Zal Məmmədov
Naviqasiyaya keç
Axtarışa keç
Zal Məmmədov | |
---|---|
Zal Məşədi Cavad oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Rusiya imperiyası |
Vəfat tarixi | (70 yaşında) |
Zal Məmmədov (tam adı: Zal Məşədi Cavad oğlu Məmmədov; d.1898, Şuşa - ö.1969) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Yelizavetpol kişi gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Drezden Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına tehsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında təhsilini bitirməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.