Nəriman bəy Nərimanbəyli

Vikipediya, azad ensiklopediya
Dr.Wiki54 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 10:44, 13 iyun 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Nəriman bəy Nərimanbəyli
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət nəzarəti naziri
bayraq2
14 mart 1919 – 22 dekabr 1919
ƏvvəlkiƏliağa Həsənov
SonrakıHeybətqulu Məmmədbəyov [1]
7 dekabr 1918 – 27 aprel 1920
FraksiyaMüsavat və bitərəflər fraksiyasının üzvü
27 may 1918 – 7 dekabr 1918
FraksiyaMüsavat və bitərəflər fraksiyasının üzvü
23 fevral 1918 – 26 may 1918
FraksiyaMüsəlman fraksiyası
QrupMüsavat və demokratik bitərəflər qrupu
Şəxsi məlumatlar
Doğum tarixi 1889
Doğum yeri
Vəfat tarixi 1937
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti vəkil, siyasətçi
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəriman bəy Həşim bəy oğlu Nərimanbəyli[2] və ya Nəriman bəy Nərimanbəyov (1889, Şuşa1937, Solovki Əsir Düşərgəsi) — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya SeymininZaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Müsavat Partiyasının üzvü.

Nəriman bəy Nərimanbəylilin pul kisəsi

Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Ailəsi İrəvana köçdüyü üçün orta təhsilini İrəvan gimnaziyasında almış, 1908-ci ildə məzun olmuşdur.[3] Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində oxumuşdur.[4] 1915-ci ildə ali təhsilini başa vuraraq Azərbaycana qayıdan Nəriman bəy burada vəkil olaraq çalışmışdır.[5]

Aprel işğalından sonra Nəriman bəy təqiblərə məruz qalmışdır.

Nəriman bəy Nərimanbəyli ilk dəfə 1923-cü ilin iyunun 21-də həbs edilmişdir. O, Azərbaycan Fövqəladə Komissiyasının 390 saylı orderi əsasında (483 saylı əmrlə) həbsdən azad olunmuşdur. Bu həbsində müstəntiqlər ondan daha çox Müsavat Partiyası və Müsavatla əlaqələri haqqında məlumatlar almağa çalışırdı.[6]

O, 1923-cü ilin oktyabrın 5-də Fövqəladə Komissiyanın 397 saylı orderi əsasında yenidən həbs olunmuşdur. Həbs anketində Zeynəb adlı həyat yoldaşının (25 yaş) olduğu da qeyd edilmişdir. Budəfəki həbsdə də ondan Müsavat və bu partiyanın fəalları haqqında sorğu-sual etdilər.[6]

Həbsxana həyatının çətinliyi səbəbi ilə Nəriman bəy Azərbaycan Fövqəladə Komissiyasının sədri Mircəfər Bağırova məktub yazıb görüş istəmişdir. Bu görüşdən sonra Nəriman bəy sovet istintaq orqanları ilə əməkdaşlığa razılıq sənədinə imza ataraq sərbəst buraxıldı.[6]

Nəriman bəy Nərimanbəyli 1925-ci ilin mayında üçüncü dəfə həbs olundu. Bu onun istintaq orqanları ilə əməkdaşlıqdan uzaqlaşdığına işarə edir. Nəriman bəy Nərimanbəyli 1925-ci ilin iyunun 10-da "Bakı şəhərindən kənara çıxmamaq haqqında" sənədə qol çəkdikdən sonra növbəti dəfə həbsdən azad edilmişdir.[6]

Daha sonralar da Nəriman bəyin hüquqları məhdudlaşdırıldı, seçici hüququndan məhrum edildi, işdən uzaqlaşdırıldı.

1937-ci il repressiyaları zamanı Nəriman bəy Solovki əsir düşərgəsinə sürgün edilmiş və orada da vəfat etmişdir.[4][7]

Siyasi-ictimai faəliyyəti

[redaktə | mənbəni redaktə et]

Rusiya imperiyası və keçid dövrü

[redaktə | mənbəni redaktə et]

Nəriman bəy Xarkovda təhsil alarkən Azərbaycanlı Tələbə Həmyerlilər Təşkilatının rəhbərliyinə seçilmişdir. Onun iştirakı ilə cəmiyyət üzvlərinin verdikləri tamaşaların gəliri Birinci dünya müharibəsindən zərər çəkmiş müəllimlərin ailələrinə paylanırdı.[8]

1917-ci ildə Nəriman bəy Bakıya köçmüş və Müsavat Partiyasının sıralarına daxil olmuşdur. 1917-ci ilin oktyabrında Müsavat Partiyasının I Qurultayının iştirakçısı olmuşdur.[9]

O, Bakıya qayıtdıqdan sonra Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərlərindən biri olmuşdur.[7] Nəriman bəy Nərimanbəyli 15–20 aprel 1917 tarixlərində Bakıda keçirilən Qafqaz Müsəlmanları Qurultayında iştirak etmişdir.

27 fevral 1918-ci ildə Müsavat üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmişdir. O burada Müsəlman fraksiyasının, Müsavat və demokratik bitərəflər qrupunun üzvü olmuşdur.[5]

27 may 1918-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir. O burada Müsavat və bitərəflər fraksiyasının üzvü olmuşdur.[10]

Nəriman bəy həmçinin İrəvan Milli Komitəsinin üzvü olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]
I Yusifbəyli hökumətinin iclası. Sağdan 5-ci Nəriman bəy Nərimanbəyli

Nəriman bəy Nərimanbəyov Azərbaycanın İstiqlaliyyət Bəyannaməsinin leyhinə səs vermiş[11] və onu imzalayan 8 şəxsdən biri olmuşdur.[12][13][14]

Nəriman bəy 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvlüyündən birbaşa olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvlüyünə seçilmişdir. O, parlamentdə 4 fevral 1919-cu ildə yaradılmış torpaq[15], təftiş, maliyə və büdcə komissiyalarının üzvü seçilmişdir. Parlamentin 13 may 1919 tarixli sayca otuz yeddinci iclasında Nəriman bəy Nərimanbəylinin əvəzinə maliyyə komissiyasına Rza bəy Ağabəyovun üzv seçildi və beləliklə o həmin komissiya üzvlüyündən çıxdı.[16]

I Yusifbəyli hökumətinin üzvləri. Ayaq üstə sağdan 1-ci Nəriman bəy Nərimanbəyli

14 mart 1919-cu ildə təşkil olunan I Yusifbəyli hökumətində Nəriman bəy Nərimanbəyli dövlət nəzarəti naziri (dövlət nəzarətçisi) postuna təyin olundu və hökumətin istefasına qədər bu vəzifədə çalışdı.[5]

Nəriman bəy 1920-ci ilin mayından 1934-cü ilin iyuluna qədər müxtəlif fasilələrlə 13 fərqli təşkilatda işləmək məcburiyyətində qaldı. O, 1920-ci ilin mayından 1921-ci ilin mayınadək Azərbaycan SSR Kənd Təsərrüfatı Xalq Komissarlığında xarici şöbənin katibi vəzifəsində çalışmışdır. Ən son isə 1934-cü ilin iyulunda Əli Bayramov adına fabrikdə hüquq məsləhətçisi çalışmışdır.[6]

  1. Azərbaycan Milli Arxiv İdarəsi. Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il (500 nüs.). Bakı: Adiloğlu. 2006.
  2. Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
  3. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN 9952-417-14-2.
  4. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
  5. Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: Nurlar nəşriyyatı. 2018. səh. 504.
  6. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil nəşriyyatı. 2014.
  7. R.A.Vəkilov. ИСТОРИЯ ВОЗНИКНОВЕНИЯ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ (PDF). Bakı: Elm nəşriyyatı. 1998.
  8. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
  9. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.
  10. Əliyev M. Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti — 1918–1920. Bakı. 1990.
  11. Пчелин Н. Крестьянский вопрос при мусавате (1918—1920). Очерки. Bakı: Nəşriyyat- АzQNİİ. 1931.
  1. Vəkilov, 1990. səh. 25
  2. Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik. 1995. səh. 442. ISBN 5-8020-0852-0.
  3. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 188. ISBN 978-9952-5455-010.
  4. 1 2 Mohbaddin Samad. "Globalization and genetic blood memory, or, a conversation with People's Painter Togrul Narimanbeyov". Visions of Azerbaijan. June 2010. 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-08.
  5. 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. 472. ISBN 9952-417-44-4.
  6. 1 2 3 4 5 Cümhuriyyət Qurucuları, 2018. səh. 352
  7. 1 2 "Biography Bank. Nəriman Nərimanbəyli". 2012-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-08.
  8. Ənvər Çingizoğlu. Nərimanbəylilər. "Soy" dərgisi, 8 (28), Bakı, 2009. səh.3–7.
  9. M.Aliyev, 1990. səh. 64
  10. "ПРОВОЗГЛАШЕНИЕ АЗЕРБАЙДЖАНСКОЙ ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКИ" [Proclamation of Azerbaijan Democratic Republic]. 2012-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-08.
  11. Zaqafqziya Seymi, 2006. səh. 216
  12. "Azərbaycanın müstəqil dövlət elan edilməsi haqqında Azərbaycan Milli Şurasının Qərarı". Azərbaycan Cümhuriyyəti Hökumət qanun və binagüzarlıqları məcmuəsi, 1919, №1, s. 5—7 (az.). Prezident Kitabxanası. 28 may 1918-ci il. 2016-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
  13. "93 il öncə Azərbaycana doğan 28 may günəşi" [The May 28th sun that rose in Azerbaijan 93 years ago]. Azadliq. 2011-05-28. 2012-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-08.
  14. "Democratic Republic of Azerbaijan". 2012-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-08.
  15. Pçelin, 1931. səh. 22-23
  16. "Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab" (PDF). 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-06.