məxsus əraziləri lənkəranlı zədəgan Hacı İsaya satır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Hacı İsanın bütün əmlakı müsadirə olunmaqla sürgün edilir. Ləj kəndinin şimal-qərbindəki, ərazi "Hacı İsa poyn (vırə)" (talış dilindən tərcüməsi Hacı İsa yeri), kəndin şimal-şərqindəki ərazi isə "Bızəyjobə" adlanır.[2][3] Ləj sözünün mənşəyi talış dilindən azərbaycan dilinə "bataqlıq" və ya "çökəklik" kimi tərcümə olunur. "Bızəyjobə" sözünün mənası "Buzeyirlilərin obası" deməkdir. Kəndin tarixindən də bəlli olduğu kimi burada məskunlaşmış bir sıra tayfalar məhz Lerik rayonunun Buzeyir (aborigen talışların dilində "Bızəy") kəndindən köçmüşlər.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Haqqında danışılan kəndin tarixi qədim olmasa da kəndə köç etmiş tayfaların özünə məxsusluğu vardır. Kənd əhalisi əvvəllər həsir toxuma və xalçaçılıq, həmçinin müxtəlif sənət növlərinə önəm vermişlər.
XX əsrin sonlarında kəndin mədəniyyəti yüksəliş dövrünə başlamışdır. Belə ki, gənclər təhsilə və maariflənməyə üstünlük vermişlər. I Qarabağ müharibəsi illərində kəndin qəhrəman oğlulları vətənin müdafiəsinə yollanmış və igidlik göstərmişlər. Sonrakı dövrdə kəndin mədəni və iqtisadi həyatı inkişaf etmişdir. Gənc nəsil həmişə bu insanların məsləhətlərini və tövsiyələrini yerinə yetirirlər. İnanırıq ki, kənd Respublikanın həyatında özünəməxsus yerini tutacaqdır.[mənbə göstərin]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Ətraf kəndlərə nisbətən dərin çökəklikdə yerləşir. Su yerin səthindən 1.5–2.0 m dərinlikdən çıxır. Ləjin cənub-qərb və şimal-qərb hissəsi meşə zolaqları ilə əhatə olunub. Kənddən avtomobil çıxış yolu qərb tərəfində axan Ləkər çayının (talışca "Ləkəvu" vəya "Ləkəyu", dialektdən asılı olaraq) üstündə yerləşən körpü vasitəsi ilə Haftoni qəsəbəsi ilə birləşir. Cənub tərəfdən Şağlaküçə və Kərgəlan kəndlərinin ərazisi ilə sərhəddir.Ləj kəndində anadan olmuş tanınmış yazıçı-publisist,tədqiqatçı-tarixçi,jurnalist Aqşin Əliyev öz doğma kəndi haqda ilk dəfə olaraq "Bataqlıqdan Başlayan Həyat və ya Ləj kəndinin tarixi" adlı kitabını 2017-ci ildə yazmışdır.[mənbə göstərin]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalinin əksəriyyətini Lerik rayonunun Bıləband, Büzeyir, Hoveri, Mistan, Mondigah, Nısli, Pirasar, Rəzgov və Lənkəran rayonunun Tüədo, Cil, Girdəni kəndlərindən köç etmiş talış tayfaları təşkil edir.[mənbə göstərin] 1 yanvar 2012-ci il tarixinə kənddə 465 təsərrüfat və 1.821 nəfər əhali vardır.[4]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]1990-cu ilə qədər Haftoni qəsəbəsi ilə birlikdə "Lənkəran" çay sovxozunu təşkil etmişdir. 1990-cı ildə "Ləj" çayçılıq sovxozu təşkil olunmuş və bir-neçə ildən sonra fəaliyyətini dayandırmışdır. Azərbaycanda keçirilən torpaq islahatından sonra "Ləj" çay sovxozunun ərazisi çay plantasiyaları ilə bir yerdə yerli əhali arasında bölünmüşdür. Həmin dövrdə, çay bitkisinə qulluq etmək üçün fərdi təsərrüfatçıların lazımi maddi-texniki bazası olmadığı və həmçinin ölkəyə xaricdən (əsasən İran) gələn ucuz çay məhsullarının mədaxili, habelə ölkədə çörək qıtlığı ucbatından, əhali çoxillik çay kollarını kökündən çıxararaq yerində əsasən taxıl məhsulları əkməyə məcbur olmuşlar.
Hazırda kənddə 300-dən çox təsərrüfat vardır. Əhali əsasən maldarlıq, tərəvəzçilik və meyvəçiliklə məşğul olur. Kənd bütün növ kommunikasiya xətlərindən istifadə edir.[mənbə göstərin]
Tanınmış şəxsiyyətlər
[redaktə | mənbəni redaktə et]- Aqşin Əliyev - Akademik və Tarixçi.Azərbaycan şairi və publisist. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı,"Qızıl çələng" və Turan mükafatları laureatı.
- Ümidvar Vəliyev — Ləj bələdiyyəsinin ilk sədri.
- Etibar Vəliyev — Azərbaycan şairi və publisisti, Prezident təqaüdçüsü. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı.
- Əsgər Əliyev — Azərbaycanın Milli Qəhrəmanı.
- Natiq Aslanov — Qarabağ müharibəsi şəhidi. Ləj kənd orta məktəbi onun adını daşıyır.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu" (az.). az.president.az. 23 dekabr 2011, 20:40. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
- ↑ Yaxın və uzaq keçmişimizdən[ölü keçid]
- ↑ [1][ölü keçid]
- ↑ Lənkəran Şəhər İcra Hakimiyyəti: Xəbərlər: İcra Başçısının Ləj kəndində səyyar qəbul-görüşü keçirildi Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine---yayınlanma tarixi: 2012–12-27
- ↑ [2][ölü keçid]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aqşin Əliyev. Bataqlıqdan Başlayan Həyat və ya Ləj kəndinin tarixi.https://www.kitabxana.net/e-library.php?cate=176. Bakı: "Em və Təhsil". 2017.
- Aqşin Əliyev. Haftoni - Qəlbimdək Yeddi Bulaq (PDF). Bakı: "Elm və Təhsil". 2018.