Moderatus (Qadesli)
Naviqasiyaya keç
Axtarışa keç
Moderatus | |
---|---|
Doğum tarixi | 50 |
Doğum yeri | |
Vəfat tarixi | 100 |
Fəaliyyəti | filosof |
Qadesli Moderatus (yun. Μοδέρατος, m. I yüzilliyin ikinci yarısı) — Roma filosofu, yeni-pifaqorçular məktəbinin təmsilçisi.
Təlimi
[redaktə | vikimətni redaktə et]O yeni-platonçu Plotinin ifadə etdiyi Üçlük haqqında fikirlərinin əsasını qoymuşdur. Belə ki, Moderatusa görə bütün varlıq birdir və üç hissədən ibarətdir. Birincisi hər şeydən yüksək olan Vahiddir. İkincisi ideyalar toplusu və həqiqi varlıq olan Əqldir ki, onu düşüncə ilə qavramaq mümkündür. Üçüncüsü isə Ruhdur ki, o birinci və ikinci hissənin sayəsində mövcud olur. Eyni zamanda, Moderatus Pifaqor fəlsəfəsinə üstünlük verərək hesab edirdi ki, Platon, Aristotel və digər filosoflar onun fikirlərini mənimsəmişdirlər. Bunu edərək, onlar bütün mənfilikləri və qüsurları pifaqorçulara aid edərək onu gözdən salmışdırlar.[1]
Mənbə
[redaktə | vikimətni redaktə et]- Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 243. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 243. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
- Kahn С. H. Pythagoras and the Pythagoreans. Indianapolis: Hackett Publishing, 2001, p. 105—110.
- Античная философия: энциклопедический словарь. Под ред. М. А. Солоповой. М.: Прогресс-Традиция, 2008.- C.494-495.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Модерат // Античная философия: энциклопедический словарь Arxivləşdirilib 2016-10-09 at the Wayback Machine / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция, 2008.